“XABAD OR AVNER” MƏKTƏBİNİN KOLLEKTİVİ QANLI YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ ANMIŞDIR
Bakı, 19 yanvar (AZƏRTAC). “XABAD Or Avner” yəhudi məktəbinin kollektivi Şəhidlər xiyabanında olmuş, 1990-cı il Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsini anmışdır.
“XABAD Or Avner” Bakı təhsil kompleksinin baş direktoru ravvin Matityaqu Luis, məktəbin ictimaiyyətlə əlaqə üzrə icraçı direktoru Samir Xanlarov, müəllimlər və şagirdlər faciə qurbanlarının məzarları üzərinə gül qoymuş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən oğullarının xatirəsini yad etmişlər.
Ziyarətdən sonra M.Luis və S.Xanlarov vurğulamışlar ki, 1990-cı il yanvarın 20-də müstəqillik uğrunda tökülən qan çoxmillətli Azərbaycanı birləşdirdi. Qara Yanvar hadisələri bir daha dünyaya sübut etmişdir ki, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri xeyirdə də, şərdə də birdirlər. Azərbaycan oğul və qızlarının 20 il əvvəl göstərdiyi qəhrəmanlıq Vətənə sonsuz məhəbbət nümunəsidir. Biz “XABAD Or Avner”in şagirdlərini də bu ruhda tərbiyə edirik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [23:11]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [23:08]
27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH
- 27.09.2026 [22:17]
Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib
- 27.09.2026 [22:04]
ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib
- 27.09.2026 [21:58]
AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib
- 27.09.2026 [21:51]
BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib
- 27.09.2026 [21:47]
Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub
- 27.09.2026 [21:40]
AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər
- 27.09.2026 [21:35]
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
- 27.09.2026 [21:32]
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib
- 27.09.2026 [21:27]
Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH
- 27.09.2026 [20:17]