Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifidir

Vüqar Rəhimzadə: Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifidir

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan daim iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətində olub. Tarixi Zəfərimizdən sonra ölkəmizin bu istiqamətdə mövqeyinin daha da möhkəmləndiyi göz qabağındadır. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu çatdırdı, yaratdığı reallıqlarla regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın vacib amil olduğunu önə çəkdi. Bütün bunlar ümumilikdə Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsidir. Dövlətimizin başçısı həyata keçirdiyi təkmil islahatlar, yeniliyi özündə əks etdirən mükəmməl siyasəti Azərbaycanı beynəlxalq birliyin fəal üzvünə çevirib. Prezident İlham Əliyevin çıxışlarında da bu məqamı xüsusi qeyd edir ki, sözümüzlə imzamız arasında heç bir fərq yoxdur. Hazırkı dövrdə ən diqqətçəkən məqamlardan biri də odur ki, paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimiz də diplomatik mərkəzə çevrilməkdədir. Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşadan dünyaya ünvanlanan mesajların hər birində ədalət, beynəlxalq hüquq anlayışlarına dəyər verilməsi, onların tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsinə çağırışlar öz əksini tapıb. Cari ildə ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin xronologiyasına diqqət yetirdikdə onların böyük əksəriyyətinin məkanının məhz Şuşa olduğunu görürük. Paytaxt Bakıda keçirilən tədbirlərə isə məhz mədəniyyət paytaxtımız Şuşada yekun vurulması artıq ənənə halını almaqdadır.

Bir məqamı da qeyd etmək istəyirəm ki, keçirilən konfrans və forumların əhatə dairəsinin genişlənməsi, iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin, eyni zamanda, artan marağının əyani ifadəsidir. Azərbaycan bu gün sülh gündəliyinin müəllifi kimi dünyanın diqqətindədir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

O qeyd edib ki, regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması prosesi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını vacib amil kimi önə çəkir. Azərbaycan tarixi Zəfərimizin ilk günlərindən qarşı tərəfə sülh müqaviləsinin imzalanması ilə bağlı beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən təklifini təqdim etdi. Bu prinsiplərdən biri təbii ki, BMT-nin sənədlərində təsbit olunmuş hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipidir. Zəfərimizdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən dörd görüşün, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə bir dəfə Moskvada, iki dəfə Soçidə baş tutan görüşlərin hər biri sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addım kimi dəyərləndirilsə də bəzi ermənipərəst mövqeli dövlətlərin məsələnin həlli prosesinin uzanmasında, yaxud sülh müqaviləsinin imzalanmamasında maraqlı olması diqqətdən kənarda qalmır. Bu əngəllər, həmçinin vaxtın uzadılmasına səbəb olur. Ötən ilin aprelində ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq”, bu il aprelin 29-da isə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransların ardınca noyabrın 24-də yenə də bu universitetdə “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın işə başlaması da bu kimi məqamlara aydınlıq gətirilməsində əhəmiyyətli rol oynayır. Belə ki, dövlətimizin başçısı İlham Əliyev konfranslarda çıxışı və iştirakçıların suallarına cavabı zamanı hazırkı dövrün reallıqlarını əsaslı şəkildə diqqətə çatdırır. Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində beynəlxalq konfransdakı çıxışında diqqəti dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüşünə yönəltdi. Möhtərəm Prezidentimiz bildirdi ki, həmin görüş keçirilməyəcək. Dövlət başçısı görüşün baş tutmamasının səbəblərindən danışarkən diqqətə çatdırdı ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə biləcəyini bildirir. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq.

“Göründüyü kimi, Fransa açıq-aşkar regionda dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını təsdiqləyir. Bu yanaşma isə Ermənistanın planlarına tam uyğundur. Oktyabrın 6-da Praqada Fransa Prezidenti Emmanuel Makronun da iştirakı ilə Azərbaycan Prezidentinin, Avropa İttifaqı Şurası Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə dördtərəfli görüş keçirildi. Bu görüş çoxsaylı sualların yaranmasına rəvac verdi. Görəsən Ermənistana dəstək yolunu seçən Fransanı bu gün saxta ədalət donunu geyinib danışıqlarda iştirak etməyə nə sövq edir? Bəlkə Fransa Prezidenti belə cəhdləri ilə 30 ildə ölkəsinə qarşı formalaşan etimadsızlıq mühitini bərpa edə biləcəyini düşünür? Ümumilikdə 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə belə özlərinin iştirakı ilə hazırlanan və qəbul olunan qətnamələrin əleyhinə çıxış edən bəzi dövlətlər və onların rəhbərləri bu gün həmin savaşda yaşananları unuda biləcəklərmi? Müharibənin başa çatdığı, Qarabağ münaqişəsinin tarixə qovuşduğu halda Fransa Prezidenti Ermənistana dəstəyini davam etdirərək problemin hələ də həll olunmaması barədə absurd fikirlərinə necə haqq qazandıra bilər? Ən əsası Fransa Prezidenti dekabrın 7-də keçirilməsi nəzərdə tutulan görüşə qatılsa belə rəhbərlik etdiyi ölkə Senatının Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamənin zəruriliyini necə əsaslandıracaq? Fransa Prezidentinin “qorxma-qorxma” demək üçün Ermənistanın baş naziri ilə birlikdə görüşlərə qatılmaq istəyini şərtləndirən amillər hansılardır? Fransa və Ermənistanı eyni dəyərlər birləşdirə bilər, amma kiçik dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsi keçməyə cəhd edən Fransa görəsən bilmirmi ki, qəbul etdiyi absurd qətnamələr bumeranq effekti verərək onun özü üçün problemlər yaradacaq? Göründüyü kimi, suallar çoxdur. Bütün bu sualların bir cavabı var. Prezident İlham Əliyevin konfransda vurğuladığı kimi, Fransa sülh danışıqlarında iştirak edə bilməz və bu, onun günahıdır. Prezident İlham Əliyev Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsini sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirib”, - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, noyabrın 25-də dövlətimizin başçısı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşündə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi ilə bağlı danışıqlar prosesi, sərhədlərin delimitasiyası üzrə Brüsseldə keçirilmiş görüşün nəticələri barədə fikir mübadiləsi apardı. Bu görüşlər, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dövlətimizin başçısı İlham Əliyevlə telefon danışıqları bir daha təsdiqləyir ki, Azərbaycanın müəllifi olduğu Brüssel gündəliyi yeganə məqbul variantdır.

“Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycan reallıqlarının təqdimatı, eyni zamanda, ölkəmizə qarşı qərəzli mövqeyi əks etdirən suallara cavabında verilən tarix, hüquq dərsi olur. Prezident konfransdakı çıxışında son dövrlər Azərbaycana qarşı qərəzli mövqeyini açıq-aşkar ortaya qoyan İranla bağlı da fikirlərini çatdırdı. Bildirdi ki, İranın üç prezidenti - Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi. Dövlətimizin başçısı bildirdi ki, biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”, - deyə YAP Xətai rayon təşkilatının sədri vurğulayıb.

O diqqətə çatdırıb ki, belə konfranslar ötən qısa dövr ərzində bu istiqamətdə atılan addımlara, regionda sülhün və təhlükəsizliyin təmin olunmasında səylərin birləşdirilməsinin vacibliyi amilinə bir daha işıq salır. Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də iştirak edirlər. Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunur. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılır. Bütün hallarda Azərbaycanın mövqeyi dünya birliyi üçün önəmlidir. Qalib Azərbaycan hər zaman olduğu kimi, bu gün də sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edir və dövlətimizin bu prinsipial mövqeyi beynəlxalq səviyyədə dəstəklənir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib