Azərbaycan Dövlət İnformasiya Agentliyi

x x x

Milli Məclis sədrinin müavini BAHAR MURADOVA təqdimat mərasiminə yekun vurdu:

- Dəyərli fikirlərinizə görə çox sağ olun. Mənə elə gəlir ki, bu gün bu təqdimat mərasimində haqqında söhbət açılan məsələlərə, qarşımızda dayanan problemlərə, son 3 il ərzində görülən və gələcəkdə görəcəyimiz işlərə bu gəncin çıxışında çox yaxşı bir istiqamət verildi. Təsadüfi deyil, adı “İrəli” olan bu təşkilat Azərbaycanın irəlidə getməsində daim irəlidə olacaqdır. İlham Əliyevi də dəstəkləyən ilk qüvvə Azərbaycan gəncliyidir və məhz ona görə də İlham Əliyev gəncliyə çox böyük diqqət, qayğı göstərir. Elə onun çıxışında söyləndiyi kimi, gəncliyin hərtərəfli inkişafı, onun sosial təminatı, Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yer tutması, idarəetmə orqanlarında, seçkili orqanlarda təmsil olunması istiqamətində çox ciddi addımlar atır və bu gün gənclik Azərbaycanda artıq öz sözünü deməkdədir. Əgər gənclik öndədirsə, gənclik öz sözünü demək imkanı qazanıbsa və bu imkandan istifadə etmək qüvvəsinə malikdirsə, deməli, Azərbaycan düzgün yoldadır. Azərbaycan öz inkişafına, qarşısında dayanan ülvi məqsədlərə nail olacaqdır.

Bu gün burada çıxış edənlərin hər biri Azərbaycanın son müstəqillik illərində görülən işlərə qısa tarixi ekskurs etdi. Hər kəs də çalışdı ki, daha original, daha səmimi, daha obyektiv olsun. Amma mən əminəm ki, bizim hər birimiz burada saatlarla danışsaq belə, yenə Heydər Əliyev siyasətinin bugünkü davamı, yaradıcı şəkildə davamı, görülən işlər və müsbət nəticələr haqqında məlumatların yalnız cüzi bir hissəsini əhatə edə bilərik. Çünki bu, bütövlükdə ölkə həyatını əhatə edir, hər bir Azərbaycan vətəndaşının, hər bir fərdin həyatını əhatə edir. O mənada bunun həcmi, miqyası çox genişdir, tutumu çox böyükdür və bu gün hər birimiz yalnız bu məsələyə toxunmaq imkanı əldə etmişik.

Mən bütün bu deyilənləri ümumiləşdirərək, qənaətimi bir də sizinlə bölüşmək istəyirəm: xoşbəxt o xalq deyil ki, onun qarşısına problemlər çıxmır. Yaxud da xoşbəxt o xalq deyil ki, onun ölkəsinin yaxşı geosiyasi mövqeyi, milli sərvətləri, enerji resursları var. Xoşbəxt o xalqdır ki, onun qarşısına çıxan problemləri dəf etməyə, aradan qaldırmağa, millətin, xalqın, dövlətin potensialını bir araya gətirməyə qabiliyyəti çatan, cəsarəti və qətiyyəti çatan lideri var. Xoşbəxt o xalqdır ki, onun malik olduğu maddi, milli və mənəvi resursları səfərbər etməyə, təmsil etdiyi ölkənin və millətin inkişafına yönəltməyə bacaran bir lideri var. Hər bir vətəndaşının daim güvəndiyi, arxalandığı, qəlbən sevdiyi, inandığı, etimad göstərdiyi Prezidenti var. Azərbaycan xalqı xoşbəxtdir. Çünki sadaladığımın hamısı bizdə var.

Baxmayaraq ki, xoşbəxt xalqlar sırasında bizim də bəxtimizə bəzi ağrı-acılar, faciələr, problemlər düşübdür. Amma çox yaxşı ki, biz bunları dəf etməyi, ayaqda durmağı bacara bilmişik və bu gün Azərbaycan dövləti ayaq üstədir. Yalnız öz imkanlarına, öz resurslarına arxayındır və onlardan səmərəli şəkildə istifadə edir, sabaha inamla baxır, seçdiyi Prezidentə güvənir, arxalanır, ona dayaq durur. Azərbaycan Prezidenti də xoşbəxtdir ki, onun belə bir xalqı var və xalqla onun istək və arzuları eynidir. Bunlara yetmək üçün müəyyənləşdirdikləri yol eynidir, bu yol Heydər Əliyev yoludur, bu yol bizim sabahımızın, inkişafımızın, gələcəyimizin təminatçısıdır. Məhz bu yolun mövcudluğu, Heydər Əliyev ideyalarının, arzularının mövcudluğu və bizim hər birimizin bu ideyalarla silahlanmağımız və öndə də bu ideyaların ən layiqli gerçəkləşdiricisi olan İlham Əliyevin olması bizi Rafael Hüseynovun söylədiyi istiqamətdə aparacaqdır. Bu gün məhz görülən bu işlər, konkret müsbət nəticələr, Azərbaycanın inkişafı, ölkənin paytaxtı ilə regionları arasındakı fərqin aradan qaldırılmasına hər bir sadə kənd əməkçisinin müasir tələblərə, müasir standartlara uyğun gələn kommunal xidmətlə təmin olunmuş şəkildə yaşamasına göstərilən səylər, cəhdlər Azərbaycanın enerji resurslarının istifadəsindən gələn gəlirlərin digər sahələrin inkişafına yönəldilməsi və yalnız Azərbaycanın milli və dövləti maraqlarına uyğun şəkildə istifadəsi bizi həmin məqsədə çatdıracaqdır. Bu, elə Qarabağa gedən yolun salınmasıdır. Burada Xınalıq da var, burada Daşkəsən-Şəmkir yolu da, Qazax yolu da var, Bakının yolları da var. Mən çox istərdim ki, bu yolların hər biri möhkəm əsaslar üzərində qurulsun. Məhz Heydər Əliyevin müəyyənləşdirdiyi yol qədər yaşar və əbədi olsun və Azərbaycanı sabahlara, qarşımızda dayanan ülvi məqsədlərə çatdırsın.

Mən fikrimi yekunlaşdıraraq, bu kitabı araya-ərsəyə gətirən insanları, Azərbaycanın say-seçmə ziyalılarını, başda Ramiz müəllim Mehdiyev, müasir Azərbaycanın tarixinin tədqiqini, qələmə alınmasını təşkil edən bu böyük şəxsiyyət olmaqla, Əli müəllim Həsənova, Novruz Məmmədova, Ziyafət Əsgərova, Mübariz Qurbanlıya, Ziyad müəllim Səmədzadəyə, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli müəllimə, Rəbiyyət xanım Aslanovaya, Azər Əmiraslanova və Səlahəddin Xəlilova öz dərin təşəkkürümü bildirirəm. Onlar hər birimizin qəlbindən, ürəyindən keçən fikirləri bir araya gətirə, qələmə ala biliblər və bunları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Prezidentliyinin 3 illiyinə həsr olunmuş bu tədbirdə təqdim etmək imkanını bizə yaşadıblar. Eyni zamanda, mən bizim Yeni Azərbaycan Partiyasının gəncliyinin ən öndə gedən nümayəndələrindən biri olan Elnur Aslanov başda olmaqla, kitabın tərtibçilərinə öz təşəkkürümü bildirirəm. Bu kitabın araya-ərsəyə gəlməsində əməyi olan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bu kitab əliyevşünaslığa, azərbaycanşünaslığa, Azərbaycan tarixinə, Azərbaycanın siyasət tarixinə çox böyük bir töhfədir. Tədbirdə iştirakınıza görə, çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur