VYANADA ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ NÖVBƏTİ ƏNƏNƏVİ BRİFİNQ KEÇİRMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 16-da ATƏT-in Vyananın Hofburq sarayında yerləşən ofisində Minsk qrupunun həmsədrləri qrupa üzv olan digər ölkələrin təmsilçiləri üçün növbəti ənənəvi brifinq keçirmişlər.
Brifinqdə Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa), Məytu Brayzənin köməkçisi Mayk Karpenter (ABŞ) və Minsk qrupunun üzvü olan digər ölkələrin (Almaniya, Türkiyə, İtaliya, Belarus, Finlandiya, İspaniya və Yunanıstan) nümayəndələri iştirak etmişdir.
Həmsədrlər Minsk qrupuna üzv dövlətlərin nümayəndələrinə NATO-nun Buxarest sammitində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşləri, danışıqlar prosesinin mövcud durumu və gələcək fəaliyyət istiqamətləri barədə məlumat vermişlər.