UNEC-də “Çevrilmiş təhsil” metodu tətbiq olunur
Bakı, 26 yanvar, AZƏRTAC
Regionda ilk dəfə yeni tədris ilindən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müasir tədris metodunu kökündən dəyişən “Çevrilmiş təhsil” (Flipped Education) metodu tətbiq olunur.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Harvard, Kaliforniya, Vaterloo, Branston kimi dünyanın aparıcı universitetlərində tətbiq olunan metodun əsas özəlliyi tələbələrə dərs zamanı ötürüləcək biliklərin elektron resurslar formasında hazırlanaraq dərsdən öncə təqdim olunmasıdır. Dərs zamanı isə tələbələrin mənimsədikləri biliklərin praktiki bacarıq və tətbiqlərə çevrilməsi prosesi həyata keçirilir. Elektron resurslara mövzular üzrə mühazirələrin audioyazıları, mövzuların suallarının izahlarını əhatə edəcək videoyazılar, animasiya və təqdimatlar daxildir. Elektron resurslarla yanaşı, dərsdənkənar saatlarda da müəllim-tələbə arasında mövzu üzrə tapşırıqların ötürülməsi, cavablandırılması və müzakirələrin keçirilməsi üçün UNEC “Eduman” sistemi üzərindən kommunikasiya paneli də yaradılıb. Platformadan müəllim və tələbə ilə yanaşı, tələbələr də öz aralarında keçilən mövzular üzrə müzakirələr apara biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]