ÜZGÜÇÜLÜK ÜZRƏ BAKI ŞƏHƏR ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
Paytaxtın 10 idman klubu və cəmiyyətindən 60-a yaxın üzgüçünün qatıldığı yarışları baş hakim Vaqif Nəsibovun rəhbərliyi ilə hakimlər briqadası idarə etmişdir. Turnirdə batterflay üsulu ilə Leyla İslamova (“Təhsil” RİM), Teymur Quliyev (ADBTİA), arxası üstə üsulu ilə Yelena Paşutina (“Neftçi” İSM), Tural Abbasov (“Təhsil” RİM), brass üsulu ilə Könül Cəfərova (ADBTİA), Ruslan Bolşakov (“Təhsil” RİM), sərbəst üsulla Natalya Filina (“Təhsil” RİM), Orxan Səmədov (MOİK), kompleks üsulla Səbinə Hüseynova (“Təhsil” RİM) və Elgün Babayev (“Təhsil” RİM) birinci yer tutmuşlar.
Qaliblərə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomu və qiymətli hədiyyələri təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]