Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert
Bakı, 17 may, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Konsertmeyster ustalığı kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Venera Məmmədovanın tələbələrinin sinif konserti təşkil olunub.
Akademiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə dosent Leyla Zöhrabova çıxış edərək, dünya səviyyəli siyasi xadim, çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət Heydər Əliyevin ölkəmizin inkişafı naminə gördüyü işlərdən söhbət açıb. Ümummilli Liderin, eyni zamanda mədəniyyətə, incəsənətə olan sevgisini vurğulayaraq, Azərbaycan mədəniyyətinin inkişafında onun müstəsna rolu və xidmətlərinin olmasını qeyd edib.
Sonra solistlər Əməkdar artist Rəna Əliyeva, həmçinin beynəlxalq müsabiqələr laureatları Aqşin Xudaverdiyev, Cavanşir Rüstəmbəyli, Məhəmməd Əliyev, Nurlan Məmmədlinin iştirakı ilə tələbələr Camalə Məmmədzadə, Nəzrin Məhərrəmli, Sona İsmayılzadə, Fatimə Əskərova, Nəcibə Cəfərovanın uğurlu ifaları təqdim olunub.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramında Vincenzo Bellininin “Norma” operasından Normanın ariyası, Edvard Elqarın “Salut d’Amour”, Vittorio Montinin “Çardaş”, Sergey Raxmaninovun “Smerkalos”, Fikrət Əmirovun “Sevil” operasından Dilbərin mahnısı, Vasif Adıgözəlovun “Qərənfil”, Sevil Əliyevanın “Ana”, həmçinin Müslüm Maqomayevin “Odlar yurdu” əsəri səsləndirilib.