Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan-Türkiyə münasibətləri

Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan-Türkiyə münasibətləri

Bakı, 13 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyev Türkiyə ilə əlaqələrin qurulmasına hər zaman böyük əhəmiyyət verib. Ulu Öndər Ali Məclisin sədri kimi Naxçıvanı blokadadan çıxarmaq üçün Türkiyəyə səfərlər edib, dövlət və hökumət başçıları ilə görüşüb, müzakirələr aparıb. Məhz Heydər Əliyevin dünyaşöhrətli dövlət xadimi və nüfuzlu şəxsiyyət olması Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsində mühüm rol oynayıb. Ulu Öndərin Türkiyənin Baş naziri, sonra isə Prezidenti Süleyman Dəmirəllə möhkəm dostluğa və qardaşlığa çevrilən xoş münasibətləri sayəsində 1992-ci il martın 24-də Ankarada Naxçıvan ilə Türkiyə arasında əməkdaşlıq protokolu imzalanıb. SSRİ dağılandan sonra Türkiyə ilə müstəqilliyini əldə etmiş türk xalqları arasında tarixi mənəvi bağların, iqtisadi, siyasi, humanitar əlaqələrin qurulması və genişləndirilməsində dövlət başçılarının mütəmadi görüş və müzakirələrin böyük əhəmiyyətə malik olduğu fikri Heydər Əliyev tərəfindən vurğulanıb. Ulu Öndər Türkiyə tərəfindən atılan addımları, verilən dəstəyi yüksək qiymətləndirib, Prezident Turqut Özalın 1992-ci ildə Ankarada yeni istiqlal qazanmış türk cümhuriyyətlərinin dövlət başçılarının ilk Zirvə görüşünün xalqlarımızın qarşılıqlı əlaqələrinin daha da zənginləşməsində faydalı başlanğıc olduğunu qeyd edib. Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanı və Azərbaycanı Türkiyə ilə bağlayan Araz çayı üzərində “Ümid” körpüsünün tikintisinə başlanıb. Təməli 1991-ci il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin quruluş günündə atılan bu körpünün 1992-ci ilin mayın 28-də Azərbaycanın Milli bayramı günündə artıq “Vüsal” körpüsü kimi Heydər Əliyevin və Süleyman Dəmirəlin iştirakı ilə təntənəli surətdə açılışı olub. Bununla da Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin təməli qoyulub.

Bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri Əfqan Vəliyevin “Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan-Türkiyə münasibətləri” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Məqalədə Ulu Öndər Heydər Əliyevin təhsilə böyük önəm verdiyi və Azərbaycan gənclərinin Türkiyədə təhsil almasını çox vacib hesab etdiyi qeyd olunur. Onun 1992-ci ilin martın 22-24-də Türkiyəyə səfərinin yekunu olaraq imzalanmış işbirliyi Protokolunda da milli əhəmiyyətli bu mühüm məsələyə xüsusi yer ayrılmışdı. Burada iqtisadi, sosial və mədəni əlaqələrlə yanaşı, daha bir maddə - hər il 100 Naxçıvan gəncinin Türkiyənin ali təhsil ocaqlarında təhsil alması maddəsi də yer almışdı. Baş nazir Süleyman Dəmirəl Ankarada Ulu Öndərlə görüşündə onu dünya siyasətində möhtərəm bir şəxs, keçmiş Sovet İttifaqında və Azərbaycanda yüksək dövlət vəzifələrində çalışmış siyasi Lider kimi dəyərləndirib.

Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında və dünya siyasətinə inteqrasiyasında, ölkəmizin siyasi-iqtisadi, elmi-texniki, mədəni-mənəvi maraqlarının formalaşdırılıb reallaşdırılmasında mühüm addımlar atdı. O, qardaş Türkiyə ilə münasibətlərin daha yüksək səviyyədə və etibarlı təməllər üzərində qurulmasına çox böyük önəm verib. Heydər Əliyev ölkəmizin Türkiyə ilə münasibətlərə verdiyi əhəmiyyəti ilk günlərdən bəyan edərək deyirdi ki, bizim ölkələrimiz - Türkiyə və Azərbaycan dost-qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı, dostluğu əsrlərdən-əsrlərə keçərək formalaşıb və bu gün özünün yeni mərhələsinə çatıb. İndi Azərbaycan müstəqil dövlət olaraq öz ölkəsinin, xalqının, öz sərvətlərinin sahibidir. Azərbaycanın müstəqilliyini dünya ölkələri arasında ilk dəfə Türkiyə tanıyıb. Bu isə o vaxt Azərbaycanın dünya dövlətləri, xarici təşkilatlar tərəfindən tanınmasında çox böyük addım olub. Ulu Öndər Heydər Əliyevin 1994-cü il fevralın 8-11-də Türkiyəyə rəsmi səfəri ölkələrimizin qarşılıqlı əlaqələrinin tamamilə yeni məcrada və keyfiyyətdə qurulmasına, həmçinin inkişafına zəmin yaratdı. 1994-cü il oktyabrın 19-da türk dövlətləri başçılarının Zirvə görüşündə qəbul edilmiş “İstanbul bəyannaməsi”nin imzalanma mərasimində Heydər Əliyev demişdir: “Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də, bunlar hamısı xalqlarımızı hələ müstəqil olmadığımız vaxtda bir-birindən ayırmayıb, bir-birinə bağlayıb, bir-biri ilə daha çox əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliklərini əldə edəndən sonra, müstəqil dövlətlər kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəli getməliyik”.

Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin dövründə Türkiyə-Azərbaycan əlaqələri təhsil, mədəniyyət, xüsusilə də siyasət və iqtisadiyyat sahələrində böyük irəliləyişlər əldə edib. “Əsrin müqaviləsi”ndən sonra Heydər Əliyev o dövrdə arzu sayılan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri üzərində işləməyə başladı. Bu layihənin çətinliklərinə baxmayaraq, o, məqsədinə nail oldu. BTC ilə Azərbaycan nefti bu gün Türkiyə vasitəsilə dünya bazarlarına çıxarılır, bu layihədən əldə olunan gəlir hesabına ölkəmizin elmi, mədəni və iqtisadi inkişafı təmin edilir. Heydər Əliyev bu cür müdrik fikirləri 1996-cı il noyabrın 6-da Türk Dünyası Yazıçılarının III Qurultayındakı nitqində söyləyib: “Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik”. Ulu Öndərin Türkiyəyə növbəti rəsmi səfəri (1997-ci il mayın 5-8-i) həm əhatəliliyi, keçirilən görüşlərin sıxlığı ilə qarşılıqlı münasibətlərdə qoyulan təməlin necə möhkəm, etibarlı olduğunu bir daha təsdiqlədi. Mayın 5-də Ümummilli Lider Heydər Əliyevə Türkiyənin “Dövlət nişanı”nın təqdim olunması mərasimində çıxış edən Ulu Öndər demişdi: “Mən bu sözləri demişəm, bu gün bir daha təkrar edirəm: biz bir xalqıq, iki dövlətik. Bir xalq olan bir dövlətin başçısının o biri dövlətin yüksək mükafatını alması böyük şərəfdir”. Ulu Öndərin “Bir millət, iki dövlət” tezisi isə milli-mənəvi dəyərlərimizin tarixən ortaqlığını, xalqlarımızın mədəniyyətinin, incəsənətinin, musiqisinin, bütünlükdə mənəvi dünyasının bir-biri ilə təbii-tarixi qarşılıqlı əlaqədə olduğunu da əks etdirir. Ulu Öndər Azərbaycanla Türkiyə “Bir millət, iki dövlətdir” dedikdə yalnız etnik olaraq türkləri deyil, bütövlükdə xalqımızı, onun bütün etnik tərkibini və mənzərəsini əhatə etməklə bir milləti nəzərdə tuturdu.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev türkdilli ölkələrin dövlət başçılarının 1994-2001-ci illərdə keçirilmiş 6 sammitinin hamısında iştirak edib və bu əməkdaşlıq formatında Azərbaycanın təşəbbüskar mövqeyi hər zaman öndə olub. Ulu Öndər türk dövlətləri başçıları forumunun regional təşkilat kimi möhkəmlənməsinin vacibliyini daim vurğulayaraq deyib: “Bu təşkilat artıq 7 ildir ki, yaşayır. Biz mədəniyyət, iqtisadiyyat, başqa bütün sahələrdə əməkdaşlıq edirik. Tarixi bir daha təhlil edir, müştərək tarixi abidələrimizi yada salır və onların yubileylərini keçiririk. Bu, çox böyük əhəmiyyətə malikdir. Bu, Türk dünyasının inkişafının təməlidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir