Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu öndər Heydər Əliyevin xatirəsi Siyasi Sənədlər Arxivində anılıb VİDEO

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan anım tədbiri keçirilib. Tədbir çərçivəsində, həmçinin Siyasi Sənədlər Arxivinin nəşr etdirdiyi “Azərbaycanın beynəlxalq əlaqələri sənədlərdə (1969-cu il iyul - 1982-ci il noyabr)” ikicildliyinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları arxivin foyesində yenilənmiş stendlərdə Ulu Öndərin ömür yolunu əks etdirən sərgi ilə tanış olub, büstü önünə gül dəstələri düzüblər.

Tədbirdə Siyasi Sənədlər Arxivinin direktoru vəzifəsini icra edən Elmira Ələkbərova çıxış edərək Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən danışıb. Qeyd edib ki, Azərbaycan xalqının ictimai-siyasi və milli mənəvi həyatında Heydər Əliyev dühasının əvəzsiz rolu olub. Tariximizin dərindən öyrənilməsinə xüsusi önəm verən Ulu Öndərin arxiv işinin formalaşmasında, onun müasir tələblər səviyyəsində qurulmasında əvəzsiz xidmətləri olub. Tarixi keçmişimizin həqiqətlərini özündə əks etdirən, qaranlıq səhifələrə işıq tutan sənədlərin qorunub-saxlanılaraq gələcək nəsillərə çatdırılmasının zəruriliyinin ön plana çəkilməsi böyük şəxsiyyətin uzaqgörənliyinin nəticəsidir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə bildirib ki, hər bir yaşanan günün qeydə alınmasının çox böyük əhəmiyyəti var. Bu baxımdan Siyasi Sənədlər Arxivi xalqımız üçün böyük bir xəzinədir, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin öyrənilməsində etibarlı və zəngin mənbədir.

Ümummilli Liderlə bağlı xatirələrini bölüşən Dilarə Seyidzadə deyib ki, Azərbaycan xalqı Heydər Əliyev kimi lideri olduğu üçün çox xoşbəxtdir. Bu gün biz müstəqil ölkənin vətəndaşı olaraq çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qoruyub, onun inkişafı naminə misilsiz işlər görüb. Ulu Öndərin bizim üçün miras qoyduğu irs nəsillərdən-nəsillərə ötürülərək əbədi yaşayacaq.

“Heydər Əliyevin hələ gənc yaşlarından ən böyük arzusu Azərbaycanı müstəqil görmək idi. Deyərdim ki, bu arzudan qaynaqlanan qüvvə və inam sayəsində müdrik siyasətçi və dövlət xadimi Heydər Əliyev illər sonra müstəqil Azərbaycan Respublikasını qurub yaratdı. Xoşbəxtəm ki, bu böyük şəxsiyyətlə, ömrünü xalqına həsr edən insanla birgə işləmək mənə də nəsib olub. Ulu Öndər hər zaman bütün dünyada böyük hörmətlə qarşılanardı. Onun görüşlərində, xarici səfərlərində qeydlərimi aparmışam, çıxışları daim böyük maraqla, sevilərək dinlənilirdi. Hər bir azərbaycanlı onu sevirdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyən Ulu Öndər hər bir azərbaycanlının ona olan sevgisini duyur, kövrəlirdi. Gəncləri çox sevərdi və həmişə deyərdi ki, gənclər bizim gələcəyimizdir. Hər bir azərbaycanlı gənc bunu yüksək qiymətləndirməli, onun qoyduğu yolla getmək üçün əlindən gələni etməlidir. Ulu Öndər böyük məktəb, ensiklopediya idi. O, Azərbaycanla fəxr edirdi. Ümummilli Liderin siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir, ölkəmizin inkişafı naminə böyük işlər görür”, - deyə Prezidentin köməkçisi Dilarə Seyidzadə vurğulayıb.

Milli Məclisin deputatı Musa Qasımlı çıxışında məsul redaktoru olduğu kitabın elmi məziyyətlərindən danışıb, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin Vətəni və xalqı qarşısındakı əvəzsiz xidmətlərini bir daha xatırladıb. Bildirib ki, kitabda Ulu Öndərin respublikamızda işlədiyi müddətdə Azərbaycanın keçmiş SSRİ-nin xarici əlaqələrində tutduğu yeri və oynadığı rolu əks etdirən sənədlər toplanıb. Kitab tədqiqatçılar, mütəxəssislər üçün faydalı mənbədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, ümummilli lider Heydər Əliyev qadınlarla bağlı dövlət siyasətinə xüsusi önəm verir, bunu prioritet vəzifələrindən biri hesab edirdi. Onun qurultaylardakı çıxışları, səmimi fikirləri, arzuları qadınlarımızı daha da ruhlandırır, onları fəal vətəndaş mövqeyi tutmağa həvəsləndirirdi.

“Uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsi Ümummilli Liderin daim diqqət mərkəzində olub. “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”, - deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik illərində ölkəmizdə uşaq siyasəti yeni forma və məzmun alıb, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb. İftixar hiss ilə qeyd etmək lazımdır ki, bu gün onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva uğurla davam etdirirlər. Onların fəaliyyəti Heydər Əliyev ənənələrinə, irsinə sədaqəti bir daha təsdiqləyir. Tarix belə dahiləri tək-tək yetirir. Bütün ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayacaq”, - deyə komitə sədri qeyd edib.

Tədbirdə Milli Məclisin deputatları Elman Nəsirli, Pərvin Kərimzadə, Fəzail İbrahimli, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək, Ümummilli Liderin şərəfli ömür yolundan, siyasi, iqtisadi, ictimai həyatın bütün sahələrində gördüyü işlərdən, əldə olunan nailiyyətlərdən bəhs ediblər, kitabla bağlı fikirlərini bölüşüblər. Çıxışlarda Azərbaycan xalqının əbədiyaşar liderinin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində qazanılan uğurlar minnətdarlıq hissi ilə xatırlanıb.

Sonda Ulu Öndərin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.

Ulu öndər Heydər Əliyevin xatirəsi Siyasi Sənədlər Arxivində anılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

Samirə Səfi: HÜDUD sərgisi sabitliklə parçalanması arasındakı sərhədləri araşdırır

Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb