“Walmart” mağazalar şəbəkəsi silah-sursat satışını məhdudlaşdıracaq
Vaşinqton, 4 sentyabr, AZƏRTAC
ABŞ-da ən iri mağaza şəbəkələrindən biri olan “Walmart”ın rəhbərliyi bu il yayda həmin mağazalarda iki dəfə kütləvi güllələmə hadisəsindən sonra silah və sursat satışını məhdudlaşdırmağı qərara alır.
AZƏRTAC xəbər verir ki, şirkətin direktoru Daq Makmillon çərşənbə axşamı yazılı bəyanat dərc edib. O bildirib ki, adətən bəzi ov tüfəngləri üçün istifadə edilən, lakin ordu silahları üçün də istifadə edilə biləcək tüfənglər üçün döyüş sursatlarının bəzi növlərinin satışı dayandırılacaq.
Bundan əlavə, mağazanın anbarlarında hazırda mövcud olan ehtiyatlar satılıb qurtarandan sonra tapançalar üçün güllələrin, habelə tapançaların özlərinin satışı tamamilə dayandırılacaq.
Makmillonun sözlərinə görə, bu tədbirlər Amerika silah-sursat bazarında şirkətin payını azaldaraq indiki 20 faizdən 6-9 faizə endirəcək.
Makmillon bildirib ki, iyulun 30-da Missisipi ştatının Sautheyvend şəhərində və avqustun 3-də Texas ştatının El-Paso şəhərində insanların kütləvi şəkildə atəşə tutulması nəticəsində 24 nəfər həlak olub. Ohayo ştatının Deyton şəhərində və Texas ştatının Odessa şəhərində insanların kütləvi şəkildə qətlə yetirilməsi də “Walmart” rəhbərliyinin bu qərarı üçün əsas səbəb olub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]