Azərbaycan Dövlət İnformasiya Agentliyi

VERGİLƏR NAZİRİ FAZİL MƏMMƏDOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Müstəqillik əldə edildikdən sonra Azərbaycanda iqtisadi inkişafın möhkəm təməli ümummilli liderimiz Heydər Əliyevin idarəçilik məharəti, gərgin və yorulmaz əməyi nəticəsində qoyulmuşdur. Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının bu gün, cənab Prezident, Sizin tərəfinizdən böyük dinamizmlə davam etdirilməsi ilə iqtisadi islahatların həyata keçirilməsi üçün əlverişli şərait yaradılmışdır ki, bunun da nəticəsində indi Azərbaycan dünya dövlətləri arasında ən yüksək inkişaf sürətinə malikdir.

Əsası Heydər Əliyev tərəfindən qoyulan və çoxlarının əfsanə kimi qəbul etdiyi qlobal iqtisadi layihələr reallığa çevrilmişdir.

Respublikanın iqtisadi-sosial həyatında baş verən köklü dəyişikliklər Azərbaycanın vergi sistemində də əsaslı irəliləyişlərin olması üçün zəmin yaratmış və hesabat ilində bir çox nailiyyətlər əldə edilmişdir. Möhtərəm cənab Prezident, əlbəttə, vergi sistemindəki irəliləyişlərin Sizin ali tələblərinizə tam cavab verməsini söyləmək heç də düzgün olmazdı.

2005-ci ildə vergi orqanları tərəfindən 7 trilyon 102 milyard manat proqnoza qarşı dövlət büdcəsinə 7 trilyon 137,5 milyard manat vəsaitin daxil olması təmin edilmiş, proqnoza 100,5 faiz əməl edilmişdir. 2005-ci ildə büdcəyə daxil olmuş vəsaitlərin həcmi 2004-cü il ilə müqayisədə 2 trilyon 111,5 milyard manat və ya 42 faiz çox olmuşdur.

Hesabat dövründə qeyri-neft sektoru üzrə büdcəyə 4 trilyon 202 milyard manat proqnoza qarşı 4 trilyon 426,5 milyard manat vəsait daxil olmaqla, proqnoz tapşırığına 105,3 faiz əməl edilmişdir. Keçən illə müqayisədə bu göstərici 1 triylon 322,5 milyard manat və ya 42,6 faiz çoxdur.

Qeyri-dövlət sektoru üzrə 3 trilyon 396 milyard manat proqnoza qarşı 3 trilyon 804 milyard manat vəsait (112 faiz) daxil olmuşdur ki, bu da 2004-cü ildəkindən 1 trilyon 213 milyard manat və ya 46,8 faiz çoxdur.

Ötən ildə 2002-ci ilə nisbətən vergilərin yığılması sənaye sahəsində 2 dəfə, tikinti sahəsində 2,6 dəfə, ticarət və xidmət sahəsində 28 faiz, nəqliyyatda 32,6 faiz, rabitədə 2,7 dəfə, tütün məhsulları istehsalında 3 dəfə, alkoqollu içkilər istehsalında 20 faiz, digər sahələrdə isə 2,8 dəfə artmışdır.

2005-ci ildə Vergi Məcəlləsinə 73 əlavə və dəyişiklik edilməsi barədə müvafiq layihə hazırlanaraq Milli Məclisə təqdim edilmiş və 2005-ci il dekabrın 16-da Sizin tərəfinizdən təsdiq edilmişdir. Bu dəyişikliklərdən 25-i redaktə xarakterli olmuşdur. Digər dəyişikliklər isə, əsasən, beş istiqaməti əhatə etmişdir.

Birinci istiqamət dörd maddə üzrə denominasiya ilə əlaqədar dəyişikliklərdir ki, bunlar da mövcud vergi dərəcələrinin yeni Azərbaycan manatına uyğunlaşdırılması məqsədi ilə aparılmışdır.

Növbəti istiqamət vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi ilə bağlı dəyişikliklərdir.

Üçüncü istiqamət hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsinin cənab Prezident, Sizin bilavasitə tapşırığınızla 24 faizdən 22 faizə endirilməsi və fiziki şəxslərin gəlir vergisinin yuxarı şkalasının 3 milyon manatdan 5 milyon manata qaldırılmasıdır ki, bu da kiçik və orta sahibkarların vergi yükünün azaldılması və işçilərin əmək haqlarından tutulan vergi dərəcəsinin aşağı salınması məqsədi ilə həyata keçirilmişdir.

Dördüncü istiqamət vergi borclarının məcburi alınması ilə əlaqədardır. Bu dəyişikliklər vergi borclarının alınması inzibatçılığının təkmilləşdirilməsinə, vergi borcu əvəzinə hərraca çıxarılmış əmlakların satışı proseslərinin sadələşdirilməsinə aiddir.

Sonuncu, beşinci istiqamət isə əlavə dəyər vergisi (ƏDV) üzrə qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə aparılmış dəyişikliklərdir. Bu, ƏDV qeydiyyatını sərtləşdirmək və bu sahədə vergi hüquqpozmalarına qarşı ciddi maliyyə sanksiyaları tətbiq etməklə, ƏDV fırıldaqçılığı ilə məşğul olan yalançı sahibkarlara qarşı səmərəli mübarizənin təşkili məqsədi ilə edilmişdir.

Möhtərəm cənab Prezident,

Hesabat dövründə vergi orqanlarının maddi-texniki bazası gücləndirilmiş, regionlarda müasir tələblərə cavab verən 5 yeni inzibati bina tikilmiş, bu binalar ən müasir kompüterlər və texniki avadanlıqlarla təmin olunaraq, fibro-optik xətlərlə Vergilər Nazirliyinin mərkəzi informasiya bazasına qoşulmuşdur. Beləliklə, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkənin bütün vergi orqanlarının vahid şəbəkədə birləşdirilməsi işi başa çatdırılmışdır. Bu yeniliklər vergi orqanları əməkdaşlarının vergi ödəyicilərinin apardığı əməliyyatlara nəzarətini təmin etmiş, eyni zamanda, vergi ödəyicilərinə internet vasitəsilə bəyannamələrini təqdim etməyə imkan yaratmışdır. 2006-cı il fevralın 1-dən vergi sistemində daxili yazışmalarda kağızdan istifadəyə son qoyulur və bütün yazışmalar elektron formatda aparılacaqdır.

Vergi ödəyicilərinə xidmətin səviyyəsi artırılmış, nazirliyin internet saytının və 195 nömrəli telefon məlumat xidmətinin imkanları genişləndirilmişdir. Vergi ödəyicilərinə bütün sutka ərzində hər iki resurs vasitəsilə vergilər haqqında zəruri məlumatları əldə etmək imkanı yaradılmışdır. Təkcə 2005-ci ildə 260 min nəfər internet saytından, 123 min nəfər isə 195 nömrəli telefon məlumat xidmətindən istifadə etmişdir ki, bu da həmin xidmətlərin respublikada ən çox istifadə olunan məlumat mənbəyinə çevrilməsi deməkdir.

Möhtərəm cənab Prezident, 2005-ci ildə bilərəkdən vergidən yayınma, qanunsuz sahibkarlıq və digər qanunazidd hərəkətlərə qarşı ciddi mübarizə aparılmış, bu xüsusatdan olan materiallar üzrə 281 cinayət işi qaldırılmışdır. 64 nəfər haqqında həbs qətimkan tədbiri seçilmiş, dövlətə dəyən ziyandan 33,1 milyard manat ödənilmiş, uçotdan yayındırılmış 389 milyard manat məbləğ müvafiq uçot sənədlərində bərpa edilmişdir. Axtarışda olan 62 şəxs tərəfimizdən tapılaraq məhkəmə orqanlarına təhvil verilmiş və barələrində məhkəmələrin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Möhtərəm cənab Prezident, çıxışımın əvvəlində qeyd etdiyim kimi, hesabat dövründə istər büdcə daxilolmaları sahəsində, istər vergi inzibatçılığında yol verilmiş nöqsanlara, istərsə də vergi nəzarətinin müxtəlif sahələr üzrə tam həyata keçirilməməsi hallarına rast gəlinmişdir. Belə ki, 2005-ci ildə doqquz iri dövlət vergi ödəyicisindən yeddisi üzrə hesablanmış vergilərin büdcəyə alınmasına tam şəkildə nail olunmamış, əlavə hesablanmış vergilərin toplanmasında problemlər mövcud olmuşdur.

Eyni zamanda, işçilərin peşəkarlıq səviyyəsinin müasir tələblərə tam cavab verməməsi, xüsusilə onların kompüter biliklərinin artırılması istiqamətində həyata keçirilən tədbirlər tam başa çatdırılmamışdır.

Nağd hesablaşmaların aparılması, o cümlədən şadlıq evlərinin, iri ticarət obyektlərinin fəaliyyəti üzərində, mənzil tikintisi ilə məşğul olan şirkətlərin vergiyə cəlb edilməsində, əmək müqaviləsi bağlanmadan işlərə cəlb edilmiş şəxslərin aşkarlanmasında, nəqliyyat vasitələrinin vergiyə cəlb olunmasında, saxta vergi hesab-fakturaları ilə əməliyyat aparan “işbazların” tam axıra qədər ifşa olunmasında bir sıra çatışmazlıqlar olmuşdur.

Cənab Prezident, yuxarıda göstərilən nöqsan və çatışmazlıqların obyektiv və subyektiv səbəbləri olmuşdur. İcazənizlə, Sizi əmin etmək istərdim ki, gələcəkdə bu səbəblərin xarakterindən asılı olmayaraq, nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.

Möhtərəm cənab Prezident, icazənizlə, cari ildə görüləcək işlərin əsas strateji istiqamətləri barədə də məruzə edərdim. 2005-ci ilə nisbətən daxil olmuş vergilərin miqdarını 812,5 milyon yeni Azərbaycan manatı və ya 57,7 faiz artırmaqla, 2006-cı il üçün nazirlik qarşısında qoyulan 2 milyard 240 milyon yeni Azərbaycan manatı məbləğində proqnoz tapşırığının icrasına nail olacağıq. Eyni zamanda, vergi qanunvericiliyini daha da təkmilləşdirmək istiqamətində zəruri tədbirlər görüləcəkdir.

Vergi ödəyicilərinə xidmətin səviyyəsinin artırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə kənd rayonlarında vergi ödəyiciləri üçün kompüter terminallarının quraşdırılması, müasir telefon mərkəzinin yaradılması, özəl vergi məsləhətçiləri sisteminin, vergi ödəyicilərinin ombudsman təsisatının formalaşması üçün müvafiq işlərin görülməsi, nazirliyin tədris mərkəzinin fəaliyyətinin müasir tələblər səviyyəsinə çatdırılması üçün bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.

“Elektron hökumət” layihəsinin həyata keçirilməsi istiqamətində Sizin tapşırıqlarınızın icrası olaraq, nazirliyin kompüter şəbəkəsinin imkanlarının genişləndirilməsi və digər dövlət qurumları ilə inteqrasiyası işləri başa çatdırılacaq, yeni, müasir bəyannamə formaları tətbiq ediləcəkdir.

2006-cı ildə geniş struktur islahatları aparmaqla və beynəlxalq təcrübəni öyrənməklə nağd hesablaşmaların aparılmasına nəzarət gücləndiriləcək və bu sahədəki nöqsanlar aradan tam qaldırılacaqdır.

Mənzil tikintisinin vergiyə cəlb edilməsi xüsusi nəzarətə götürüləcək və bu sahədən vergilərin tam yığılmasına nail olunmasına çalışılacaqdır.

Eyni zamanda, avtomobil vasitələri ilə sərnişin və yük daşınması sahəsində əvvəlki illərdən mövcud olan problem Sizin müdaxiləniz sayəsində öz həllini tapmış və müvafiq sənədlərin verilməsi Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Bu da 2006-cı ildə həmin sahədən vergilərin tam həcmdə yığılmasına imkan yaradacaqdır.

Ən nəhayət, möhtərəm cənab Prezident, ƏDV fırıldaqçılığı ilə məşğul olan şəxslərin tam şəkildə aşkar edilərək, büdcəyə daxil olmalı olan vergilərin yayındırılmasının qarşısının tam alınması istiqamətində bütün tədbirlər görüləcəkdir.

Möhtərəm cənab Prezident, Sizin gündəlik dəstəyinizə arxalanaraq məruzə edirəm ki, yuxarıda sadaladığım strateji istiqamətlər üzrə aparılacaq işlər istər vergi uçotu, vergi inzibatçılığı, istərsə də vergi nəzarəti sahəsində mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmağa imkan verəcək, kadrların peşə hazırlığı səviyyəsi artırılacaq, vergidən yayınma hallarına qarşı ən sərt metodlar tətbiq ediləcəkdir.

Çıxışımın sonunda, icazə verin, bütün vergi işçiləri adından Sizi əmin edim ki, Azərbaycanın vergi xidməti orqanlarının əməkdaşları böyük etimadınızın məsuliyyətini dərk edərək, qarşımıza qoyduğunuz tələb və tapşırıqların tam həyata keçirilməsi üçün bütün güclərini səfərbər edəcək və 2006-cı ildə də Sizin göstəriş və tapşırıqlarınızı tam məsuliyyətlə icra etməyə çalışacaqlar.

Diqqətinizə görə minnətdaram.

İLHAM ƏLİYEV: Bizim gəlirlərimiz, imkanlarımız artır, büdcəmiz artır. Bu, əlbəttə ki, çox müsbət bir haldır. Bunun müxtəlif səbəbləri var. Bayaq qeyd olunduğu kimi, iqtisadi islahatlar daha da sürətlə gedir. Eyni zamanda, vergi sistemində də islahatlar öz nəticələrini verməkdədir. Amma gəlirlər artdıqca, problemlər də artır və problemlər təkcə makroiqtisadi sabitliyin qorunması ilə bağlı deyildir. Digər problemlər də var. Natəmiz insanlar, fırıldaqçılar, saxtakarlar bundan istifadə edirlər.

Bir müddət bundan əvvəl maliyyə naziri mənə məruzə etdi ki, son zamanlar saxta hesab-fakturaların yayılması, satılması, demək olar, geniş vüsət alıbdır. Mən tapşırıq verdim ki, bu məsələ ciddi araşdırılsın və cinayət törətmiş şəxslər məsuliyyətə cəlb olunsunlar. Biz buna imkan verə bilmərik. Bu, bizim iqtisadiyyatımıza böyük zərbə vuran yeni bir dələduzluq texnologiyasıdır. Ona görə mən tapşırıram sizə və eyni zamanda, aidiyyəti orqanlara, Baş Prokurorluğa ki, bu məsələ ciddi araşdırılsın və ölçülər götürülsün.

Bilirsiniz, biz gərək bu sahədə şəffaflığı təmin edək. Bildiyiniz kimi, Azərbaycan hasilat sənayesində şəffaflığın inkişafında çox böyük rol oynayır. Bir neçə il bundan əvvəl Böyük Britaniya tərəfindən irəli sürülmüş təşəbbüsə Azərbaycan ilk olaraq qoşulmuşdur. Hasilat sənayesində şəffaflığın təmin olunması işində bizim fəaliyyətimiz çox təqdirəlayiqdir və eyni zamanda, Azərbaycanın təcrübəsi başqa ölkələr tərəfindən də öyrənilir. Biz hasilat sahəsində buna nail olduq və bu onu göstərir ki, bütün sahələrdə də nail olmalıyıq. O cümlədən maliyyə bazarında, maliyyə sahəsində biz buna mütləq nail olmalıyıq. Yoxsa ki, bu meyillər belə davam etsə, bizim iqtisadiyyatımıza çox böyük zərbə olacaqdır.

Bir də mənə verilən məlumata görə, dövlət təşkilatları bu işlərdə iştirak edirlər. Çünki onların iştirakı olmasa, dövlət şirkətlərinin bu işdə əli olmasa, bu proses gedə bilməz. Yəni ki, deməli, burada onlar - cinayətkarlarla dövlət təşkilatlarında çalışan insanlar, rəhbər işçilər əlbirdirlər. Ona görə mən bu işlə məşğul olan şəxslərə ciddi xəbərdarlıq edirəm ki, bu əməllərdən əl çəksinlər. Bir daha deyirəm ki, cinayət törətmiş insanlar məsuliyyətə cəlb olunacaqlar və ciddi tədbirlər görüləcəkdir. Siz də bu işdə fəaliyyətinizi gücləndirin.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO