Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaliq Məmmədov: Azərbaycan kənd təsərrüfatı sahəsində də lider ölkələrdən birinə çevriləcək

Bakı, 15 iyul, AZƏRTAC

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı sahələrindən biri sayılır. Ölkəmiz zəngin torpaq və iqlim müxtəlifliyinə, əlverişli aqrar potensiala malikdir, dövlət tərəfindən bu sahəyə mütəmadi olaraq diqqət göstərilir, yeni proqramlar qəbul edilir. Eyni zamanda, torpaqdan səmərəli istifadə, məhsuldarlığın artırılması, emal sənayesinin inkişafı və ixrac potensialının daha da artırılması istiqamətində işlərin davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

“Agricola.az” MMC-nin rəhbəri iqtisad elmləri üzrə fəlsəfə doktoru Xaliq Məmmədovun mövzu ilə bağlı AZƏRTAC-a verdiyi müsahibəni təqdim edirik.

-Şirkətiniz barədə məlumat verə bilərsinizmi?

-“Agricola.az” MMC yeni yaradılmış şirkətdir. Şirkətin tam formalaşmasını 2024-cü ilin iyul ayından sonrakı dövrə aid etsək, daha düzgün olar. Qeyd edim ki. “Agricola.az” MMC Türkiyə investisiyalıdır və təqdim olunmuş biznes planında nəzərdə tutulan investisiyanın təxminən 80 faizi artıq qoyulub. Şirkətin əsas fəaliyyəti bitkiçilik məhsullarının istehsalı və yetişdirilməsi, qapalı təsərrüfatlarda dünyada geniş istifadə olunan maye gübrələrin satışı, həmçinin bitki xəstəliklərinə qarşı istifadə olunan bitki mühafizə vasitələrinin satışıdır.

Distribütoru olduğumuz şirkətlərdən biri 19 milyard avro büdcəyə malik “Yara Suomi” şirkətidir. Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən bu şirkət müasir qapalı təsərrüfatlar və damcı suvarma sistemləri üçün yüksək səmərəliliyə malik məhsullar istehsal edir. Biz “Yara Suomi”nin maye gübrələrinin Azərbaycandakı ilk distribütorlarından biriyik və bu məhsulların satışını, təbliğini ən geniş həyata keçirən şirkətlərdən sayılırıq. Bu məhsullar fermerlərə yüksək məhsuldarlıq əldə etməyə imkan verir və istehsal xərclərinin maya dəyərinin təxminən 70 faiz azalmasına şərait yaradır.

Şirkətimizin ikinci üstünlüyü Çində “Tribus” adlı məhsul üzrə uğurla başa çatdırdığımız təcrübədir. Bu, az məhsuldar torpaqların damcı suvarma sistemi vasitəsilə yüksək məhsuldar torpaqlara çevrilməsi üçün nəzərdə tutulan nadir bir məhsuldur. Təəssüf ki, bu gün müəyyən maliyyə çatışmazlığı səbəbindən onu idxal edə bilmirik, amma bu istiqamətdəki təcrübəmizi dəyərli hesab edirəm.

Üçüncü üstünlüyümüzə isə fermerlərin xərclərinə qənaət etməsi, torpağın, bitkilərin, ekologiyanın və insanların kimyəvi gübrələrin təsirinə daha az məruz qalması üçün maye gübrələrin satışı sahəsində öndə olmağımızdır və bu istiqaməti fəal təşviq edirik.

-Torpaq, aqrar tariximiz və şərabçılıq sahəsində vəziyyət necədir?

-Bu gün Azərbaycanda şoranlaşmış, şorakətləşmiş, humusunu, tərkibini və keyfiyyətini itirmiş çoxlu həyətyanı sahə, kənd təsərrüfatı torpağı mövcuddur. Torpaq fondumuz isə sürətlə aşınır.

Bu barədə dünyanın tanınmış aqronomlarından olan avstriyalı bir mütəxəssislə geniş müzakirə aparmışam. Mənə bildirildi ki, Azərbaycanın torpaqşünaslıq sahəsindəki qədim elmi irsi, təcrübəsi və bugünkü alim potensialı Avropanın bir çox ölkəsində yoxdur. Bunu eşitmək mənim üçün böyük qürur hissi doğurdu. Bizim kənd təsərrüfatı ilə bağlı elmi-tədqiqat institutlarının çox zəngin tarixi var.

Azərbaycan vaxtilə dünyanın bir çox ölkəsinə şərab ixrac edib. Şərabçılıq sahəsində dünya kitablarına yazılacaq qədər zəngin tariximiz var. Böyük üzümçü alim Famil Şərifov bütün dünyada tanınırdı, çoxlu üzüm növü yetişdirib və bu sahədə böyük xidmətləri olub.

-Bitkinin qidalanması və dövlət proqramı ilə bağlı fikirləriniz nədir?

-Yarpaqdan gübrələmə apardıqda verilən gübrə yarpaq vasitəsilə sorulur və fotosintez prosesi nəticəsində bitkinin kök sisteminə qədər daşınır. Bir insanın ayaqları möhkəm deyilsə, onun sağlam və uzun ömür sürməsi çətin olduğu kimi, bitkilərdə də kök sistemi əsas amildir. Torpaq nə qədər münbit və qida maddələri ilə zəngin olarsa, bitkinin kökü də həmin qida maddələrini bir o qədər yaxşı mənimsəyib məhsula çatdırar. Cənab Prezidentin imzaladığı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın əsasında məhz bu fikir dayanır.

Bu məsələdə konkret göstərici məhsulun keyfiyyətindədir. Məsələn, dənin çəkisi 13-15 qram olmalıdır. Əgər 8 qramdırsa, bitki kifayət qədər qidalanmayıb deməkdir. Pambıqda da qozaların tökülməsi və ya zəif inkişafı eyni səbəbdən irəli gəlir. Halbuki əsas xammal məhz qoza daxilində formalaşır. İstixana məhsullarında da fərq özünü göstərir. İxrac zamanı isə məhsulun saxlanma müddəti uzun olmalı və keyfiyyəti qorunmalıdır ki, istehlakçı pomidoru həmin gün yeməsə də, məhsul öz keyfiyyətini itirməsin. Bunun üçün bitkinin düzgün qidalanması, yəni maye gübrələrin rolu həlledicidir.

Azərbaycanda Dövlət Proqramının icrası üçün bütün şərait yaradılır. Dövlətimizin başçısı tapşırıqları verir, vəsait ayrılır. Amma əsas məsələ bunların sahibkar tərəfindən düzgün həyata keçirilməsidir.

-Kənd təsərrüfatının inkişafı istiqamətində hansı məsələlərə daha çox diqqət yetirilməlidir?

-Kənd təsərrüfatında ixtisaslaşmış baytar həkim və aqronom kadrlarının hazırlanması istiqamətində görülən işlərin davam etdirilməsi mühüm əhəmiyyət daşıyır. Türkiyədən və ya başqa ölkələrdən gələn aqronomlar yerli iqlim və torpaq şəraitini öyrənənə qədər bir-iki il vaxt sərf edirlər. Onların bilik və təcrübəsi bizim şəraitə tam uyğun olmaya bilər. Bu sahədə təhsil sisteminin imkanlarının daha da genişləndirilməsi peşəkar kadr hazırlığına əlavə töhfə verə bilər.

Taxılçılıq, pambıqçılıq və açıq sahə tərəvəzçiliyi istiqamətlərində konsaltinq xidmətlərinin genişləndirilməsi də faydalıdır. Məhsulun tədarükü, saxlanması, daxili logistikası, qablaşdırılması, markalanması və çeşidlənməsi ixtisaslaşmış bir şirkət tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunmalıdır.

-Ölkənin iqtisadi artımı və regional inkişaf potensialını necə qiymətləndirirsiniz?

-Bir iqtisadçı alim kimi ömrümü heyvandarlıq, kənd təsərrüfatı və bitkiçilik sahələrində beynəlxalq təcrübəni öyrənməyə həsr etmişəm və bu məqsədlə dünyanın təxminən 30-40 faiz ölkəsində olmuşam.

Neft-qaz sənayesində hasilatın azalması təbii bir prosesdir, çünki bunlar tükənən ehtiyatlardır. Ulu Öndər Heydər Əliyev bu sənayeni yenidən quraraq Azərbaycanın öz təbii sərvətlərinin sahibi olduğunu bütün dünyaya göstərdi və bu, dövlət büdcəsinin artmasına, ölkənin iqtisadi rifahının yüksəlməsinə şərait yaratdı. Bu gün isə Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün maliyyə siyasəti nəticəsində valyuta ehtiyatlarımız kifayət qədərdir, dövlət borcumuz da aşağı səviyyədədir. Biz bu valyuta ehtiyatlarından da düzgün istifadə edərək müəssisələr yarada bilərik və Azərbaycan məhsulunu dünya bazarına ixrac edib ölkəyə yeni valyuta gətirmək mümkün olar.

Potensialımız çox böyükdür. Naxçıvanda 1200-ə yaxın dərman bitkisi növü bitir. Dünyada bu qədər zəngin dərman bitkisi ehtiyatına malik region tapmaq çətindir. Bunu Yaponiya bazarında düzgün təşviq etsək və ya orqanik dərman vasitələri istehsal edən iri şirkətlərlə ciddi danışıqlar aparsaq, onları Azərbaycana cəlb edə bilərik. Belə bir müəssisə insanların dağ-meşə zonalarından dərman bitkilərini toplayıb təhvil verməsinə imkan yaradar. Naxçıvan, həmçinin Bakı bazarını 100 milyon manatdan artıq kənd təsərrüfatı məhsulu ilə təmin etmək potensialına malikdir.

Kəndlərdə təsərrüfatın daha da inkişafı urbanizasiya prosesinin də qarşısını almağa müəyyən dərəcədə köməklik göstərəcək. Həmin ərazilərdə 10-15 min baş qoyun və 2500 baş iribuynuzlu mal-qara saxlamaq mümkündür. Tovuz, Daşkəsən və Gədəbəydə pilot kartofçuluq təsərrüfatları yaratsaq, İran, Türkiyə, Rusiya və Avropadan kartof idxal etməyə ehtiyac qalmaz. Eyni zamanda, bölgədə limonçuluğu daha da inkişaf etdirə bilərik və onun idxalına xərclənən pul ölkəmizdə qala bilər. Eynilə giləmeyvə idxalını qapalı təsərrüfatlarla, zəfəran istehsalını isə Abşeronda genişləndirməklə aradan qaldırmaq mümkündür. Nəzərə alaq ki, Azərbaycan zəfəranının alıcısı bütün dünyadır.

Prezidentimizin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və bu, tariximizin ən böyük zəfərlərindən biri oldu. Bir iqtisadçı-alim kimi hesab edirəm ki, bu uğurların iqtisadi sahədə də davam etdirilməsi vacibdir. Hərbi sahədə əldə olunan nailiyyətlər sayəsində Azərbaycan bu gün dünyada tanınır, dövlətimizin başçısının həyata keçirdiyi xarici siyasət isə ölkəmizi Qafqazda və Türk dünyasında lider dövlətlərdən birinə çevirib. İnanıram ki, biz öz məhsullarımızla iqtisadiyyat sahəsində də ön sıralarda yer ala bilərik. Azərbaycanda həm yerli, həm də xarici xammala əsaslanan yeni istehsal sahələrinin formalaşdırılması neft hasilatının azalmasının yarada biləcəyi boşluğun tədricən doldurulmasına töhfə verə bilər. İstərdim ki, fermerlərimiz məhsuldarlığın artırılması və torpaq münbitliyinin qorunması baxımından ənənəvi mineral gübrələrlə yanaşı, orqanomineral və orqanik gübrələrdən istifadəyə daha çox üstünlük versinlər.

-Torpaqların konsolidasiyası və Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı ilə bağlı nə deyə bilərsiniz?

-Azərbaycanda torpaqların konsolidasiyası çox vacibdir, amma bu proses düşünülmüş şəkildə həyata keçirilməlidir. Nəticələri əvvəlcədən qiymətləndirmək, hüquqi tərəfini tənzimləmək və kəndlilər arasında maarifləndirmə işi aparmaq vacibdir. Biz müasir suvarma sistemlərinin də tam tətbiqinə keçməliyik. Çünki selləmə suvarma torpağın yuyulmasına, şoranlaşmasına, suyun bərabər paylanmamasına və böyük həcmdə su itkisinə səbəb olur. Bu, hər hansı qurumun fəaliyyəti ilə deyil, selləmə üsulunun xüsusiyyətləri ilə bağlı məsələdir. Kənd təsərrüfatı naziri də çıxışlarının birində konsolidasiya məsələsinə toxunub. Bu istiqamətdə işlər aparılır. Hesab edirəm ki, prosesdə nəzəri yanaşma ilə yanaşı, regional və praktiki xüsusiyyətlər də nəzərə alınmalıdır. Xarici ölkələrin təcrübəsi faydalı olsa da, onu olduğu kimi tətbiq etmək hər zaman mümkün olmaya bilər. Çünki burada sosial, hüquqi və psixoloji amillər də mühüm rol oynayır.

Düşünürəm ki, Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatı məsələsində hər rayona ayrıca yanaşmaq lazımdır, çünki hər birinin özünəməxsus təsərrüfat üstünlüyü var. Bu ərazilərdə torpağın keyfiyyəti yüksəkdir, deməli torpağa qoyulacaq əlavə vəsait çox olmayacaq, sadəcə su ehtiyatlarından düzgün istifadə etmək lazımdır. Kəlbəcərdə turizmi inkişaf etdirib yüz minlərlə turist gətirsək onları qidalandırmaq üçün ət və digər məhsulları Bakıdan daşımaq çətin olar. Bu səbəbdən məhsulları ətraf ərazilərdə inkişaf etdirmək logistika xərclərini də azaldar. Fikrimcə kənd təsərrüfatı bu ərazilərdə əsas məşğulluq mənbəyi olacaq, çünki oranın təmiz təbiəti, iqlimi və suyu insanları məhz sağlam qida və mühitə görə cəlb edəcək.

Qubadlıda balıqçılıq, heyvandarlıq və meyvəçilik, Füzulidə (vaxtilə uğurlu olmuş) üzümçülük, Cəbrayılda tamam fərqli yanaşma, Ağdamda köhnə təsərrüfatçılığın bərpası, dağlıq rayonlarda isə xarici ölkələrin dağlıq ərazi modelləri tətbiq edilə bilər. Qarabağda meşə ehtiyatları və əlvan metallurgiya üçün də imkanlar var. Kifayət qədər su, yağıntı və qar ehtiyatı mövcuddur ki, bu da yağış-qar sularının toplanaraq həm bu, həm də qonşu rayonların suvarılmasında istifadəsinə imkan yaradır. Bu proseslərdə doludan mühafizə sistemləri yaradılmalı, gübrələr düzgün seçilməlidir ki, torpağın münbitliyi uzun illər qorunsun. Dağ-mədən sənayesi də uğurla inkişaf edə bilər, amma aqrar sahə yenə əsas prioritet olmalıdır. Torpaq, insan, texnologiya və xammal resurslarını düzgün birləşdirməliyik.

Regionlarda turizmin inkişafı birbaşa kənd təsərrüfatı ilə bağlıdır, çünki turist, ilk növbədə, orqanik, yerli məhsul axtaracaq. Almaniyanın müharibədən sonrakı dirçəlişi üçün bütün dünya bir araya gəlib dəstək olmuşdu, bu gün isə Prezident İlham Əliyev bunu ölkənin daxili imkanları hesabına həyata keçirir. Biz də dəstək olmalı - investisiya cəlb etməli və onun hansı sahələrə yönəldiləcəyini düzgün müəyyənləşdirməliyik.

Ümumilikdə 2026-2030-cu illəri əhatə edən bu Dövlət Proqramı məni çox ruhlandırır və düşünürəm ki, uğurlu nəticələr verəcək. Bir alim və ekspert kimi söylədiyim fikirlər yalnız xoş niyyətə əsaslanır. İnvestorları Azərbaycan iqtisadiyyatına daha çox vəsait qoymağa çağırıram. Ümid edirəm ki, Azərbaycan kənd təsərrüfatı sahəsində də lider ölkələrdən birinə çevriləcək və öz məhsullarını dünya bazarına uğurla təqdim edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər