Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir

Bakı, 22 fevral, AZƏRTAC

Energetika Nazirliyində müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə energetika naziri Pərviz Şahbazov, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, YAP-ın Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Energetika Nazirliyi və tabeli qurumların kollektivi, həmçinin media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Sonra energetika naziri Pərviz Şahbazov çıxış edərək bildirib ki, Azərbaycanın öz taleyinin sahibi, müstəqil dövlət kimi mövcud olması üçün bütün zəruri əsasları məhz Heydər Əliyev təmin edib. Ulu Öndər ölkəmizin siyasi və iqtisadi müstəqilliyini vəhdətdə möhkəmləndirdi, hərtərəfli tərəqqini təmin edən milli inkişaf modeli ilə dövlətimizi regional inkişafın hərəkətverici qüvvəsinə, beynəlxalq arenada nüfuzlu, etibarlı tərəfdaşlıq və sabitlik mərkəzinə çevirdi, mükəmməl strategiya və qlobal əməkdaşlıq layihələri ilə bugünkü qüdrətli Azərbaycanın müəllifi oldu. “Ümummilli Lider müxtəlif ictimai-siyasi formasiyalarda müstəqilliyin açarını, əsasən, enerji təhlükəsizliyində, enerji asılılığından xilasda görürdü. Bu gün qlobal enerji böhranı, enerji müstəqilliyinin dünyanın aparıcı dövlətlərinin gündəliyində bir nömrəli məsələyə çevrilməsi və bu turbulentlikdə Azərbaycanın enerji təchizatçısı kimi strateji mövqeyinin güclənməsi də bir daha Heydər Əliyevin enerji təhlükəsizliyinə dair baxışlarının zamanın fövqündə olduğunu təsdiqləyir,” - deyə nazir vurğulayıb.

Çıxışda Sovet dövründə Qafqazın ən iri istilik elektrik stansiyası “Azərbaycan” İES ilə yanaşı, ümumi gücü 3 min meqavatdan çox 6 elektrik stansiyanın və müxtəlif gərginlikli 17 yarımstansiyanın, müstəqillik illərində isə 620 MVt gücündə elektrik stansiyaları və 6 yarımstansiyanın istismara verilməsi, həmçinin neft sənayesinin inkişafı ilə bağlı Heydər Əliyevin xidmətlərindən bəhs edilib. Bildirilib ki, məhz Ümummilli Lider Heydər Əliyevin iradəsi, qətiyyəti sayəsində Azərbaycanın neft sənayesi tarixində ilk uzunmüddətli beynəlxalq müqavilə - “Əsrin müqaviləsi” imzalandı. Xəzərin karbohidrogen ehtiyatlarının beynəlxalq neft şirkətləri ilə birgə işlənməsi və xarici bazarlara çıxarılması mifdən reallığa çevrildi: “Heydər Əliyev özünəməxsus müdrikliklə fərqində idi ki, Azərbaycanın sözün əsl mənasında müstəqilliyi, heç bir dövlətin siyasi-iqtisadi asılılığında qalmaması, kifayət qədər gərgin geosiyasi regionda yerləşən ölkəmizin bütün xarici təhdidlərə rəğmən xalqımızın milli maraqlarına uyğun balanslaşdırılmış xarici siyasət kursunu qoruyub saxlaya bilməsi enerji marşrutlarının şaxələndirilməsindən keçir. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan kəmərləri təkcə ideya olaraq yox, möhtəşəm bir tarixi reallıq kimi də onların ərsəyə gəlməsində böyük qətiyyət göstərmiş Heydər Əliyevin əsərləridir.”

Çıxışda o da vurğulanıb ki, Azərbaycanın uzunmüddətli enerji siyasətinə Heydər Əliyevin digər böyük töhfəsi 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı imzalanmış saziş olub. Həmin saziş sayəsində Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsinə, Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsinə imkan yaranıb. Bu gün bu layihələrin hər biri ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinin, iqtisadi uğurlarımızın mühüm mənbələridir: “Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarından 569 milyon tona yaxın neft, 40,6 milyon ton kondensat, təxminən 390 milyard kubmetr qaz çıxarılıb, 170 milyard dollardan çox gəlir əldə edilib. Bakı-Supsa 99,4 milyon ton, BTC isə 477,5 milyon tonu Azərbaycana, 55,4 milyon tonu digər ölkələrə məxsus ümumilikdə 533 milyon tondan çox nefti dünya bazarına nəql edib. İndiyə kimi ixraca yönləndirilmiş 130 milyard kubmetr qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə daha da şaxələndirilib. 27 il ərzində neft-qaz sektoruna 89 milyard dollar xarici sərmayə qoyulub”.

Nazir, həmçinin vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev öz qətiyyəti, strateji baxışı, yüksək liderlik keyfiyyətləri ilə ölkəmizin davamlı inkişafının, ərazi bütövlüyünün və regionda yeni geosiyasi reallıqların memarı olmaqla nəinki ata vəsiyyətini yerinə yetirib, həm də Azərbaycanın enerji siyasətini böyük uğurla yeni mərhələyə yüksəldib. Dövlət başçısının zənginləşdirdiyi müstəqil enerji siyasətinin zirvəsi olan Cənub Qaz Dəhlizi ilə iki ildən artıqdır ki, Avropaya 21 milyard kubmetr qaz tədarük edilib. “Ölkəmiz neft təchizatçısı kimi Xəzər dənizi ilə Aralıq dənizi, qaz təchizatçısı kimi Xəzər dənizi ilə Adriatik dənizi arasında yaratdığı enerji bağlantılarını daha da şaxələndirir. Yaşıl enerji tədarükçüsü kimi Xəzər dənizi ilə Qara dəniz arasında enerji bağlantısı qurmaq yaşıl enerji gündəliyinin prioritetləri sırasındadır. 25 QVt-dək yaşıl enerji istehsalı ilə bağlı layihələr orta və uzunmüddətli dövrdə bərpa olunan enerji və yaşıl hidrogenin təchizatçısı kimi ölkəmizin mövqeyini gücləndirəcəkdir.”

Tədbirdə çıxış edən SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən ona göstərilən yüksək etimadı, xüsusi diqqət və qayğını hər zaman hiss etdiyini vurğulayıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə 1 milyardıncı ton, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2 milyardıncı ton neftin hasil olunmasına, “Əsrin müqaviləsi”nin imzalanmasına, eləcə də bir sıra mühüm əhəmiyyət kəsb edən hadisələrə şahidlik etdiyini bildirən Xoşbəxt Yusifzadə müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olan Heydər Əliyevin Vətənimiz qarşısında xidmətlərinin əvəzolunmaz olduğunu ifadə edib.

Ulu Öndərin rəhbərliyinin birinci dövrünə qədər ölkəmizdə böhran vəziyyətinin hökm sürdüyünü qeyd edən Xoşbəxt Yusifzadə 1969-1982-ci illərdə Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft sənayesinin də inkişafı üçün əsaslı addımlar atıldığını, bunun nəticəsi olaraq respublikanın neft ehtiyatlarının iki, qaz ehtiyatlarının isə üç dəfə artırıldığını bildirib. “Əsrin müqaviləsi”nin Ulu Öndərin yeni neft strategiyasının birinci şah əsəri olduğunu vurğulayan Xoşbəxt Yusifzadə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində reallaşdırılan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan neftinin Avropa və dünya bazarlarına birbaşa nəqlinə imkan yaratdığını, həmçinin Xəzəryanı ölkələr arasında iqtisadi və qarşılıqlı faydalı münasibətlərin genişlənməsinə böyük töhfələr verdiyini qeyd edib.

Tədbirin sonunda “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan energetikası” adlı videoçarx nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

BDU-nun magistrantları Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub