Azərbaycan Dövlət İnformasiya Agentliyi

x x x

Azərbaycanı Avropa Şurasında təmsil edən nümayəndə heyətinin üzvü, millət vəkili RAFAEL HÜSEYNOVA söz verildi:

-Hörmətli dostlar,

Xanımlar və cənablar!

Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin keçdiyi uzun,

kəşməkəşli, enişli-yoxuşlu yollar haqqında çox kitablar yazılıb və hələ bundan sonra da yazılacaqdır. Azərbaycan salnamələri silsiləsinə, Azərbaycan dövlətçiliyi tarixinin kitabları cərgəsinə daha bir kitab əlavə olunur və bu kitab Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi altında irəlilədiyi son 3 ilin tarixi taleyi haqqında bir kitabdır.

Hər bir kitab hansısa suala mütləq cavab verir və bu kitab da çox vacib bir suala cavabı ortaya qoyur. 3 il öncə Azərbaycan tarixinin müqəddərat həll edən həssas bir məqamında dövlətimizə rəhbərlik etməyə başlayan Prezident İlham Əliyev millətə mühüm bir vəd verdi: - “Mən Azərbaycan xalqına yaxşı Prezident olacağam”. Bu kitab yaxşı Prezident olmağın nə demək olduğu sualına cavab verən bir kitabdır. 3 il öncə yeni başlayan XXI əsr içərisində, tarixin son dərəcə mürəkkəb bir dönəmində bu millətə, bu dövlətə sükançı olmaq və yaxşı Prezident olmaq nə deməkdir anlayışının hansı məqamları, hansı meyarları əhatə etdiyini söyləmək çox çətin idi. “Azərbaycan xalqına yaxşı Prezident olacağam” – vədini verən Prezident İlham Əliyev, hər halda, hər kəsdən daha əvvəl, öz içərisində, düşüncəsində bu meyarların nədən ibarət olduğunu bilirdi və son 3 ildəki baş verənlər bu suala cavabdır, nəticələr də göz qabağındadır. Amma hər halda, 3 il öncəyə qayıtmaq lazımdır. İndi bu kitab ortadadır və mən inanıram ki, illər keçəcək, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi haqqında yeni-yeni təhlillərdən ibarət çox əsərlər ortaya çıxacaqdır. Bu fəaliyyətin, bu rəhbərliyin millətimizə, dövlətimizə, dövlətçiliyimizə nə qədər əhəmiyyətli töhfələr verdiyi, gələcəyimizin əmin-aman, sülhlü, firavan olması üçün nə qədər ciddi təməllər yaratdığı ortaya çıxacaqdır.

Bu gün ola bilsin ki, Prezident İlham Əliyevin fəaliyyətinin geniş miqyasına hələ tam dəqiq qiymət vermək mümkün deyil. Amma 3 il öncəyə qayıdaq. 3 il öncə Azərbaycan həddən ziyadə nigaran bir məqamda idi. Azərbaycan seçim qarşısında idi – ölkənin gələcəyi necə qurulmalıdır? Azərbaycanın sükançısı hansı dəyərləri özündə daşıyan bir insan olmalıdır?

Prezident Heydər Əliyevdən sonra Prezident olmaq, bu dövlətə rəhbərlik etmək son dərəcə ağır bir işdi. Ona görə də Prezident İlham Əliyevin hakimiyyətə gəlişi, dövlətə rəhbərliyə başlaması ondan əvvəl hakimiyyətə gəlmiş, dövlətə rəhbərlik etmiş insanların hər birinin missiyasından daha ağır idi. Çünki o, Heydər Əliyev kimi bir dövlətçilik nəhəngindən sonra Azərbaycana rəhbərlik etməyə başlayırdı və böyük Heydər Əliyevdən sonra nəsə yenilik etmək, diqqəti çəkən uğurlar qazanmaq, dövlətçilik tarixinə öz imzasını həkk etmək mürəkkəbdən də mürəkkəb idi.

Mən istər-istəməz, 5 il öncəyə qayıdıram. Ümummilli liderimiz Avropa Şurası Parlament Assambleyasında ölkəmizi təmsil edən nümayəndə heyətini qəbul edirdi. Yığcam tərkibli bir görüş idi. İndi sizə təqdim olunan bu kitabın yaradıcısı, müəlliflər heyətinə başçılıq etmiş Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri hörmətli Ramiz Mehdiyev, bizim Milli Məclisin sabiq sədri, ağsaqqalımız Murtuz Ələsgərov, bir neçə digər dövlət adamı da həmin tədbirdə iştirak edirdi. Mən orada unudulmaz Heydər Əliyevə üz tutaraq bir qənaətimi söylədim ki, cənab İlham Əliyevin Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilməsi məsələsi həll edilərkən, yəqin Sizin tövsiyələriniz, baxışlarınız da nəzərə alınıb və bu, son dərəcə dürüst seçimdir. Çünki Avropa Şurasında ölkəmizin, millətimizin, dövlətimizin taleyi ilə bağlı bəzən elə qəliz məsələlər müzakirə olunur ki, ani qərarlar qəbul edilməsinə ehtiyac duyulur. Bu zaman dövlətin ali rəhbərliyi ilə dərhal əlaqə saxlamaq, bəzən də son qərarı vermək barədə məsləhətləşmək, bir müdrik yekun rəyi öyrənmək istəyi yaranır. O cəhətdən cənab İlham Əliyevin həm ağıllı, üstün düşünən şəxsiyyət, mahir siyasətçi, bacarıqlı dövlət adamı kimi, həm də Prezidentin övladı olaraq, onunla hər dəqiqə əlaqə saxlamaq, rabitə yaratmaq imkanına malik şəxs kimi bizim heyətə rəhbərlik etməsi Strasburqdakı uğurlarımızın təmini nöqteyi-nəzərindən xüsusi məna və əhəmiyyət daşıyır. Ümummilli liderimiz cavab verdi ki, tamam doğru deyirsən. Hərçənd ki, indiyə qədər Avropa Şurasında bizimlə əlaqədar bütün məsələlərə aid qəbul edilməli bütün qərarları İlham Əliyev özü qəbul edib və həmin qərarlar da doğru olub. Amma həqiqətən də istənilən anda, gecənin istənilən saatında zərurət olsaydı, mənimlə əlaqə saxlaya bilərdi, rabitə yarada bilərdi, istənilən məsələni məsləhətləşə bilərdi.

Bu epizodu niyə xatırlayıram? Azərbaycan dövlətinə rəhbərlik etməyə yeni başladığı vaxtlarda cənab İlham Əliyevin verdiyi müsahibələrin birində hisslərimi tərpədən, ürəyimi riqqətə gətirən bir etirafı eşitdim. Cənab İlham Əliyev dedi ki, dövlətə rəhbərlik etdiyim müddət ərzində mən iki dəfə daxilimdə Heydər Əliyevlə həmin anda məsləhətləşməyə çox ciddi ehtiyac hiss etmişəm. Düşünmüşəm ki, bu məqamda nə deyərdi? Hansı yolu göstərərdi?

3 il arxada qalıb. Prezident İlham Əliyevin hakimiyyətinin dördüncü ili başlayıb və o, Azərbaycan dövlətinə rəhbərliyə başlayanda qarşısında suallarla dolu çətin yol dayanırdı. Mürəkkəb, həlledici məqamlarda fikrinə inandığın bir insandan məsləhət almağa, özündən daha üstün, daha müdrik bir insanı dinləməyə hər kəsin ehtiyacı olur. Prezident İlham Əliyev çətin yolunu Heydər Əliyevsiz başlayırdı. Bütün suallara cavabı özü tapmalı idi. Bütün müşkülləri özü həll etməli idi. Və bütün suallara cavabı özü tapdı da. Arxada qalan 3 il göstərir ki, İlham Əliyevin Azərbaycan dövlətinin, Azərbaycan millətinin qarşısına çıxan suallara tapdığı cavabların hamısı düzgün olub. Ona görə ki, 3 il əvvəlkinə baxanda, bu gün Azərbaycan çox irəlidədir. 3 il əvvəllə müqayisədə Azərbaycan insanı bu gün daha firavandır. 3 il öncə ilə tutuşduranda Azərbaycan insanı intellektcə daha da yüksəlmişdir və Azərbaycanın qarşısında çox parlaq bir gələcək dayanmaqdadır.

Bu kitabın içərisindən səslər gəlir. Prezident İlham Əliyevin səsləri. Mən kitabı vərəqləyirdim, o sitatları, iqtibasları oxuyurdum. Amma o cümlələrin, sətirlərin arxasından cənab Prezidentin səsini eşidirdim. Bu səs yalnız Prezident sarayından gəlmir. Bu səs Azərbaycanın dörd bucağından gəlir. Yeni-yeni müəssisələrin lentinin kəsilməsi mərasimlərindən, çeşidli açılışlardan, konfranslardan, ən müxtəlif tədbirlərdən gəlir, ən həyəcanlı hadisələrin cərəyan etdiyi məqamlardan gəlir, ölkənin xaricindən - ən mötəbər beynəlxalq toplantılardan gəlir. Bu səs İlham Əliyevin gördüyü işlərin əks-sədalarıdır.

5 əsr əvvəl – 1501-ci ildə Azərbaycan dövlətçiliyi tarixində adı həmişə ən uca məqamlarda qalacaq Şah İsmayıl Xətai, salnamələrin yazmağına görə, Təbrizə daxil oldu, Təbrizi paytaxt elan etdi. Onun Təbrizi paytaxt elan etməsini, ölkənin paytaxt şəhərini yaratmasını dövrün tarixçiləri “ruhun bədənə daxil olması” kimi qiymətləndirdilər. Şah İsmayıl bu addımı ilə dövlətçilik tarixində yeni bir düstur təklif etdi: “Ölkə paytaxtdan başlanır”.

Amma 5 əsr sonra, XXI əsrin başlanğıcında Prezident İlham Əliyev yeni zamanın tələbi ilə daha başqa bir düstur təklif etdi: “Ölkə əyalətdən başlanır”. Çünki dövlətin bütövlükdə yüksəlməsi üçün gərək məmləkət yalnız paytaxtdan yox, ən ucqar kəndindən inkişaf etsin, yurdun dörd bucağından dirçəlsin. Prezident İlham Əliyevin qəbul etdiyi regionların sosial və iqtisadi inkişafı haqqında dövlət proqramına uyğun olaraq, ölkə boyu sıra-sıra müəssisələr yaranmağa, yollar çəkilməyə, məktəblər tikilməyə başlandı, yeni-yeni mədəniyyət ocaqları araya-ərsəyə gəldi. Bunların hər birinin ardınca isə Prezident İlham Əliyev bölgələrə getdi. Hər bir yaratdığının ardınca ona görə getdi ki, yolunun başlanğıcında elan etdiyi kimi, o, real söz və gerçək əməl insanıdır. Sözləri deyir, bəyan edir və onların əmələ çevrilməsi, gerçəkliyə dönməsi üçün zəhmətlər çəkir. Prezident İlham Əliyevin üçillik fəaliyyəti sözlə əməlin vəhdətinin təntənəsi deməkdir. Sözlə əməlin vəhdətinin bəhrəsidir ki, Azərbaycan bu 3 il ərzində bütün istiqamətlərdə, dörd bucağından mərkəzə doğru ucalmağa başladı. Ölkənin bütün yurd boyu inkişafı, şəhərlə kənd arasında fərqin aradan götürülməsi isə Azərbaycanın gələcəkdə daha gözəl bir ölkəyə, daha firavan bir diyara çevrilməsi üçün çox sağlam, möhkəm bünövrənin qoyulması deməkdir.

Heydər Əliyevdən bizə, hamımıza və cənab Prezidentə əziz bir miras, sevimli bir əmanət qaldı – müasir Azərbaycan. Heydər Əliyev ömrü boyu çox əsərlər yaradıb. Onun ən böyük əsəri isə yeni, müasir, güclü Azərbaycandır. Prezident İlham Əliyevin əsəri isə XXI əsrin Azərbaycanıdır. O, XXI əsrin qüdrətli Azərbaycanının etibarlı özülünü qoyur, sağlam bünövrəsini yaradır və bu mötəbər təməlin üstündə ucalan, daha xoşbəxt bir Azərbaycan, əlbəttə ki, bizim hər birimizə qismət olacaqdır.

Prezident İlham Əliyev son dövrlərdə ölkəmizin uğradığı ən böyük problemlə, Qarabağ məsələsi, Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı həmlə siyasəti fikrini açıq şəkildə bəyan edir. Amma gerçəklikdə, 2001-ci ildən Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi çağlardan cənab İlham Əliyev bu ideyanı ortaya qoymuş və gerçəkləşdirməyə başlamışdı. Hələ 2001-ci ildə, o vaxt Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbəri olan cənab İlham Əliyevin bilavasitə təşəbbüsü ilə ermənilərin qondarma soyqırımlarını Avropa Şurası çərçivəsində nə şəkildəsə qeyd etməyə çalışdığı bir zamanda, “Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi soyqırımının tanınması” haqqında adlı bir sənəd hazırlandı və qəbul edildi. Məhz İlham Əliyevin nüfuzunun sayəsində həmin sənədin altında o dövrdə Siyasi Komitəyə rəhbərlik edən, bu gün Avropa Şurasının baş katibi olan Terri Devisin imzası ilklərdən oldu. Yəni bu siyasəti Prezident İlham Əliyev, əslində, 5 il öncədən aparır və düşünürəm ki, bu siyasət, gec-tez, arzulanan böyük nəticələrini, Azərbaycan xalqını xoşbəxt edən nəticələrini verəcəkdir.

Azərbaycanı risksiz bir ölkəyə döndərmək – İlham Əliyevin ortaya qoyduğu ən əlamətdar tezislərdən biri budur. Risksiz ölkə nə deməkdir? Risksiz ölkə o deməkdir ki, iqtisadiyyatın bütün yönləri, xarici siyasətin bütün istiqamətləri daimi nəzarət altındadır, ölkənin mənəvi həyatının bütün sahələri dövlətin, Prezidentin diqqət mərkəzindədir və onların hər birinin inkişafına qayğı göstərilir.

Qaçqın çadırları olmayan, köhnə məktəbi olmayan, çala-çuxur yolları olmayan, yalnız neftdən asılı olmayan bir ölkə yaratmaq – budur Prezident İlham Əliyevin arzuları, budur bu kitabın səhifələrindən gələn səslərdə, iqtibaslarda və təhlillərdə əksini tapan nəticələr.

Prezident İlham Əliyev bunlara nail oldu və buna görə biz ona, əlbəttə ki, minnətdar olmalıyıq.

Prezident İlham Əliyevin özünün inandığı və dilə gətirdiyi fikirdir ki, Azərbaycanın ən böyük sərvəti insandır. Bəli, onun özü də Azərbaycanın çox ləyaqətli bir lideri, qadir, qətiyyətli, vətənpərvər Prezidenti, Azərbaycanın vicdanlı vətəndaşı olaraq bu xalqın, bu millətin, bu dövlətçiliyin çox qiymətli bir sərvətidir. Biz hamımız bu sərvəti qorumalı, bu sərvətin, əlbəttə ki, qədrini bilməliyik.

Prezident İlham Əliyev Azərbaycan mənəviyyatının, Azərbaycanın mənəvi dəyərlərinin tərəqqisinə son dərəcə diqqət göstərən bir insandır. İqtisadi inkişaf öz yerində, xarici siyasət öz yerində, dövlət həyatının digər mühüm sahələrinin hər biri öz yerində, amma, millətin varlığının vacib sütunlarından birinin mənəviyyat olması da danılmazdır. Azərbaycan dövlətinə rəhbərliyə başlayarkən, Prezident İlham Əliyev Azərbaycanın Əsas Qanununa, bir də xalqımızın tarix boyu müqəddəs bildiyi Qurana əl basaraq demişdi: “Mən Azərbaycanın mənəvi dəyərlərinə sadiq olacağam, onları qoruyub inkişaf etdirəcəyəm”.

Mənəvi dəyərlərin təməlində yazı durur, kitab durur. Prezident İlham Əliyev dövlətin sükanı arxasına keçəndə Azərbaycanın kitabxanaları boş idi. Latın qrafikalı kitablarımız yox kimi idi.

Tarix elə gətirib ki, biz bir millət olaraq acılar yaşamış, tarix boyu dörd dəfə əlifbamızı dəyişmişik. Qədim türk əlifbasını əldən verib ərəb əlifbasına keçmişik, ərəb əlifbasına neçə yüz illər əsir olandan sonra latın qrafikasına, sonradan kirilə, nəhayət, yenə latın qrafikasına qayıtmışıq. Latın qrafikasına keçid yolunda da xeyli ləngimişdik, 10 il kirillə latın arasında çabalaya-çabalaya qalırdıq. Nəhayət ki, ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində bir neçə ayın içərisində biz bütünlüklə latın qrafikasına keçdik. Kitablarımız, qəzetlərimiz, jurnallarımız, mətbuatımız büsbütün latınlaşdı.

Amma kitabxanalar boş idi. Məktəbdə latın qrafikalı dərsliklərdən oxuyub-öyrənərək 10-cu sinfi qurtarmış uşaqlar var idi, lakin kitabxanalarda onların latın qrafikasında mütaliə edəcəyi ədəbiyyat yox idi.

Hakimiyyətə gəldiyi günlərin lap başlanğıcında Prezident İlham Əliyev latın qrafikalı ədəbiyyatın nəşri ilə bağlı ən təcili tədbirlər görəcəyini vəd etdi və 3 ilin ərzində vədini mütəmadi şəkildə həyata keçirdi. Bu gün Azərbaycan insanının, ən müxtəlif nəsillərin ana dilində, latın qrafikasında Azərbaycan və dünya ədəbiyyatından saysız-hesabsız kitabları oxumaq imkanı var.

Prezident İlham Əliyev Azərbaycanın yeni insanını yaradır. Bu insan necə olmalıdır?

Bu insan hər şeydən əvvəl fiziki cəhətdən sağlam olmalıdır. Bütün Azərbaycan boyu ən müasir idman kompleksləri inşa edilir. Birincisi, onlar memarlıq nöqteyi-nəzərindən tikildikləri yerlər üçün cazibəli örnəkdir, yaraşıqdır. Digər tərəfdən, gəncliyin sağlamlığı, bədəninin bu millətə qulluq etməyə layiq bir səviyyədə yetişdirilməsi, tərbiyə edilməsi üçün əsas yaradan məkandır. Lakin sağlamlıq yalnız fiziki güclə, bədənlə olmur. Gərək düşüncə də sağlam olsun, gərək mərifət də, mədəniyyət də yüksək olsun. Bu isə ilk növbədə kitabdan gəlir, mənəvi zənginlikdən doğur. Mədəniyyət ocaqlarımız, muzeylərimiz, teatrlarımız, kitabxanalarımız, ən müxtəlif mədəni müəssisələrimiz Prezident İlham Əliyevin bilavasitə qayğısı sayəsində yeni bir həyat qazanır. Bunun faydalarını zaman ötdükcə daha artıq görəcəyik, biləcəyik.

Ürəyində sahiblik hissi olan hər bir kəs mütləq haçansa öz evində, həyətində, iş yerində təmir, bir yenidənqurma aparır. Prezident İlham Əliyev bu gün Azərbaycanı təmir edir, Azərbaycanı yenidən qurur. XXI əsrin parlaq Azərbaycanı olmaq səviyyəsinə çatdırmaq üçün ölkəni əsrin sürətlərinin tələb etdiyi səviyyədə yenidən qurur.

Son olaraq - Xınalıq yolu bir tilsim idi. Yüz illər boyu, əsrlər uzunu insanları aylarla ətraf mühitdən, böyük aləmdən ayıran sıldırımlar vardı orada, bir yolsuzluq dərdi o nadir kəndin nəsil-nəsil insanlarını incitmişdi. Prezident İlham Əliyevin Azərbaycanda apardığı böyük quruculuq siyasətinin bir ifadəsi də bu oldu ki, o, Xınalığa yol çəkdi və özü də sükan arxasında oturaraq, ilkin gedənlərdən oldu. Mən buna çox böyük bir rəmz kimi baxdım. O, həm yolu açdı, həm yolu yoxladı, həm də sıldırımları yıxaraq, ən çətin yollardan özünün birinci keçəcəyini bəyan etdi.

Arzu edirəm ki, bu gün bayramına toplaşdığımız, görüşünə yığışdığımız bu kitabın növbəti nəşrlərində, Prezident İlham Əliyevin hakimiyyətinin 4-cümü, 5-cimi ilinin tamamında ortaya çıxacaq nüsxələrində bir iqtibas da olsun və dövlətimizin başçısının keçdiyi bir yol haqqında da bilgi əksini tapsın.

Arzu edirəm ki, Prezident İlham Əliyev, hakimiyyətinin 4-cü ilindəmi, 5-ci ilindəmi, hər halda, bu 5 il tamamlanana qədər mütləq yeni bir yoldan keçsin.

Ali baş komandan hərbi zirehli maşının sükanı arxasında əyləşsin və bu maşın Prezident kortecinin önündə getsin. Bu yol, bu maşın Xankəndiyə, Şuşaya yönəlsin. Mən inanıram ki, o gün mütləq gələcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur