Vyetnamda yük maşını bazardakı satıcılara çırpılıb
Bakı, 13 iyun, AZƏRTAC
Vyetnamın cənubunda yerləşən Daknonq əyalətində yük avtomobilinin bazardakı satıcılara çırpılması nəticəsində azı beş nəfər həlak olub, daha beş nəfər isə yaralanıb.
AZƏRTAC “VN Express” nəşrinə istinadla xəbər verir ki, qonşu Daklak əyalətinin xəstəxanalarına çatdırılan yaralıların vəziyyəti ağır qiymətləndirilir.
Qəza yerli vaxtla saat 6:00 radələrində baş verib. Yük maşını digər avtomobillə toqquşaraq yol kənarında dayanan bir neçə motosikleti əzib, sonra isə bazara girib. Nəşrin məlumatına görə, qəza zamanı üç nəfər hadisə yerində, iki nəfər isə xəstəxanada ölüb. Həlak olanların hamısı 43-60 yaş arasında olan satıcı qadınlardır.
İlkin məlumata görə, qəzaya təkərin boşalması səbəbindən sürücünün idarəetməni itirməsi səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]