Xaçmazda avtomobil qəzasında 21 yaşlı gənc ölüb
Xaçmaz, 29 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Çinartala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı avtomobilin ağaca çırpılması nəticəsində maşında olan sərnişin, Xaçmazın Qusarçay kənd sakini 21 yaşlı Məmmədov Araz Etibar oğlu aldığı xəsarətlərdən ölüb. Avtomobildə olan digər 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:05]
Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb
- 10.08.2026 [15:48]
Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb
- 10.08.2026 [14:59]
Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır
- 10.08.2026 [12:39]
Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb
- 10.08.2026 [12:30]