Xaçmaz və Şabran rayonlarının kəndlərinə təbii qaz verilmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən respublikanın qaz təchizatı sisteminin yenidən qurulması, təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təchiz olunması məqsədi ilə intensiv iş aparılır.
Xaçmaz və Şabran rayonlarının qazlaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 19-da Xaçmaz rayonunun Çiləgir və Şabran rayonunun Çölquşçu kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilmişdir. Çiləgir kəndində keçirilmiş tədbirdə bildirilmişdir ki, 266 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli qaz təchizatı sistemi əsasında ümumi uzunluğu 17 min 858 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 266 ədəd sayğac quraşdırılmışdır.
Şabran rayonunun Çölquşçu kəndinə təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə qeyd edilmişdir ki, 184 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli qaz təchizatı sistemi əsasında ümumi uzunluğu 16 min 758 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 184 ədəd sayğac quraşdırılmışdır.
Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşadıqları kəndlərin “mavi yanacaq”la təchiz edilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]