UKRAYNA REGİONLAR PARTİYASININ LİDERİ CƏNAB VİKTOR YANUKOVİÇƏ
Hörmətli Viktor Fyodoroviç,
Ukrayna Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan və Ukrayna tarixən sıx dostluq, qarşılıqlı dəstək və etimad telləri ilə bağlıdır. Əminəm ki, bu xeyirxah ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz, strateji tərəfdaşlığımız, çoxşaxəli və konstruktiv əməkdaşlığımız xalqlarımızın mənafeyi, regionda sülh və sabitlik naminə bundan sonra da dinamik inkişaf edəcək və möhkəmlənəcəkdir.
Hörmətli Viktor Fyodoroviç, Sizə möhkəm cansağlığı, səadət və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 12 fevral 2010-cu il.