UNESCO Baş Konfransı çərçivəsində Mədəniyyət Komissiyasının iclasına ilk dəfə Azərbaycan sədrlik edir
Bakı, 17 noyabr, AZƏRTAC
Parisdə UNESCO Baş Konfransının 41-ci sessiyası keçirilir. Baş Konfrans çərçivəsində konfransın Mədəniyyət Komissiyası öz işinə başlayıb.
UNESCO-nun bütün üzv ölkələrinin və müşahidəçi statusunda olan təşkilatların da iştirak edəcəyi komissiyanın iclasına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə sədrlik edəcəkdir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, komissiyanın gündəliyində Büronun tərkibinin seçilməsi, 2022-2025-ci illər üçün büdcə layihəsi, mədəniyyət sahəsində proqramlar, 2022-2029-cu illər üçün Prioritet Afrika Əməliyyat strategiyasının layihəsi, mədəniyyətlə bağlı konvensiyaların icra vəziyyəti, 40-cı Baş Konfransda qəbul edilmiş 43 və 67 saylı qətnamələrin icra vəziyyəti, Qanunsuz olaraq ölkədə çıxarılmış mədəni mülkiyyətin geri qaytarılması ilə bağlı hökumətlərarası komitənin 2020-2021-ci illərdə fəaliyyəti ilə bağlı hesabat, Qeyri-maddi mədəni irs üzrə hökumətlərarası komitənin fəaliyyət hesabatı, Mədəniyyətin təbliği üzrə Beynəlxalq Fondun 2020-2021-ci illər üzrə hesabatı, həmçinin Ümumdünya İrs Komitəsinin 2020-2021-ci illər üzrə hesabatı ilə bağlı müzakirələr aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]