Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaşinqton sərtləşir: "qırğılar", iş başına!

Vaşinqton sərtləşir: "qırğılar", iş başına!

Hazırda ekspertlər Mayk Pompeo və Con Boltonun Amerikada yüksək vəzifələrə gətirilməsinin siyasi və geosiyasi aspektlərini təhlil edirlər. Belə qənaət var ki, bu kadrlar bütövlükdə Vaşinqtonun mövqeyini daha da sərtləşdirəcək və bu, xarici siyasətdə özünü daha qabarıq göstərəcək. O cümlədən Yaxın Şərqdə Amerika hərbi güc tətbiqini artıra bilər. Bundan başqa, Rusiya, İran, Çin və Şimali Koreya istiqamətlərində yeni ixtilaflar meydana çıxa bilər. Bütün bunlarda İsrailin də maraqlarının olduğu haqqında yazırlar. Belə təəssürat yaranır ki, Donald Tramp ətrafına daha çox sərt mövqeli kadrları toplamaqla "hər şey Amerika üçün!" tezisini istənilən vasitə ilə həyata keçirmək niyyətində olduğunu nümayiş etdirir. Bu xəttin mümkün geosiyasi nəticələri necə ola bilər? Bu suala cavab üzərində bir qədər geniş dayanmaq istərdik.

Pompeo və "bığlı qartal": Amerikanı hara istiqamətləndirəcəklər?

Dünya KİV-i ABŞ-da baş verən kadr dəyişikliklərinin arxasında duran siyasi-ideoloji məqamlara marağını getdikcə artırır. Bunun səbəbi həmin kadrların bütövlükdə Vaşinqtonun mövqeyində edə biləcəkləri dəyişikliklərlə əlaqəlidir. Bu prosesdən daha çox narahat olan isə Rusiya və İrandır. Hər bir halda, həmin ölkələrin "beyin mərkəzləri" və ekspert qrupları Vaşinqton administrasiyasındakı yeni təyinatları yalnız mənfi aspektdə qiymətləndirirlər. Hesab edirlər ki, həm Mayk Pompeo, həm də Con Bolton amerikan "qırğıları"dırlar və xarici siyasətdə sərt xəttin tərəfdarlarıdırlar.

Xatırladaq ki, M.Pompeo mühafizəkar protestant tərbiyəsi almış italyan əsilli amerikalıdır. O, iş adamı, siyasətçi və diplomatdır. Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olub. Lakin ekspertlər M.Pompeonun diplomatdan çox siyasətçi olduğunu yazırlar. İndi o, ABŞ Dövlət Departamentinə rəhbərlik edir. M.Pompeonu Reks Tillersondan fərqli olaraq sərt, konkret və sözünü yerinə yetirən şəxs kimi xarakterizə edirlər. Ayrıca Yaxın Şərq, Rusiya, Şimali Koreya və Çin istiqamətlərində sərt gücə üstünlük verən mövqeyə sahib olduğunu vurğulayırlar. İran məsələsində xüsusi olaraq sərtlik göstərir. Onu israilpərəst mövqeli siyasətçi kimi də təqdim edənlər vardır.

Con Bolton Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri təyin olunub. C.Bolton kiçik Corc Buşun komandasında işləyib. Onu "qırğıların" ən parlaq təmsilçisi adlandırırlar. Rusiya, Çin, Suriya, İran və Şimali Koreyaya münasibətdə çox sərt mövqedə olduğu məlumdur. Hətta C.Boltonun belə bir ifadəsi məşhurdur: "Rusiya, Çin, Suriya, İran və Şimali Koreya elə rejimlərdir ki, sizinlə razılaşırlar, sonra isə bu razılaşmalar barədə yalan danışırlar. Və əgər ABŞ-ın təhlükəsizlik siyasəti, onlarla nəyisə ümumiyyətlə razılşadırmaq olar feyki üzərində qurulacaqsa, iflas qaçılmazdır" (bax: Bolton on Ex-Spy Poisoning by Russia: Putin Is Saying, 'What Are You Gonna Do About It?' / insider.foxnews.com, 15 mart 2018).

Maraqlı bir məqam ondan ibarətdir ki, C.Bolton amerikalıların Suriyada kürd qruplaşmalarına yardım etməsinə də mənfi münasibət bildirib. O ifadə edib ki, bu kimi addımlar perspektivli deyil. Vaşinqton həmin qruplara etdiyi yardım siyasətinə yenidən baxmalıdır. Lakin bu zaman C.Bolton radikal qruplarla əlaqəni tam kəsməkdən bəhs etmir, o, sadəcə, daha səmərəli münasibətlər sistemi yaratmağı təklif edir. Bu zaman ABŞ-ın regiondakı maraqlarını saxlamağın vacibliyini vurğulamağı da unutmur.

Bunlarla yanaşı, belə bir fikir var ki, Suriyada amerikan hərbi güclərinin saxlanmasında C.Boltonun rolu böyükdür. Bütövlükdə o, Yaxın Şərqdə ABŞ-ın hərbi güc tətbiq etməsini müdafiə edənlərdəndir. Kiçik C.Buşun İraqa müdaxiləsində, görünür, "bığlı qartal"ın rolu az olmayıb. Bütün bunlara rəğmən, C.Bolton ona "qartal" deyilməsi ilə razılaşmır və xahiş edir ki, bu termini işlətməsinlər.

Ekspertlər isə yaranmış vəziyyətə Donald Trampın ətrafında iki sərt güc tərəfdarının olmasını siyasi kontekstdə başqa cür təqdim edirlər. Konkret olaraq bu iki kadrın ABŞ-ın xarici siyasətini daha sərt müstəviyə keçirəcəyindən bəhs edilir. Hətta onların hansı məsələlər üzrə ortaq mövqeyə malik olduqlarını belə vurğulayırlar. Deyirlər ki, M.Pompeo və C.Bolton əsas olaraq Rusiya, İran, Suriya, Çin və Şimali Koreyaya qarşı sərt addımları, İsrailə istiqamətlənmiş daha yaxın siyasəti dəstəkləyəcəklər. Onların sırasında İran daha çox hədəfə alınmış kimi görünür. Bu məsələ ilə bağlı Pompeo və Boltonun bir sıra arqumentləri vardır.

Geosiyasətdə qaydasız döyüş: zərəri müsəlmanlar görür

İranın Yaxın Şərqdə geosiyasi-hərbi mövqeyinin möhkəmlənməsi prosesini təhlükəli hesab edirlər. "Hizbullah"ın Tehran tərəfindən dəstəklənməsi, istiqamətləndirilməsi və maliyyələşdirilməsinin bütövlükdə Qərbin maraqlarına ciddi təhlükələr yaratdığını ifadə edirlər. Burada İsrailin maraqları ayrıca qeyd olunur.

İran konkret olaraq Suriya, İraq, Yəmən və Livanda mövqeyini möhkəmlədib. İndi o, ümumilikdə "şiə ayparası" yaratmaqda ittiham olunur. Bunun nə dərəcədə doğru olduğunu demək çətindir, lakin İranın Yaxın Şərqin bir sıra ölkələrində nüfuzunun artması faktdır. Ancaq bu proses Qərbin, Rusiyanın və İsrailin də eyni siyasət yeritməsi fonunda baş verir.

ABŞ İraqa daxil oldu, İran ondan çox fəallıq göstərərək orada nüfuzunu artırdı. Suriyada da eyni ssenari oldu. Amerikadan fərqli olaraq, Tehran bu ölkədə daha səmərəli fəaliyyət göstərdi. İndi sirr deyil ki, Bəşər Əsəd İranın birbaşa yardımları hesabına hakimiyyətdə qalıb (bunun doğru iş olub-olmaması başqa mövzudur). Yəmən və Livanda da İran öz maraqlarını təmin etmək üçün mübarizə aparır. Ancaq bu iki ölkədə İrana qarşı Səudiyyə Ərəbistanı vardır.

Deməli, İran özbaşına və səbəbsiz Yaxın Şərqə müdaxilə etmir; o, böyük dövlətlərin geosiyasi nüfuz uğrunda savaşının bir parçasıdır. Məsələ ondadır ki, Tehran bu fəaliyyəti ilə ABŞ başda olmaqla Qərbin və İsrailin regiondakı maraqlarına uyğun gəlməyən mənzərə yaradır. Amerikalılar buna etiraz edirlər. Onları iraqlıların, suriyalıların, yaxud yəmənlilərin və ya livanlıların taleyi maraqlandırmır. Əsas qayğıları özləri üçün daha uyğun geosiyasi mühitin formalaşdırılmasıdır.

Rusiya, Çin və Şimali Koreya məsələləri də eyni məntiqlə izah oluna bilər. Onda belə çıxır ki, Vaşinqton sərt güc tərəfdarlarına üstünlük verməklə dünya miqyasında öz maraqlarını daha aktiv təmin etmək mərhələsinə başlayır. Bunun fonunda ABŞ-ın Türkiyə ilə də münasibətlərinin asan olmayacağını proqnozlaşdırmaq mümkündür. Çünki Türkiyə daha təmkinli, dinc diplomatik siyasətlə, yerli insanların mənafeyini gözləməklə və onları qorumaqla nüfuzunu müntəzəm olaraq artırır.

Xüsusilə "Zeytun budağı" hərəkatı göstərdi ki, türk ordusu yüksək peşəkarlıqla hərbi əməliyyat aparmağa qadirdir. Bu zaman türk əsgərləri dinc əhalini tam qoruya bilir. Eyni fikri digər qüvvələrə aid etmək mümkün deyildir. Onlar dağıdıcı, məhvedici və etnik, məzhəb ayrı-seçkiliyi məzmunu kəsb edən siyasət yeridirlər. Bu bağlılıqda təxmin etmək olar ki, D.Trampın "qırğıları" Türkiyə məsələsinə də xüsusi diqqət yetirəcəklər. Ancaq onların qarşısını xeyli dərəcədə NATO üzvlüyü məsələsi kəsməkdədir.

Yuxarıda vurğulanan məqamlar geosiyasi kontekstdə Pompeo-Bolton cütlüyünün fəaliyyətinin hansı nəticələr verə biləcəyi barədə müəyyən tezislər irəli sürməyə imkan verir. Gözləmək olar ki, Yaxın Şərqdə hərbi təxribatlar artacaq. Onun miqyası məhdud ola bilər. Lakin son nəticədə müsəlmanların zərər görəcəyini təxmin etmək mümkündür. Yəni Amerika da müsəlmanı vuracaq, Rusiya da, İran da. Hər iki tərəf Suriyanı tədricən xarabaya çevirmək xəttini davam etdirəcəklər. M.Pompeo və C.Bolton isə bu işdə daha sərt mövqe tutmaqla adi insanlar üçün daha inandırıcı görünməyə çalışa bilərlər. Məsələn, rus təhlükəsi, yaxud İran təhlükəsi bəhanəsi ilə regionda yeni terror qruplaşmaları yarada bilərlər. Və ya Suriyanın yeni bir bölgəsində amerikan, fransız, səudiyyəli, ingilis hərbi güclərini yerləşdirə bilərlər. Bu da Türkiyə ilə birbaşa hərbi toqquşmalar ehtimalını artırır.

Nəticədə, Yaxın Şərqdə böyük dövlətlər arasında savaş ssenarisini istisna etmək olmaz. Gözləmək çətindir ki, Vaşinqton bu mövqeyindən geri çəkilsin. Donald Tramp nə qədər "Suriyadan çıxırıq" desə də, real proseslər bunun gözə kül üfürmək olduğunu göstərir. Əksinə, ABŞ yeni qaydada Yaxın Şərqdə nüfuzunu artırmaq kursunu götürüb. Ona qarşı olan qüvvələr də bunu çox gözəl bilirlər. Deməli, ixtilaflar, münaqişələr və yeni qan tökülməsi gözləniləndir. Mayk Pompeo və Con Boltonun bu prosesdə nə dərəcədə fəallıq göstərəcəklərinin dinc insanların həyatının məhv olması kontekstində hansı önəmi vardır? Yaxud başqaları onlardan hansı keyfiyyətləri ilə yaxşıdırlar.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir