Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: “Şuşa ili” bu mədəniyyət mərkəzinin Azərbaycana məxsus olduğunu bir daha bütün dünyaya çatdırır

Vüqar Rəhimzadə: “Şuşa ili” bu mədəniyyət mərkəzinin Azərbaycana məxsus olduğunu bir daha bütün dünyaya çatdırır

Bakı, 5 yanvar, AZƏRTAC

2022-ci ilin ilk günlərini yaşayırıq. Yeni il hər zaman yeni hədəflərin, vəzifələrin müəyyənləşdirilməsi kimi xarakterizə olunduğu üçün ötən ilə baxış bir zərurət kimi qarşıda dayanır. Dövlətimizin başçısı İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti 2021-ci ilin uğurları fonunda cari ildə görüləcək işlərin, hədəflərin aydın mənzərəsini təqdim edir. “Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır” söyləyən Prezident İlham Əliyev ölkəmizin iqtisadi, siyasi, diplomatik uğurlarını əsaslı şəkildə, statistik rəqəmlərlə açıqladı. 2021-ci ili Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqların təsdiqi və qəbulu ili kimi qeyd etməyə mühüm əsaslar var. Atdığı hər addımında ədaləti və beynəlxalq hüququ əsas prinsip kimi öndə saxlayan Azərbaycan 44 gündə 30 ilin işğalına, ədalətsizliyinə, Qarabağ münaqişəsinə ikili standartlara əsaslanan yanaşmaya son qoymaqla hansı gücə, imkanlara malik olduğunu işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə göstərdi. Heç şübhəsiz, beynəlxalq hüquqa, ədalətə əsaslanan mövqeyimiz döyüş meydanında üstünlüyümüzə geniş imkanlar açdı. Azərbaycan ötən il istər işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri, istərsə də 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icrası istiqamətində göstərdiyi səyləri və əldə etdiyi uğurları ilə diqqətdə oldu. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi. Müharibədən sonra cərəyan edən proseslər bizim haqlı olduğumuzu bütün dünyaya bir daha sübut etdi. Vətən müharibəsi dövründə ölkəmizə qarşı səsləndirilən ittihamların əsassızlığı təsdiqləndi. Həmin reallıqların dünyada qəbul olunması Azərbaycanın diplomatik uğurlarının miqyasını daha da genişləndirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, bəzi güclərin işğal, eyni zamanda, 44 günlük Vətən müharibəsi dövründə dəstəyi Ermənistana heç nə vermədi. Azərbaycanın gücü, iradəsi qarşısında bu dəstəyin təsiri sıfıra bərabər olub. Dünya gördü ki, Azərbaycanı heç kim yolundan, mövqeyindən döndərə bilməz. Tarixi Zəfəri ilə ədalətin, beynəlxalq hüququn mövcudluğunu bir daha dünyaya bəyan edən Azərbaycan postmünaqişə dövründə Moskva, Soçi və Brüssel görüşləri ilə diktə edən tərəf olduğunu, istər Ermənistanın, istəsə də dünya güclərinin reallıqlarla barışmaq məcburiyyətini sübut etdi. Kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması prioritet məsələ kimi qarşıda dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ Vətən müharibəsinin gedişində qarşı tərəfə sülh təklifini etmişdi. Otuzillik işğal dövründə olduğu kimi, postmünaqişə mərhələsində də ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifini gözləyən Ermənistan da düşdüyü çətin vəziyyətdən xəbərdardır. Ermənistan baş nazirinin Soçi və Brüssel görüşlərində irəli sürülən təkliflərə razılığı artıq çıxış yolunun olmadığını ortaya qoydu. Azərbaycan dövləti sülh təklifinin uzun müddət masa üzərində qalmasının mümkünsüzlüyünü bəyan etməklə Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi düşünməyə çağırış etdi. Son görüşlərə diqqət yetirsək, müzakirələrdə ATƏT-in Minsk qrupunun vasitəçiliyi məsələsinə toxunulmur, artıq yeni siyasi vəziyyət formalaşdığı özünü qabarıq şəkildə göstərir. Bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinin göstəriciləridir.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu gün işğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanını xatırladır. Bunun üçün son bir ildə görülən işlərin miqyasına diqqət yetirmək kifayətdir. Təkcə bir faktı qeyd edək - 2021-ci ildə ölkə Prezidentinin regionlara 47 səfəri olub ki, onların 32-si işğaldan azad edilmiş ərazilərimizədir. Hər bir səfər özlüyündə Böyük Qayıdışa doğru bir addımdır. Yeni sosial obyektlərin təməlinin qoyulması, qısa müddət ərzində bir çoxunun istifadəyə verilməsi Azərbaycanın iqtisadi gücünü nümayiş etdirir. Dövlətimizin başçısının vurğuladığı kimi, dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb. Əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır.

V.Rəhimzadə bildirib ki, dövlətimizin başçısı prioritetləri açıqlayarkən bütün bu işlərə nail olmaq üçün iqtisadiyyatın uğurla inkişaf etdirilməsini qarşıya əsas vəzifə kimi qoyub. Ölkəmiz bərpa və quruculuq işlərini təkbaşına, heç kimdən yardım almadan həyata keçirir. 2022-ci ilin dövlət büdcəsində də bu işlərə kifayət qədər maliyyə vəsaiti ayrılıb. Ötən ilin 11 ayının sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. İqtisadiyyat 5,3 faiz, qeyri-neft iqtisadiyyatı 6,4 faiz, sənaye istehsalı 5,5 faiz, qeyri-neft sektorunda sənaye 20,7 faiz artıb. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb. Xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun cəmi 17 faizini təşkil edir. Bu uğurlar ölkəmiz üçün təbiidir. Çünki iqtisadiyyatın inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycanın dayanıqlı inkişafı beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. İqtisadiyyatın inkişafında neft amilinə verilən önəm ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurla icra edilməsi nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da öz növbəsində iqtisadi tərəqqiyə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan Prezident İlham Əliyev bununla ölkəmizin bütün çətinlikləri uğurla aradan qaldıraraq davamlı inkişafını təmin etməsinə şərait yaratdı. Enerji sektorundan asılılıq minimuma endirilib. İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensialdan səmərəli istifadəni təmin etmək üçün təsdiqlənən Milli Prioritetlər də gələcək inkişafın yol xəritəsidir.

“2022-ci ilin ilk sosial paketi təqdim edildi”, - deyən V.Rəhimzadə bildirib ki, yanvarın 1-dən maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. İki milyon yüz min insanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır. Azad edilmiş torpaqlarda görülən işlər də sosialyönümlü işlərdir. Çünki o işlərin mütləq əksəriyyəti sosial xarakter daşıyır, keçmiş məcburi köçkünlərin tezliklə o ərazilərə qaytarılmasına hesablanıb.

YAP Xətai rayon təşkilatının sədri 2022-ci ilin “Şuşa ili” elan olunmasından da böyük qürur hissi ilə bəhs edərək deyib: “Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə son bir ildə 32 səfərinin 7-si Şuşaya olub. Bu, artıq Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamızın hər birimiz üçün önəmini göstərir. Şuşa bir ildə biri-birindən əhəmiyyətli hadisələrə, tarixi günlərə şahidlik edib. Ən əsası, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa olundu. Şuşanın Cıdır düzündən səslənən Azərbaycan muğamı bütün dünyaya səs saldı. Azərbaycan Prezidentinin ad günündə Şuşaya səfəri zamanı “Şuşa hər birimizi özünə çəkir” söyləyərək Cıdır düzündən bu mesajı da ünvanladı ki, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcək. Dövlətimizin başçısının bu il Şuşa şəhərinin 270 illiyini nəzərə alaraq və mədəniyyət paytaxtımızın bərpasını sürətləndirmək məqsədilə 2022-ci ili “Şuşa İli” elan etməsi harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları daha da qürurlandırdı. “Şuşa İli” bir daha təsdiqləyir ki, 28 il əsarətdə olsa da, heç zaman sınmayan, milli kimliyimizi, qürurumuzu qoruyan Şuşamızda əbədi olacağıq. Dünya bir daha bu nadir mədəniyyət paytaxtının Azərbaycana məxsus olmasının şahidinə çevrilir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəki sakinini ilan sancıb, vəziyyəti ağırdır

Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib YENİLƏNƏCƏK

Sabitliyin və asayişin keşiyində: Azərbaycan polisi 106 yaşını qeyd edir

QAİ: Tarixin arxivinə gömülmüş qanunsuz rejimin tör-töküntüləri Azərbaycana qarşı bir sıra gülünc açıqlamalar verir

"Journal of Petroleum Technology": Azərbaycan - sönməz odlar yurdu

Meksikada narkotik kartelinin toqquşması nəticəsində 20 nəfər ölüb

Şimali Koreya yeni tipli ballistik raketi sınaqdan keçirib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır

Niderland Hökuməti F-16 qırıcılarının Ukraynaya göndərilməsinə icazə verib

İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala vəsiqə qazanıb

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb

Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO

BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

“Jerusalem Post”: Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir

Son 10 gün ərzində Elm və Təhsil Nazirliyinə 21 mindən çox vətəndaş müraciət edib

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir

Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər

Ankara Sosial Elmlər Universitetinin sosiokənd sisteminin BDU-da tətbiqi imkanları araşdırılır

Azərbaycan və İsrailin XİN rəhbərləri regionda və Qəzza ətrafındakı vəziyyəti müzakirə ediblər

® “Samsung” AI TV ilə yeni era başlayır - Daha canlı, daha həyəcanlı

Mədəniyyət naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

“Asiya uşaqları” Oyunlarının qalibi: Vətənə qızıl medalla qayıdacağıma inanırdım

UNEC-in “Gələcəyin tədqiqatçıları” qrant layihəsi yekunlaşıb

Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

Azərbaycan polisi: dövlətçiliyə sadiq, peşəkar və qətiyyətli

“Azərkosmos”un dəstəyi ilə ərsəyə gəlmiş film təqdim olunub

Tacikistan Milli Bankı ilə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub

Ordubadın Tivi-Biləv kənd avtomobil yolunda yaranmış problem aradan qaldırılır VİDEO

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Qəbələ və İsmayıllıda ictimai dinləmələr keçirilib

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb

Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir  YENİLƏNİB VİDEO

Agentlik: Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri işdən azad edilib

Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare vəfat edib

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB VİDEO

Paytaxtın Parlament və Atatürk prospektlərində təmir işləri yekunlaşmaq üzrədir VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağsuda vətəndaşları dinləyib

Azərbaycan güləş millisinin baş məşqçisi: Avropa çempionluğunu ənənəyə çevirmişik

Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsi artıb

“Dərələyəzim” əsəri Topkapı sarayında

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası olub

Astanada hava limanları və dəmir yolu stansiyaları gücləndirilmiş iş rejiminə keçib

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb

Okeanın dərinliklərində heyrətamiz hidrotermal mühit kəşf edilib

COP29 Azərbaycan üzrə baş icraçı direktor: Artıq qlobal iqlim danışıqlarının faktiki liderliyi bizim ölkəmizdədir

Finlandiya parlamenti ABŞ-la müdafiə sazişini yekdilliklə təsdiqləyib

Nigeriyada terror aktları nəticəsində azı 18 nəfər həlak olub

İKTA sədri: Agentlik qısa müddətdə 5 elektron xidmət istifadəyə verib

Ukraynada benzin və dizelin qiyməti yenidən artacaq

“Sabah” klubu mərakeşli futbolçu ilə vidalaşıb

Türkiyə Qara dənizdə qaz hasilatını artırır

Azərbaycan şirkətləri "Şimal-Cənub" I nəqliyyat ticarət-ixrac forumunda iştirak edəcək

Şahmat Tacı uğrunda oyuna ev sahibliyi edəcək ölkə açıqlanıb

Gəncədəki aptekdə qulaq damcısı bioloji aktiv qida məhsulu kimi göstərilib

Türkiyə və Azərbaycan muzeyləri arasında gələcək əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub

Azərbaycan dövlətinin dəstəyi ilə Rustavidə açılan Mərkəzdə kursları bitirən şagirdlərə sertifikatlar təqdim olunub

Həvəskar balıqçılar üçün balıq ovuna icazə verildi, mövsümdən gözləntilər nədir? REPORTAJ VİDEO

İcbari tibbi sığorta ilə 26 min 494 qasıq yırtığı əməliyyatı icra edilib

Qabiliyyət imtahanları davam edir

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1179-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu