ÜZEYİR HACIBƏYOVUN 120 İLLİYİNƏ HƏSR OLUNUR
Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbində (UMM) keçirilən konfransda Üzeyir Hacıbəyovun həyat və yaradıcılığına dair məruzələr dinlənilmiş, musiqi məktəblərinin şagirdləri dahi bəstəkarın əsərlərini ifa etmişlər. Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi, əməkdar incəsənət xadimi Həsənağa Qurbanov, Niyazi adına 22 saylı UMM-in direktoru Natiq Vəliyev, 16 və 2 saylı UMM-in müəllimləri Aytən Bədirzadə, Natəvan Əhmədova və başqalarının Üzeyir Hacıbəyovun opera, musiqili komediya, instrumental, vokal, publisistik və elmi yaradıcılığı haqqında məruzələri dinlənilmişdir.
Proqramın bədii hissəsində Bakı şəhəri Rafiq Babayev adına 25 saylı, 3 saylı, 22 saylı UMM-in kollektivləri Ü.Hacıbəyovun “Arşın mal alan” operettasından trio, qızların xoru, Telli ilə Vəlinin duetini, “Sənsiz” romansı və “Zəfər himni” əsərlərini ifa etmişlər.
Tədbir Azərbaycanın Dövlət himninin əzəmətli sədaları ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]