Ukraynanın birinci xanımı koronavirusa yoluxub
Kiyev, 12 iyun, AZƏRTAC
Ukrayna Prezidentinin xanımı Yelena Zelenskaya koronavirus infeksiyasına yoluxub.
Prezident Ofisinin yaydığı məlumata görə, Y.Zelenskayadan götürülən analizin cavabı pozitiv çıxıb. Hazırda Ukraynanın birinci xanımı ambulator müalicədədir, ailə üzvlərindən izolyasiya edilib.
Y.Zelenskaya özündə xəstəliyin hər hansı simptomunu hiss etmədiyini bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenski və uşaqları da testdən keçib, onlarda koronavirus infeksiyası aşkarlanmayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]