VII ƏNƏNƏVİ BEYNƏLXALQ “ŞƏRQ-QƏRB” BAKI KİNOFESTİVALINA YEKUN VURULMUŞDUR
Rüstəm İbrahimbəyov və Pavel Duvidzonun ssenarisi əsasında rejissorlar Sergey Bodrovun və Talqat Temenovun çəkdikləri “Köçərilər” filmi qazax xalqı tarixinin faciəli səhifələrindən, öz torpağının müdafiəsi üçün qazax qəbilələrini birləşdirmiş qəhrəmandan söhbət açır.
Sonra kinofestivalın təntənəli bağlanışı olmuşdur.
Avrasiya Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri Rüstəm İbrahimbəyov kinofestivalın laureatlarının adlarını elan etmişdir. Gürcüstan aktyoru Giorgi Masxaraşvili rejissor Levan Zakareşvilinin “Tbilisi-Tbilisi” filmində yaratdığı “Ən yaxşı kişi rolu üçün” diplom və mükafat almışdır. Nicat Feyzullayevin “Çaylar qovuşan yerdə” (“Azərbaycanfilm”) filmində çəkilmiş Mehriban Zəki “Ən yaxşı qadın rolu üçün” diplom və mükafata layiq görülmüşdür.
“Ən humanist müraciət” üçün mükafat “Sərgərdan” filminə (“Tacikfilm”) görə rejissorları - ana və oğul Güləndam Muxabbatovaya və Daler Raxmatova, “Kinematoqrafın inkişafına töhfə üçün” mükafatı isə “Görünməz yeddi adam” filminin rejissoru Şarunas Bartasa (Litva) təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]