Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti bəyanatla çıxış edib

Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti bəyanatla çıxış edib

Moskva, 16 may, AZƏRTAC

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) prezidenti, akademik Fazil Qurbanov Rusiyada azərbaycanlıların diaspor təşkilatının ləğv edilməsi haqqında Rusiya Ali Məhkəməsinin qərarı ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “Rusiya Federasiyasının Ali Məhkəməsi 2017-ci il mayın 15-də Azərbaycanın ən iri diaspor təşkilatının - Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi haqqında görünməmiş qərar qəbul edib. Rusiyanın, demək olar, bütün regionlarında yaşayan 2 milyondan çox azərbaycanlını öz sıralarında birləşdirən bu təşkilat 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əlirza oğlu Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin təşəbbüsü ilə yaradılıb. Fəaliyyət göstərdiyi 16 il ərzində təşkilat Rusiyada vətəndaş sülhünün və millətlərarası həmrəyliyin möhkəmləndirilməsinə dəstək göstərilməsində, Rusiya ilə Azərbaycanın sosial-iqtisadi və mədəni əməkdaşlığının inkişafında və dərinləşməsində böyük rol oynayıb”.

F.Qurbanov qeyd edib ki, həmvətənlərimizin Rusiya mədəniyyətinə və ənənələrinə, yerli qanunlara, həyat şəraitinə və qaydalarına ahəngdar uyğunlaşması üçün onlara yardım göstərilməsi də təşkilatın fəaliyyətində əhəmiyyətli yer tutur. Hazırda ÜAK-ın regional təşkilatları regional və yerli hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyət göstərərək, zamanın çağırışlarına operativ reaksiya verilməsi istiqamətində böyük işlər görürlər.

ÜAK-ın prezidenti vurğulayıb: “Ancaq qeyd etmək lazımdır ki, ötən illərdə təşkilatın fəaliyyətində tələb olunan sənədləşdirmənin aparılmasında və tərtibində səhvlərə yol verilib, bəzən RF Ədliyyə Nazirliyinin məktublarına operativ reaksiya göstərilməyib, təşkilatın Mərkəzi Şurasının iclaslarının keçirilməsi üçün tələb olunan müddətlər pozulub (məsələn, 2016-cı ildə Mərkəzi Şuranın iclası noyabrın 25-nə nəzərdə tutulsa da, noyabrın 26-da keçirilib) və texniki xarakterli digər xətalara yol verilib. Amma RF Ədliyyə Nazirliyi keçirilən regional yığıncaqlarda qeyri-korrektliyə yol verilməsi barədə əsassız ittihamlar da irəli sürüb, hərçənd bu iradlar (hətta onlar əsaslı olsa belə) həmin yığıncaqlarda kvoruma və qəbul edilən qərarların legitimliyinə təsir göstərməyib. Onu qeyd etmək istəyirəm ki, bu iradlar təşkilatın mərkəzi orqanına aid edilə bilməz. RF Ədliyyə Nazirliyi irəli sürülən ittihamların qanunsuzluğu barədə bütün yazılı dəlilləri qəbul etməkdən qətiyyətlə imtina edir. Üstəlik, RF Ədliyyə Nazirliyi dörd ay ərzində onların iradlarını hər dəfə tutarsız iradlar kimi rədd edəndə, təşkilatın fəaliyyətində yeni xətalar axtarmağa çalışıb. Bütün bunlar göstərir ki, RF Ədliyyə Nazirliyinin vəzifəsi səhvlərini düzəltməkdə təşkilata kömək etmək, sənədləşdirmənin aparılmasının düzgün təşkilində ona dəstək göstərmək olmayıb, bütöv bir xalqın Rusiya xalqının ayrılmaz tərkib hissəsi olan nümayəndələrinin diaspor təşkilatının ləğv edilməsi üzrə qarşıya qoyulan vəzifəni istənilən üsullarla həyata keçirmək olub. Bu isə yolverilməzdir!”.

F.Qurbanov qeyd edir ki, RF Ədliyyə Nazirliyi təşkilatın fəaliyyətinə dair heç bir ittiham irəli sürməyib! Bu da çox vacibdir! Deməli, RF Ədliyyə Nazirliyi təşkilatın Rusiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə yönələn müsbət fəaliyyətini, habelə azərbaycanlıların Rusiyanın hüquqi müstəvisinə inteqrasiyası istiqamətində böyük işlərini tam bəyənir.

Əslində, irəli sürülən bütün ittihamlar (əsaslı və əsassız) sırf texniki xarakter daşıyır və onların təşkilatın müvəffəqiyyətlə həll etdiyi fundamental məsələlərə əsla aidiyyəti yoxdur.

Bəyanatda deyilir: “Məhkəmədə bəyan etdik ki, təşkilatın yeni rəhbərliyi artıq əvvəllər yol verilmiş səhvlərin aradan qaldırılması istiqamətində böyük işlər görüb, gələcəkdə belə xətaların təkrarlanmasını istisna edən kompleks tədbirlər işləyib hazırlayıb. Ancaq qabaqcadan qəbul edilmiş qərar məhkəmə yolu ilə həyata keçirilib.

Tam əminlik hissi ilə bildirirəm ki, müxtəlif KİV-lərin RF Ədliyyə Nazirliyinin addımlarının müxtəlif növ ekstremist qüvvələrin son vaxtlar Rusiya azərbaycanlılarına qarşı fəallaşması ilə əlaqədar olması barədə mülahizələri həqiqətə uyğun deyildir. Buna da əminəm ki, RF Ədliyyə Nazirliyinin addımlarının Azərbaycan rəhbərliyinə siyasi təzyiq vasitəsi kimi interpretasiya olunması da gerçəkliyi əks etdirmir. Qarşılıqlı münasibətlərin bugünkü səviyyəsi, iki ölkənin prezidentləri arasında şəxsi etimada əsaslanan yoldaşlıq münasibətləri istənilən problemi həll etməyə imkan verir.

Bu faktı təşkilatın fəaliyyətində sənədləşdirmənin aparılmasında mövcud olan xətalar və səhvlər fonunda RF Ədliyyə Nazirliyi aparatının orta vəsiləsinin işində qüsur kimi qiymətləndirmək lazımdır. Buna görə də bu hadisə ciddi narahatlıq doğurur. Hesab edirəm ki, RF Ali Məhkəməsinin qərarı ziyanlıdır və səmərəsizdir. Əslində, söhbət Rusiya azərbaycanlılarının vətəndaşlıq hüquqlarının məhdudlaşdırılmasından gedir.

Bütöv bir xalqın Rusiya Federasiyasında yaşayan nümayəndələrinin ictimai diaspor təşkilatını onun Rusiya Federasiyasının rifahı naminə böyük və faydalı işləri fonunda sənədləşdirmənin aparılmasında funksionerlərin xəta və səhvlərinə görə ləğv etmək olmaz, xüsusən də Azərbaycan xalqının diaspor təşkilatını. Bu xalq Rusiya xalqları ilə vahid tarixi-coğrafi məkanda yaşadığı 200 il ərzində heç vaxt dövlətin əleyhinə çevrilmiş qanunsuz terrorçu birləşmələrdə iştirak etməyib.

Sonuncu qurultayda təşkilatın rəhbərliyi yenilənib. O, təşkilatın yenilənməsinin əsas tezislərini, zamanın çağırışları tərəfindən həlli tələb olunan məsələləri formalaşdırıb. Qarşıya təşkilatın təkcə struktur fəaliyyətini deyil, həm də funksional fəaliyyətini prinsipcə yenidən qurmaq məsələsi qoyulub. Təşkilat həmvətənimizin doğma evinə çevrilməlidir. Burada onun vətəndaşlıq hüquqları müdafiə olunmalı, ona səhiyyə sahəsində kömək göstərilməli, Azərbaycan xalqının tarixi, onun zəngin mədəniyyəti, Qarabağ münaqişəsi barədə həqiqətlər Rusiyanın geniş ictimaiyyətinə çatdırılmalıdır. Ən başlıca məsələ isə Rusiya ilə Azərbaycanın qarşılıqlı maraqları müstəvisini genişləndirməkdir.

Təəssüf ki, bizi eşitmədilər. Ali Məhkəmənin qərarının xoşagəlməz nəticələri ola bilər.

Regional və yerli təşkilatların rəhbərlərinə müraciət edərək, onlardan sakitliyə riayət etməyi, ekstremist qüvvələrin fitnəkar hərəkətlərinə məhəl qoymamağı xahiş edirəm.

Biz Ali Məhkəmənin qərarını tamamilə rədd edirik! Ümidvar olduğumuzu bildiririk ki, RF-nin ali məhkəmə instansiyaları bizim dəlillərimizi və narahatlığımızı anlayışla qarşılayacaqlar.

Mən Rusiya Federasiyasının ali siyasi rəhbərliyindən və şəxsən Prezident Vladimir Vladimiroviç Putindən yaranmış vəsiyyətə diqqətlə yanaşmağı xahiş edirəm”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub