Ümummilli Liderin xatirəsi Serbiyada yad edilib
Belqrad, 13 dekabr, AZƏRTAC
Serbiyanın “Tanjug” informasiya agentliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar xatirəsinin yad edilməsi ilə bağlı material dərc edib.
AZƏRTAC xəbər verir ki, materialda mərasimin Serbiyanın paytaxtında yerləşən Taşmaydan parkında keçirildiyi bildirilir. Bir dəqiqəlik sükutdan sonra mərasim iştirakçıları Azərbaycanın dahi lideri Heydər Əliyevin abidəsi qarşısına güllər düzüblər. Daha sonra anım tədbirinin iştirakçıları həmin parkda Serbiyanın görkəmli yazıçısı Milorad Paviçin xatirəsinə ucaldılmış heykəlin və həmçinin 1999-cu ildə Belqradın NATO koalisiyası tərəfindən borbardman edilməsi nəticəsində həlak olan uşaqların xatirəsinə həsr edilən “Biz sadəcə olaraq uşaq idik” adlı abidənin qarşısına tər çiçəklər qoyublar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [18:02]
Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb
- 24.08.2026 [11:21]