“Vest Bromviç” İngiltərə Premyer Liqasına yüksəlib
Bakı, 23 iyul, AZƏRTAC
“Lids”in ardından İngiltərə Premyer Liqasına yüksələn ikinci komandanın adına aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, futbol üzrə İngiltərə Çempionşipində 2019/2020-ci il mövsümünə yekun vurulub. Slaven Biliçin baş məşqçi olduğu “Vest Bromviç” 46 oyuna 83 xal toplayaraq ikinci yeri tutub və ikiillik fasilədən sonra elitaya vəsiqə qazanıb.
Üçüncü və sonuncu vəsiqənin sahibi isə 3-6-cı pillələrdə qərarlaşan dörd komanda arasında baş tutacaq pley-off qarşılaşmalarından sonra müəyyənləşəcək. Yarımfinalda “Suonsi Siti” “Brentford”la, “Kardiff Siti” isə “Fulhem”lə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:14]
Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb
- 19.06.2026 [10:52]
Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb
- 19.06.2026 [10:41]
“Səbail” yeni baş məşqçisini açıqlayıb
- 19.06.2026 [05:30]
Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib
- 19.06.2026 [01:02]
Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib
- 18.06.2026 [22:06]