Ukraynanın ən iri müəssisələrindən biri işini dayandıracaq
Kiyev, 15 aprel, AZƏRTAC
Ukraynanın ən iri müəssisələrindən biri, 22 min nəfərin işlədiyi “DTEK Pavlogradugol” aprelin 20-dən etibarən öz fəaliyyətini dayandıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə onlayn-brifinq zamanı müəssisənin baş direktoru Maksim Timçenko məlumat verib. Onun sözlərinə görə, müəssisənin fəaliyyətinin dayandırılmasına səbəb elektrik enerjisi istehlakının azalması, bərpa olunan enerjisi istehsalının artması, Rusiya və Belarusdan elektrik enerjisinin idxalı ilə bağlı energetika sahəsində yaranmış böhrandır.
O həmçinin qeyd edib ki, bu sahədə ən çox gəliri və ən aşağı maya dəyəri olan müəssisənin işi dayandırması Ukrayna kömür sənayesinin iflic olması deməkdir.
“DTEK Pavlogradugol” istehsalat birliyinin 10 şaxtasının və köməkçi müəssisəsinin fəaliyyətini dayandırması 18,7 min nəfərin iş yerlərini itirməsinə gətirib çıxaracaq.
Rüstəm Məmmədov
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]