Vüqar Qurbanov: Koronavirusa yoluxan xəstələrə tibbi yardımlar əvvəlki qaydada davam etdirilir
Bakı, 17 iyun, AZƏRTAC
COVID-19 pandemiyası ilə bağlı olaraq ölkəmizdə karantin rejimi davam edir. Səhiyyə müəssisələri də karantin rejiminə uyğun olaraq həm stasionar, həm də ambulator müalicə alan xəstələrə tibbi yardımları əvvəlki qaydada aparırlar.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə müsahibəsində deyib.
Ölkəmizdə vaksinasiya prosesinin də davam etdiyini diqqətə çatdıran V.Qurbanov bildirib: "Hazırda ehtiyac olan kateqoriya müraciət etdiyi halda vaksinasiya həyata keçirilir. Proses müvafiq tibb müəssisələrində aparılır və bununla bağlı hər hansı bir problem yoxdur".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]