Vladimir Doroxin: Azərbaycanda birgə keçmişimiz düzgün dəyərləndirilir
Bakı, 10 may (AZƏRTAC). Azərbaycanda birgə keçmişimiz düzgün dəyərləndirilir, müharibə veteranlarına diqqət və qayğı göstərilir. Bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Böyük Vətən müharibəsində Qələbənin 66-cı ildönümü münasibətilə mayın 9-da RF-nin ölkəmizdəki diplomatik təmsilçiliyində veteran-həmvətənlərlə keçirilmiş görüşdə səsləndirmişdir.
Səfir veteranları Qələbə günü münasibətilə təbrik edərək əmin olduğunu bildirmişdir ki, faşizm üzərində Qələbənin əhəmiyyəti bəşəriyyət tərəfindən həmişə adekvat qiymətləndiriləcəkdir. Səfir demişdir: “Artıq 66 ildir bu bayramı qeyd edə-edə hər dəfə eyni sözləri deyirik, lakin onlar öz mənasını itirmir, çeynənmiş sözlərə çevrilmir, çünki ürəkdən gəlir”.
Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıya gəlmiş M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin tələbələrindən ibarət ansambl veteranlar qarşısında konsert proqramı ilə çıxış etmişdir.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]

