Azərbaycan Dövlət İnformasiya Agentliyi

X X X

Daha sonra “İrəli” Gənclər Təşkilatının həmtəsisçisi CEYHUN OSMANLIYA söz verildi:

- Hörmətli xanımlar və cənablar!

Dəyərli mərasim iştirakçıları!

Bugünkü tədbirin mahiyyətini Azərbaycanın ən müasir tarixinin son 3 ilinin təntənəsi kimi də qiymətləndirmək olar. Əslində, bir tarixi dövrün qiymətləndirilməsi üçün, bəlkə də, 3 il çox qısa bir zaman kəsiyidir. Lakin əminliklə deməliyəm ki, cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən bu günə qədər ölkədə elə bir dinamik inkişaf getmişdir ki, Azərbaycan nəinki regionu, hətta bütün dünyanı müsbət mənada heyrətləndirmişdir. Əgər başqa ölkələrdə tarixi inkişaf mərhələləri bir-birini uzun illər ərzində əvəzləmişdirsə, cənab Prezidentin çevik və səmərəli islahatları nəticəsində Azərbaycan bu mərhələləri çox az bir zamanda keçir. Məncə, Azərbaycan tədqiqatçıları, alimləri, tarixçiləri ən müasir tariximizin hər bir mərhələsini diqqətlə öyrənməli, tədqiq etməli və gələcək nəsillərə çatdırmalıdırlar.

Bu gün təqdimat mərasiminə toplaşdığımız “İlham Əliyev: İqtibaslar və təhlil” kitabı da məhz belə bir tədqiqatın nəticəsində meydana gəlmişdir. Belə ki, kitab hazırlanarkən cənab Prezidentin son 3 il ərzindəki, ümumi həcmi 2 min səhifəyə yaxın olan 218 nitqi və çıxışı diqqətlə təhlil edilmiş və bunlardan seçilmiş iqtibaslar müxtəlif istiqamətlər üzrə qruplaşdırılmışdır. Ayrı-ayrı mövzular üzrə müəlliflərin məqalələri kitabı daha da zənginləşdirmişdir.

Görünən reallıq budur ki, cənab Prezidentin fəaliyyəti dövründə Azərbaycan dövlətini və Azərbaycan vətəndaşlarının mənafeyini ifadə edən heç bir məsələ diqqətdən kənarda qalmamışdır. “Mən hər bir azərbaycanlının Prezidentiyəm” şüarını rəhbər tutan cənab Prezidentin hər bir azərbaycanlıya fərdi olaraq ünvanlanmış qayğısını bu gün hər kəs hiss etməkdədir.

Mən bu gün qarşınızda Azərbaycan gənclərinin nümayəndəsi olaraq dayandığımdan, dövlətimizin sırf Azərbaycan gənclərinə və bütövlükdə gənclər siyasətinə qayğısından bəhs etmək istərdim.

İlk növbədə, onu demək lazımdır ki, gənclər əhalimizin böyük bir hissəsini təşkil etdiyindən, bütün vətəndaşlarımıza şamil olunan dövlət proqramlarından onlar da səmərəli şəkildə bəhrələnməkdədirlər. Xüsusən son 3 il ərzində 500 minə yaxın yeni iş yerinin açılması gənclər arasında işsizliyin azaldılması sahəsində ciddi töhfə olmuşdur. Yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafı, insanlarımızın həyat səviyyəsinin yüksəldilməsi gənclərimizin inkişafında müstəsna əhəmiyyət daşımışdır.

Qürur hissi ilə bildirməliyəm ki, cənab Prezidentin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi Dövlət proqramı (2005-2009-cu illər)” ilə Azərbaycanda gənclər siyasətinə sanki yeni bir nəfəs gəlmişdir. Bu proqramı dövlətin hər bir Azərbaycan gəncinə ünvanlanmış qayğısı kimi də səciyyələndirmək olar. Belə ki, proqramda bütün kateqoriyadan olan gənclər üçün müddəalar nəzərdə tutulmuşdur: istedadlı gənclər, xüsusi qayğıya ehtiyacı olan gənclər, gənc alimlər, gənc sahibkarlar, gənc ailələr, gənclər təşkilatları və s. Proqram çərçivəsində gənclərin istedadlarının üzə çıxarılması, gənc liderlərin meydana gəlməsi, gənclərin sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili, təşəbbüskar gənclərin formalaşması, gənclərin beynəlxalq əlaqələrinin və əməkdaşlığının inkişaf etdirilməsi məsələlərinə xüsusi əhəmiyyət verilir. Gənclərimizin çoxdan gözlədiyi Azərbaycan gənclər mərkəzlərinin tikilməsi də proqramın müddəaları arasındadır.

Son üç il ərzində gənclərin avanqardını təşkil edən tələbələrin rifah halının yüksəldilməsi də diqqətdən yayınmamışdır. Tələbələrin təqaüdlərinin artırılması, təhsil haqlarının ödənməsində bəzi kateqoriyalardan olan gənclərə güzəştlərin tətbiqi buna misaldır.

Hər bir gəncin arzularından biri də xaricdə təhsil almaq, xarici mədəniyyətlərlə tanış olmaq, dünya görüşünü inkişaf etdirmək, yaxşı mütəxəssis kimi yetişərək Vətənə xidmət etməkdir. Cənab Prezidentin “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” bu günlərdə imzaladığı Sərəncam Azərbaycan gənclərinə böyük bir müjdə olmuşdur və deməliyəm ki, son günlər ərzində gənclər arasında ən çox müzakirə olunan və sevinc doğuran məsələyə çevrilmişdir. Bu proqram Azərbaycanın gələcək inkişafına yönəlmiş strateji bir addımdır. Belə ki, gənclərimizin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alması Azərbaycanda islahatçılar və peşəkarlar təbəqəsinin artmasına gətirib çıxaracaqdır ki, bu da öz növbəsində, elmin, iqtisadiyyatın, dövlətçiliyin inkişafına böyük bir təkan olacaqdır. Eyni zamanda, bu gənclər təhsil aldıqları ölkələrdə Azərbaycan həqiqətlərinin təbliğinə əvəzsiz töhfə verəcəklər ki, bu da Azərbaycan diasporunun inkişafında müstəsna əhəmiyyət daşıyır.

Dövlətimiz tərəfindən Azərbaycanda insan resurslarına ayrılan daha bir diqqətin təcəssümü kimi, xüsusi istedada malik uşaq və gənclərimizin dövlət tərəfindən himayə olunmasını, onlara təqaüdlərin verilməsini təmin edən dövlət proqramından da söz açılmalıdır. Azərbaycanın uşaq və gənclərinə ölkəmizin gələcəyi kimi yanaşan dövlətimiz heç bir gənci, heç bir uşağı nəzərdən qaçırmadan öz fəaliyyətini əzmlə davam etdirməkdədir.

Gənclərimizin, xüsusən də gənc ailələrin ürəyincə olan daha bir proqram İpoteka Fondunun yaradılmasıdır. Əminik ki, cənab Prezidentin Fondun resurslarından bəhrələnmədə kütləviliyin təmin olunması ilə bağlı verdiyi tövsiyələr nəticəsində gənc ailələr İpoteka kreditlərindən daha geniş şəkildə bəhrələnə biləcəklər.

Əlbəttə ki, gənclərimizin inkişafı ilə bağlı dövlətimizin gördüyü işlər sadaladığım faktlarla məhdudlaşmır. Lakin məsələni xüsusi vurğulamalıyam. Görülən bütün bu işlər Azərbaycanda güclü dövlətçiliyin və dövlətin mövcud olması və bu güclü dövlətin başında məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin durması sayəsində baş tutmuşdur.

Bu gün Azərbaycan demokratiyanın inkişafı yolu ilə inamla getməkdədir. Azərbaycanda vətəndaş cəmiyyəti strukturlarının sayı günü-gündən artmaqdadır. İndi Azərbaycanda 60-dan çox siyasi partiya, 3 mindən çox QHT və 600-dən çox KİV vardır. Bu gün Azərbaycanda azad media vardır. Bu gün Azərbaycanda hüquqi dövlət vardır. Bu gün Azərbaycanda şəffaf idarəetmə vardır.

Fikrimi isə bu gün təqdimat mərasiminə toplaşdığımız kitabda cənab Prezidentin nitqindən verilmiş bir iqtibasla bitirmək istəyirəm: “İndi bizim qarşımızda nadir imkanlar var. Elə etməliyik ki, güclü dövlət yaradaq, müstəqilliyimizi daha da möhkəmləndirək, Azərbaycanın potensialını tam şəkildə insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldək və beləliklə, ölkəmizdə vətəndaş cəmiyyəti yaradaq. Azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət və Azərbaycanın maraqlarının tam şəkildə qorunması və möhkəmlənməsi – bu, bizim qarşımızda duran əsas qlobal istiqamətlərdir”.

Biz gənclər cənab Prezidentin bütün fikirlərini dəstəkləyir və bəyan edirik ki, bu yolla inamla gedəcəyik, Azərbaycanı layiq olduğu zirvələrə qaldıracağıq və inşallah, ən qısa zamanda Azərbaycanımızın yaralı yeri olan işğal altındakı torpaqlarımızı azad edəcəyik.

Məqsədlərimizə doğru gedən yolda “Prezidentlə irəli!” deyir, diqqətinizə görə minnətdarlığımı bildirirəm. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur