Vyanada faşizm üzərində Qələbənin 66-cı ildönümü qeyd edilmişdir
Vyana, 10 may (AZƏRTAC). Alman faşizmi üzərində Qələbənin 66-cı ildönümü dünyanın əksər yerlərində olduğu kimi, Vyanada da geniş qeyd edilmişdir.
Azərbaycanın Avstriyadakı səfirliyindən bildirmişlər ki, 1945-ci ilin yazında Vyananın azad edilməsi əməliyyatında Dunay çayı üzərində yerləşən və strateji əhəmiyyətə malik “Rayxsbrüke” körpüsünün alman faşistləri tərəfindən partladılmasının qarşısını almış sovet əsgərlərinə ucaldılmış abidənin açılışı olmuşdur. Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan həmvətənlərimiz abidənin açılış mərasimində iştirak etmişlər.
Sonra Avstriyanın alman faşizmindən azad edilməsində iştirak etmiş müttəfiq ölkələrin təmsilçiləri Vyana Mərkəzi Qəbiristanlığında İkinci Dünya müharibəsində həlak olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoymuş, onların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Mərasim iştirakçıları daha sonra Vyananın mərkəzində yerləşən Şvartsenberq meydanında şəhərin faşistlərdən azad olunmasında qəhrəmanlıq göstərmiş sovet əsgərlərinin şərəfinə ucaldılmış abidə kompleksinin önünə əklil qoymuşlar.
Rusiya Federasiyasının Vyanadakı səfirliyində isə Azərbaycanın Avstriyadakı səfirliyinin də həmtəşkilatçılığı ilə keçmiş ittifaq ölkələri adından 9 May - Qələbə Günü münasibətilə birgə ziyafət verilmişdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]