ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİNİN PREZİDENTİ MƏMMƏD ƏLİYEVİN ÇIXIŞI
Hörmətli Mehriban xanım!
Hörmətli İlham Heydər oğlu!
Mən Ümumrusiya Azərbaycan Konqresini təmsil edirəm. Azərbaycan konqresi nümayəndəsinin belə mühüm tədbirə dəvət olunduğuna görə forumun təşkilatçılarına çox böyük minnətdarlığımı bildirmək istəyirəm. Demək istəyirəm ki, Azərbaycanın Rus icması kimi, bizim Konqres də artıq 10 ildir fəaliyyət göstərir, Heydər Əliyeviçin təşəbbüsü ilə yaradılmışdır. Bu ictimai təşkilatlar məhz Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra formalaşmışdır. Vladimir Vladimiroviç Putin Rusiyada rəhbərliyə gəldikdən sonra isə Rusiyadakı Azərbaycan diasporuna başçılıq etmək mənə həvalə olunmuşdur. Bütün təşəbbüslərimizə dəstək göstərdiklərinə görə Rusiya Prezidentinin Aparatına və hökumətə, Moskva meriyasına təşəkkürümü bildirirəm. Rus mətbuatının V Ümumdünya konqresinin Azərbaycanda necə keçirildiyinə heyran qaldığımı bildirmək istəyirəm. Mən belə başa düşürəm ki, rusdilli mətbuat da diaspor kimi bir təzahürdür. Mən ona Azərbaycanı russayağı və müvafiq olaraq, Azərbaycan mətbuatına Rusiyanı Azərbaycansayağı sevməyi arzulamaq istəyirəm.
Azərbaycan rəhbərlərinə üz tutaraq və Lyudmila Aleksandrovnanın burada olmasından istifadə edərək, demək istəyirəm ki, diaspor hərəkatı hələ Sovet İttifaqının ərazisində meydana gəlmiş hadisədir. Ümidvaram ki, Rusiya rəhbərliyi diasporları bundan sonra da dəstəkləyəcəkdir. Bu il biz Azərbaycanın Baş naziri İlham Heydər oğlu tərəfindən çox böyük həyanlıq hiss etdik. Heydər Əlirza oğlunun kömək və dəstəyini həmişə hiss etmişik və edirik. Allah ona şəfa versin!
Mən Azərbaycanla Rusiyanın birgə gələcəyi şərəfinə badə qaldırmaq istəyirəm! Ümidvaram ki, burada iştirak edənlər bunun Azərbaycan üçün də, Rusiya üçün də nə qədər zəruri olduğunu başa düşürlər.