Xaçmazda Qarabağ müharibəsinin veteranları Xocalı soyqırımı qurbanlarını anmışdır
Xaçmaz, 25 fevral (AZƏRTAC). Xaçmazda Qarabağ müharibəsi veteranlarının iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Xaçmaz rayon şöbəsinin təşəbbüsü ilə keçirilmiş tədbirdə veteranlarla yanaşı, tarixçilər və məktəblilər də iştirak etmişdir.
Qarabağ müharibəsi iştirakçıları Xocalı faciəsinin onların yaddaşında silinməz izlər qoyduğunu bildirmişlər. Onlar demişlər ki, bu faciə düşmənə nifrəti artırmış, qisas hissi ilə alışan minlərlə könüllü həmin hadisədən sonra cəbhəyə yollanmışdır. Qarabağ müharibəsi veteranları Azərbaycan ordusunun hər an işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadir olduğuna əminliklərini nümayiş etdirmişlər.
Mərasimdə çıxış edən tarixçilər 21 il əvvəl erməni silahlılarının Xocalıda dinc əhaliyə qarşı törətdikləri soyqırımı və etnik təmizləmə siyasətindən danışmış, tarixi faktların ermənilərin xalqımıza qarşı daim xəyanətkar mövqedə olmasından xəbər verdiyini bildirmişlər.
Tədbirin sonunda məktəblilərin ifasında Xocalı soyqırımına həsr olunan kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]