Xalq rəssamı Maral Rəhmanzadənin rəng dünyasına səyahət
Bakı, 3 dekabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 4 nömrəli uşaq incəsənət məktəbində Azərbaycanın Xalq rəssamı Maral Rəhmanzadənin 105 illiyinə həsr edilmiş sərgi keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, sərgidə kiçik rəssamların Maral Rəhmanzadə yaradıcılığından ilhamlanaraq işlədikləri rəsm əsərləri sərgilənib. Əsərlərin əsas leytmotivini Maral Rəhmanzadə yaradıcılığına xas olan vətənpərvərlik, Azərbaycan təbiəti, neft və qadın mövzuları təşkil edib. Kiçik rəssamlar sanki öz rəsmləri ilə tədbir iştirakçılarını Maral Rəhmanzadənin rəng dünyasına səyahətə aparıb.