Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə onlayn konsert
Bakı, 10 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə onlayn konsert keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, həmçinin Azərbaycan Milli Konservatoriyasının müəllim-tələbə heyəti, eləcə də təhsilini xaricdə davam etdirən tələbələr çıxış ediblər.
Onlayn konsertdə Ümummilli Liderin sevdiyi mahnılar və Azərbaycanın görkəmli bəstəkarlarının məşhur əsərləri ifa edilib.
Tədbirdə ADMİU-nun Teatr sənəti fakültəsinin tələbələri iştirak ediblər. Aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr Ülvi Həşimov Bəxtiyar Vahabzadənin “Dostlarım”, Elvin Nuri isə Nüsrət Kəsəmənlinin “Müəllim” şeirlərini səsləndiriblər.