Vəkillər məhkumlara hüquqi yardım göstəriblər
Bakı, 22 may, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs olunmuş şəxslər üçün "İnsan Hüquqları Aylığı" çərçivəsində pulsuz hüquqi yardım və maarifləndirmə işi həyata keçirilib.
Kollegiyadan AZƏRTAC-a verilən məlumata görə, “Presedent” Vəkil Bürosunun vəkilləri tərəfindən 1 və 15 saylı cəzaçəkmə müəssisələrində ümumilikdə 35 nəfərə yaxın məhkum qəbul edilib və onların müraciəti dinlənilib, müxtəlif hüquqi məsələlər ətrafında izahat verilib və sualları cavablandırılıb.