Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Veysəloğlu” Şirkətlər Qrupunun qapalı anbar ərazisinə və “Xonça” fabrikinə mediatur keçirilib

Bakı, 2 noyabr, AZƏRTAC

Noyabrın 1-də “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “AVT Logistics” MMC-nin qapalı anbar ərazisinə və “Araz” supermarketlər şəbəkəsinə daxil olan “Xonça” fabrikinə mediatur keçirilib.

AZƏRTAC xəbər verir ki, mediatur zamanı müxtəlif media qurumlarını təmsil edən jurnalistlər “AVT Logistics” MMC-nin qapalı anbar ərazisində və “Xonça” fabrikindəki iş prosesi ilə yaxından tanış olublar.

Mediatur zamanı jurnalistləri anbarın və fabrikin işi ilə “AVT Logistics” MMC - İdarə Heyətinin sədri Co Daybel, İdarə Heyətinin üzvü Pərviz Qasımov, “Xonça” fabrikinin rəhbəri Nüsrət Məlikov, İstehsalat departamentinin müdiri Rəhman Ələkbərov və “Araz” supermarketlər şəbəkəsinin kateqoriya müdiri Vüsal Məmmədov tanış edib.

“AVT Logistics” şirkətinin İdarə Heyətinin sədri Co Daybel qeyd edib ki, “AVT Logistics” 2015-ci ildə qrupa daxil olan digər şirkətlərin istehsal və idxal etdiyi malların logistikasının həyata keçirilməsi məqsədilə yaradılıb: “48 min kvadratmetrlik qapalı anbar sahəsinə və 87 min palet tutumuna malik “AVT Logistics” MMC Qafqazın ən böyük anbarı olmaqla yanaşı, ölkənin gündəlik istehlak mallarına olan tələbatının böyük bir qismini təmin edir. Şirkət sahib olduğu 500-dən çox nəqliyyat vasitəsilə aylıq 2 milyon kilometrdən çox məsafə qət etməklə, 15 mindən çox satış nöqtəsinə sifarişlərin vaxtında çatdırılmasını həyata keçirir. -18°C-dən +23°C-yə qədər rejimdə təzə, dondurulmuş, soyudulmuş qida məhsulları və digər növ qida və qeyri-qida məhsullarının saxlanması, sifariş üçün hazırlanması, paketlənməsi, etiketlənməsi, paylanma və qaytarma əməliyyatları şirkətdə çalışan 2 min 200 nəfərdən çox əməkdaş tərəfindən reallaşdırılır”.

Co Daybelin dediyinə görə, “AVT Logistics” MMC yerli məhsullarla yanaşı, bir sıra ölkələrdən də mal idxalı, həmin malların saxlanılması və çatdırılması prosesini də həyata keçirir. Bu, şirkətə bazara uyğun əlverişli qiymət strategiyasını həyata keçirməyə imkan verir. Şirkət 2021-ci ildən etibarən əlavə 300 mağazaya xidmət göstərməklə müştərilərin keyfiyyətli məhsul ilə bağlı seçim imkanını artırıb. Bu il 10 min 432 kvadratmetr sahəyə malik yeni logistika mərkəzinin inşasına başlanılıb. Təzə və dondurulmuş məhsulların, meyvə-tərəvəz məhsullarının keyfiyyətlə saxlanılmasına imkan verəcək yeni mərkəzin 2022-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur”.

Keyfiyyətli xidmətlə yanaşı, əməkdaşlarının inkişafının şirkətin prioritetlərindən biri olduğunu vurğulayan İdarə Heyətinin üzvü Pərviz Qasımov bildirib: “Şirkətdə uzun müddətli karyera üçün şərait yaradılır, mütəxəssis olaraq işə başlayan əməkdaşlar lider olaraq yetişir və yüksək vəzifələrə təyin olunurlar. Anbar əməkdaşlarının ixtisasının artırılması məqsədilə bu ilin əvvəlindən “Fəhlədən mütəxəssisə” və “Mütəxəssisdən rəhbərə” proqramlarına start verilib. Proqram çərçivəsində fəhlə kateqoriyasına daxil olan əməkdaşlara potensiallarına və maraq dairələrinə uyğun peşələrə yiyələnmələri üçün təlimlər keçirilib. Həmçinin “AVT Logistics” MMC ixtisaslı peşə yönümünün inkişafına töhfə vermək məqsədilə müvafiq peşə məktəbləri ilə tərəfdaşlıq edir, məzunların şirkətdə istehsalat təcrübəsi keçməsinə və gələcəkdə işlə təmin olunması üçün şərait yaradır”.

Mediaturda jurnalistləri “Xonça” fabrikindəki iş prosesi ilə İstehsalat departamentinin müdiri Rəhman Ələkbərov tanış edib. Fabrikin fəaliyyət istiqamətləri üzrə məlumat verən R.Ələkbərov bildirib: “Hazırda fabrik 3 əsas istiqamət - şirniyyat və un məmulatlarının istehsalı, ət istehsalı və keytrinq xidmətləri üzrə fəaliyyət göstərir. “Xonça”nın şirniyyat və un məmulatları üzrə fəaliyyəti müasir və yüksək texnologiyalı avadanlıqlarla, həmçinin İsveçrənin “Rondo” markasına məxsus istehsal xətti, Almaniya istehsalı olan MIWE sobaları ilə təmin edilir. Hazırda “Xonça” şirniyyat fabrikində 200 çeşiddən çox un məmulatı istehsal olunur. Müəssisənin ümumi illik istehsal həcmi 8 min tondur. Fabrikdə Fransa, Almaniya, Avstriya, Rusiya və Ukraynada xüsusi təlim keçmiş texnoloqlar və işçi heyəti çalışır”.

“Xonça” fabrikinin digər önəmli fəaliyyət istiqaməti isə yalnız yerli cins heyvanların ətindən istifadə edilərək həyata keçirilən ət emalıdır. Heyvanların qəbulu zamanı müəyyən göstəricilər üzrə seçim həyata keçirilir. Baxış zamanı dana əti cəmdəyinin maksimal xalis çəkisinin 210 kiloqram, qoyun əti cəmdəyinin isə 18 kiloqrama qədər olmasına fikir verilir. Təzə ət emal olunaraq “Araz” və “Spar” supermarketlər şəbəkəsində əhaliyə təqdim olunur.

R.Ələkbərov, həmçinin qeyd edib ki, fabrikin yeni istiqamətlərindən biri olan keytrinq keyfiyyətli xidmət missiyasına xidmət edir: “Hazırda Məhəmmədi, Keşlə, Balaxanı ərazisi, Salyan rayonu və Mingəçevir şəhərində yerləşən 5 mətbəxdə ən yeni avadanlıqlarla istehsal prosesi aparılır. “Xonça” hazırda 10 şirkətə korporativ keytrinq xidməti göstərir. Burada həm yerində istehsal və xidmət, həm də termoboks və birnəfərlik qablarda çatdırılma həyata keçirilir. Qeyd edək ki, sadəcə Məhəmmədi ərazisindəki mətbəx gündəlik 10 min porsiya yemək hazırlamaq potensialına malikdir. İstər inqrediyentlər, onların saxlanma və istifadə şərtləri, istərsə də yeməyin hazırlanması daxili Keyfiyyətə Nəzarət departamenti tərəfindən daimi yoxlanılır və hər gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə nümunələr təqdim edilir. Şirkət tərtib etdiyi gündəlik menyu baxımından bazarda ən uyğun və ən keyfiyyətli ketrinq xidməti təklif edir”.

Mediatur çərçivəsində “Xonça” fabriki barədə bildirilib ki, fabrik 2022-ci ildə istehsal və satış dövriyyəsinin 60 faiz artırmağı nəzərdə tutur. Həmçinin qeyd edilib ki, “Xonça”dan süfrələrə ləzzət gətirən un məmulatlarını “Araz” və “Spar” supermarketlər şəbəkəsini əhatə edən 111 satış nöqtəsindən əldə etmək mümkündür. “Xonça” fabriki ilə Bakı Peşə Liseyi arasında mövcud olan əməkdaşlıq çərçivəsində liseyin şagirdləri “Xonça” istehsalat sahəsində təcrübə keçə, həm də məzun olduqdan sonra burada işlə təmin oluna bilərlər. Ləzzəti və xüsusi tərkibi ilə fərqlənən məhsulların hazırlanmasında keyfiyyətli xammal və inqrediyentlərdən istifadə “Xonça”nı fərqli edən əsas nüansdır”.

Sonda mediatur iştirakçılarının “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “AVT Logistics” MMC-nin qapalı anbar ərazisinə və “Araz” supermarketlər şəbəkəsinə daxil olan “Xonça” fabrikinin iş prosesi barədə təəssüratları öyrənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kolumbiyada partlayıcı qurğunun işə düşməsi nəticəsində 6 əsgər həlak olub

Çin “Tianhui 5-02” uzaqdan zondlama peykini uğurla orbitə buraxıb

Rütubətli hava ilə necə mübarizə aparmaq olar?

Media: Rusiya aviasiyası Ukraynaya veriləcək F-16-ları tez məhv edəcək

Azərbaycan bəstəkarının musiqi albomu Almaniya və ABŞ-da işıq üzü görüb

Britaniyada “exit-poll”un nəticələri açıqlanıb, Leyboristlər hakimiyyətə gələ bilər

Britaniyada parlament seçkilərində səs vermə başa çatıb

Fransada parlament seçkilərində respublikaçıların namizədlikdən çəkilməsi gözləntilərə həlledici təsir edəcək - SORĞU

Şəkidə fərdi yaşayış evində yanğın olub

“Reuters”: Makronun oyunu Avropanın gələcəyini təhlükə altına salır

“Qazax Aqropark”ının kartof sahəsində məhsul yığımına başlanılıb

Ankaradakı təlimlərin 4-cü günü: Media nümayəndələrinə zəruri müdafiə fəndləri öyrədilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

XİN Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astana görüşü ilə bağlı Bəyanat yayıb

“Azerbaijan Best Awards” mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub

Türkiyə Milli Müdafiə Nazirliyi: Suriya və İraqda ilin əvvəlindən 1327 terrorçu zərərsizləşdirilib

Ərdoğan: Dünyada "güclünün hüququ" üstünlük təşkil etməməlidir

Azərbaycanın mina problemi Belçikada keçirilən silsilə tədbirlərdə müzakirə olunur

IELTS imtahanında uğur qazanmış BDU tələbələri təltif ediliblər

Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir - RƏY

Ermənistan ABŞ-la birlikdə yeni AES tikməyi planlaşdırır

Azərbaycan-İsrail Məzunları Assosiasiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan və İraqın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın aparılmasının vacibliyi müzakirə edilib

Politoloq: Azərbaycanın ŞƏT ilə münasibətləri xalqımızın və dövlətimizin maraqlarına xidmət edir

Tokayev: ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb

Belarus nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Bu il BDU-nun “SABAH” qruplarını 244 məzun bitirir

® “Rabitəbank” yeni konseptli Lənkəran filialının açılışını etdi

Ağstafa Gənclər evinə mediatur təşkil edilib

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qiymətləndirmə prosesində iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb

ADU-da Şeyx Zayed adına Ərəb dili auditoriyası açılıb

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başa çatıb

Prokurorluq: MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Fransızların yarısı seçkilərdə Le Penin partiyasının qalib gəlməsini istəyir

“Gasgoo” nəşri: “BYD” konqlomeratı Azərbaycana elektrik avtobusları tədarük edəcək

Türkiyənin antik tarixi – Likya, Kariya, Pisidia

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb

"İTi Zəka-2" hakatonunun mükafatlandırma mərasimi keçirilib

Hava şəraiti ilə əlaqədar olaraq ölkə üzrə yanğın indeksi açıqlanıb

AMADA Türkiyənin antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qanvermə aksiyası keçirilib

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər edib

UNEC magistraturaya qəbul olanlara müraciət edib

Konstitusiya Məhkəməsində İraq Respublikasının Ali Məhkəmə Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Gənc Avropa səfirləri Bakıda süni intellektdən istifadəyə dair təlim keçiblər

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvada uşaq evində olublar VİDEO

Azərbaycan Prezidenti: COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik

Antonio Quterreş: ŞƏT dünyanın ən böyük regional təşkilatıdır

Azərbaycanda keçirilən yaşıl iqtisadiyyatla bağlı konfrans İordaniya mətbuatının diqqət mərkəzində olub

Prezident İlham Əliyev: Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır

Prezident: Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini təşkil edir

Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI EUROPE 2024” İllik Konqresi və Baş Assambleyasında iştirak edib

Milli Depozit Mərkəzi ikinci rübdə 1 milyard manatdan çox ödəniş həyata keçirib

Astanada “ŞƏT plyus” formatında görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib  YENİLƏNİB-3 VİDEO

Yenidən təmir olunan Ağstafa peyntbol və atıcılıq mərkəzi fəaliyyətini genişləndirir

“Vikipediya”nın gürcü dili bölməsində azərbaycanəsilli istifadəçilərin fəallığı artır

Bölgələrdəki günərzi qayğı mərkəzlərində 900-dən çox uşağa xidmətlər göstərilir

® “Caspian Energy Club Czechia” aktiv fəaliyyətini davam etdirir

“Araz-Naxçıvan”ın kapitanı püşkatma barədə danışıb

Ersin Tatar: ŞKTR-i dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdaram

Azərbaycanda Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirilib

AQTİ sahibkarlar üçün infotur təşkil edib

Naxçıvan boksçusu Yakutiyada medal qazanıb

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

Fransada seçkilərin növbəti turundan sonra potensial iğtişaşların qarşısının alınmasına daha çox polis əməkdaşı cəlb olunacaq

Coğrafiya İnstitutunun iştirakı ilə Almaniyada geoparklarla bağlı beynəlxalq seminar keçirilib

Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı mərkəzi”nə iyun ayında 504 zəng daxil olub

Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub

Türkiyəli ekspert: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazın qlobal nüfuzunu artıracaq

Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir

Qardabani Təhsil və İnteqrasiya Mərkəzi tədris ilini uğurla başa vurub

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Şuşada işgüzar görüşü keçirilib

Tbilisidəki Mtastminda parkında yanğın baş verib

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatıb

Astanada “ŞƏT Plyus” görüşü keçirilir

® “Kapital Bank”ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Monitorinq aparılan 19 kartofçuluq təsərrüfatında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb

Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru

Ağsu və Kürdəmirdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

İmişli şəhər tullantı poliqonunda tullantıların yandırılması faktı aşkarlanıb

ŞƏT-in Zirvə toplantısına növbəti dəvət Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir - ŞƏRH

Ölkəmizdə ilk dəfə “İFest” - innovasiya və texnologiya festivalı keçiriləcək

“Magellanın dövri-aləm səyahəti” romanı almancadan ana dilimizə tərcümə olunub

Prezident İlham Əliyevin ŞƏT-in Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub

“Kəpəz” klubu icarə əsasında oynayan futbolçunu birdəfəlik transfer edib

Ali Məhkəmədə İraq Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib VİDEO

Zaqatalada maşın aşıb, 6 nəfər xəsarət alıb VİDEO

Qazaxıstan Milli Muzeyinin nümayəndə heyəti Elmi Bərpa Mərkəzində olub

Fransada parlament seçkilərinin ikinci turu üçün 30 min polis və jandarma səfərbər ediləcək

Belarus nümayəndə heyəti DOST Agentliyində olub

Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlunun yeni kitabı çap olunub

Şimali Makedoniya Prezidenti COP29-da iştiraka dəvət olunub

“General Motors” konserni 145,8 milyon dollar cərimələnib

“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi Londonda təmsil edəcəklər

Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək