Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda “Klub-14” intellektual oyunu keçiriləcək
Moskva, 16 oktyabr, AZƏRTAC
Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda “Klub-14” intellektual oyunu üzrə payız çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, oktyabrın 20-də XTNS-dəkı “Azərbaycan” pavilyonunda “MBA-MOSKVA” bankının dəstəyi ilə Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş “Klub-14” intellektual oyunlar çempionatı keçiriləcək.
Gənclər hərəkatları, ictimai təşkilatlar, korporasiyalar, dövlət, təhsil və mədəniyyət müəssisələrini təmsil edən 20-yə yaxın komanda baş mükafatın sahibi olmaq hüququ uğrunda mübarizə aparacaq. Oyunun qaliblərini “MBA – MOSKVA” bankından qiymətli hədiyyələr və super mükafat gözləyir.
“Klub-14” XTNS-də “Azərbaycan” pavilyonunun divarları arasında həyata keçirilən ilk intellektual layihədir. Birinci turnir 2024-cü ilin yazında baş tutub. Oyunda müxtəlif yaş kateqoriyalarından olan 100-ə yaxın insan iştirak edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]
BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib
- 10.10.2026 [13:16]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]