Ulu Öndərin 95 illiyi ilə əlaqədar Xətai rayonunda 500 ağac əkilib
Bakı, 5 may, AZƏRTAC
Xətai rayonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin 95 illiyinə həsr olunmuş mədəni-kütləvi tədbirlər keçirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, YAP Xətai rayon təşkilatı ilə birlikdə hazırlanmış “Heydər Əliyev ongünlüyü” proqramına uyğun olaraq rayonda ağacəkmə aksiyası keçirilib.
İcra hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, rayonun idarə və müəssisələrinin, xidmət sahələrinin, sahibkarlıq qurumlarının nümayəndələri “Zeytunluq” adlanan ərazidə ağac əkib, ərazidəki yaşıllıqlarda budama işləri aparıb və onları suvarıb.
İndiyədək həmin tədbir çərçivəsində 500-dən artıq həmişəyaşıl şam ağacı əkilib.