Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur

Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan iqtisadiyyatı qlobal şoklar, pandemiya və aşağı neft qiymətləri dövrünün başlaması ilə yeni tarazlıq vəziyyətinə keçəcək. Ötən il cari əməliyyatlar balansında 4,4 milyard dollar, kapitalın və maliyyənin hərəkəti balansında isə 0,1 milyard dollar profisit yaranması, həmçinin ehtiyat aktivlərinin 5,1 milyard dollar artması neftin hər barrel üçün orta hesabla 64 dollar qiyməti şəraitində baş tutub. Bu il isə 60 faiz ucuzlaşan neftin qiyməti kəskin azalan tələbatın, bazarlar uğrunda mübarizənin və “ağzına qədər dolan” anbarların diktəsi ilə hələ uzun müddət aşağı intervalda olacaq. Üstəlik Azərbaycanda neft hasilatının ilbəil azalması və maya dəyərinin artması da nəzərə alınmalıdır. Belə şəraitdə iqtisadiyyatın “güzgüsü” sayılan tədiyyə balansının tarazlaşdırılması və davamlı inkişafın təmin edilməsi üçün əsas mənbə sərmayə qoyuluşunun artırılmasıdır. Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamı ilə hazırlanan ortamüddətli iqtisadi proqram və strategiyada əsas məqsədlərdən biri də budur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, iqtisadi tsiklə uyğun olaraq Azərbaycan iqtisadiyyatı 2015-2016-cı illərdə resessiya və 2017-2018-ci illərdə bərpa dövrünü keçərək 2019-2020-ci ilin martına qədərki müddətdə inkişaf fazasına qədəm qoyub. Lakin pandemiya və qlobal şoklar Azərbaycanda 2015-2020-ci illərdə olan iqtisadi tsikli qapadır, bundan sonra yeni tsikl yaranır. Bu, həm də qlobal iqtisadi inkişaf tsikli ilə sinxronlaşdırılma olacaq. İnvestisiya qoyuluşunun artması üçün real faiz dərəcələrinin aşağı düşməsi və ucuz maliyyəyə asan çıxış imkanlarının olması vacibdir. Hiks-Hansen yanaşmasına görə, investisiyanın artımı ÜDM-in artımına və yenidən yığımın çoxalmasına gətirə bilər və bu yolla əmtəə və xidmətlər bazarında tarazlığı qorumaq mümkündür. Hazırda strateji ehtiyatlarımız imkan verir ki, dövlət xərcləmələrini artırmaq, vergi yükünü azaltmaq və özəl investisiyanı stimullaşdırmaqla məcmu təklifi dəstəkləyək. Lakin bu halda manata daha çox tələb yaranacaq və əgər pul kütləsinin həcmini dəyişməsək, onda bank faizləri bahalaşa bilər. Hazırkı dönəmdə prioritet investisiya fəallığının artırılması olduğundan, pul bazarında tarazlığı saxlamaq üçün pul kütləsi artmalıdır ki, faizlər qalxmasın. Depozit hərraclarında manat Mərkəzi Bankın tələb etdiyindən az cəlb olunub, üstəlik də manatla əqdlərin faizi yüksəlir. Çünki bu ilin təkcə mart ayında Dövlət Neft Fondu tərəfindən bazardan 3,3 milyard manatadək milli valyuta alınıb və bu, orta aylıq normadan 4 dəfəyə qədər çox olub. Beləliklə, dövriyyədə manat azlığı hiss olunur. İnvestisiya fəallığı və manat qıtlığı bir araya sığmadığından əmtəə və pul bazarları arasında yeni tarazlıq nöqtəsi tapılacaq. Çünki dövlət həm fiskal, həm də pul-kredit siyasəti ilə iqtisadiyyatı stimullaşdırır. Bu da buraxılış kəsiri yaranan zaman adekvat addımdır.

“Miqdar qanununa görə, pul kütləsinin artımı inflyasiyanı sürətləndirə bilər. Lakin 1975, 1982, 1991 və 2009-cu illərdə qlobal resessiya və neft qiymətlərinin düşməsi qlobal inflyasiyanı aşağı salıb. Hazırkı koronaböhran da qlobal inflyasiyanı azaldır ki, bu faktın da qeyri-neft sektoru üzrə 9,5 milyard dollar idxalı olan Azərbaycanda qiymətlərə azaldıcı təsiri olacaq. Üstəlik ölkəmizdə faktiki ÜDM potensial ÜDM-dən aşağı düşdüyündən, başqa sözlə, buraxılış kəsiri - “output gap” yarandığından inflyasiya sürətlənə bilməz. Azərbaycanda “Fişer” effekti də tam işləməyəcək, başqa sözlə, monetar genişlənmə səbəbindən inflyasiya çox sürətlənməyəcəyinə görə onun nominal faizlərə də təsiri minimum olacaq. Pul siyasətinin lövbəri tədriclə pul bazasından qısamüddətli faizlərin üzərinə keçirilməlidir. Çünki qısamüddətli faizlər nə qədər aşağı olsa, investisiya da bir o qədər çox olacaq. Azərbaycanda verilmiş kreditlər üzrə real faiz dərəcəsi inflyasiya da nəzərə alınmaqla 11,1 faizdir. İndiki halda mövcud biznes kreditlərinin yükünün 10 faizinin dövlətin subsidiyalaşdırması, yeni kreditlərin isə faizlərinin yarısının və zəmanətinin 60 faizinin dövlətin öz üzərinə götürməsi, əslində real faizin biznes üçün əhəmiyyətli dərəcədə aşağı salınmasıdır. Bu iki proqram çərçivəsində veriləcək 1,5 milyard manatlıq dövlət dəstəyi biznes kreditləri formasında iqtisadiyyata qoyulacaq sərmayədir. Üstəlik pul multiplikatorunu da nəzərə alsaq, 1,5 milyard manat dəstək daha da böyüyə bilər. Dünya üzrə özəl sektora verilən kreditlər ÜDM-in 129,7 faizini təşkil etdiyi halda, Azərbaycanda bu göstərici 20,8 faiz olub (2018-ci il üçün). Beləliklə, özəl sektorun kreditləşməsi üçün daha böyük potensial var. Biznes kreditlərinin dövlət tərəfindən subsidiyalaşdırılması və zəmanət verilməsi kommersiya banklarının risklərlə bağlı ənənəvi arqumentlərini aradan qaldırır. Dövlətin dəstək proqramı bank sektorunu da xilas edir. Bunun əvəzində bank sektoru ona uzadılmış kömək əlini qiymətləndirməlidir və özəl sektorun maliyyələşdirilməsində daha fəal iştirak etməlidir”, - deyə V.Qasımlı qeyd edib.

O deyib: “Dövlətin büdcə və pul-kredit siyasətinin iqtisadiyyata stimullaşdırıcı təsiri qısamüddətlidir. Tələbi qısamüddətli stimullaşdırmaq asandı, əsas təklifin davamlı artımına nail olmaqdır. İndi verilən dəstək proqramının ortamüddətli dönəmdə təsirini davam etmək üçün institutsional islahatlar, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı islahatlar, insan kapitalının inkişafı və xarici bazarlara daha geniş miqyasda çıxış istiqamətində fəaliyyətlər davam etməlidir. Dövlət investisiyalarının qidalandırdığı iqtisadi modelin, məhsuldarlığa və əlverişli biznes mühitinə əsaslanan modellə əvəzlənməsi prosesi daha da sürətlənməlidir. Bunun üçün kapital və əmlak amnistiyası, “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun və “Rəqabət Məcəlləsi”nin qəbulu, dövlət müəssisələrində korporativ standartların tətbiqinin genişləndirilməsi, kölgə iqtisadiyyatı ilə mübarizə, uğurlu biznes islahatlarının, o cümlədən, məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi əhəmiyyətli rol oynayacaq. Sərmayələrin Azərbaycan iqtisadiyyatının artım nöqtələrinə - kənd təsərrüfatı, ərzaq sənayesi, tikinti, turizm, ticarət, tranzit, logistika, dağ-mədən sənayesi və neft-kimya sənayesinə yönləndirilməsi zəruridir. İqtisadiyyatın miqyas effekti sübut edir ki, hər bir milli iqtisadiyyat (xüsusən də kiçik) yalnız o halda uğurla inkişaf edə bilər ki, kifayət qədər həcmi olan xarici bazarlara çıxışı olsun. Post-korona dövründə Azərbaycan yeni xarici iqtisadi fəaliyyət istiqamətlərinin konturlarını müəyyənləşdirərək, xüsusilə, xarici bazarlara çıxış imkanlarını yenidən qiymətləndirə bilər. Bu mənada qlobal dəyər zəncirlərinə qoşulma və klasterlərin yaradılması, həmçinin effektivlik, strateji obyektlər və bazarlar axtaran xarici birbaşa sərmayələrin cəlbi məqsədəuyğundur”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar