Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Dövlət Miqrasiya Xidmətində yad edilib
Bakı, 4 dekabr, AZƏRTAC
Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, bütün ölkə ərazisində olduğu kimi, DMX-də də xidməti fəaliyyətini yerinə yetirən əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinin şəhidlik zirvəsinə ucalan 2783 hərbi qulluqçunun əziz xatirəsini ehtiramla anıblar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin və qazilərimizə şəfa versin.
Qarabağ Azərbaycandır.