REGİONLAR
Ulu Öndərin ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət nümunəsidir
![](/files/galleryphoto/2020/2/1200x630/15891173203245140807_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15891173204135053806_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15891173201695432660_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/1589117320665431105_1200x630.jpg)
Şəki, 10 may, Mustafa Dadaşov, AZƏRTAC
XX əsr bəşəriyyətə çox görkəmli dövlət xadimləri, müdrik rəhbərlər, bacarıqlı dövlət başçıları bəxş edib. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevdir. Xalqımız ona görə xoşbəxtdir ki, Azərbaycana Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Məhz bu dahi şəxsiyyətin səyləri nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ulu Öndərin anadan olmasının 97-ci ildönümü münasibətilə mayın 10-da Şəki Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev müstəqil Azərbaycanın banisidir” mövzusunda onlayn konfransda səsləndirilib.
Konfransda şəhər icra hakimiyyətinin, Təhsil şöbəsinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının nümayəndələri, ziyalılar və fəal gənclər iştirak ediblər.
Şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov, ADPU-nun Şəki filialının baş müəllimi Tahir Məhərrəmov, icra hakimiyyətinin nümayəndəsi Sadiq Yusifov, Təhsil şöbəsinin müdir müavini Elxan Abdullayev, gənclər adından Tofiq Məmmədkərimov çıxış edərək ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, Azərbaycanın inkişafı naminə misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Heydər Əliyevin tariximizdə oynadığı rol illər keçdikcə daha dərindən dərk edilir, əsl qiymətini alır. Dahi rəhbərin ömür yolu Vətənə və xalqa sədaqətlə xidmət nümunəsidir.
Konfransda çıxış edənlər dahi rəhbərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, heç vaxt yaddaşlardan silinməyəcəyini bildiriblər.