Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin dekabrı

Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin dekabrı

Bakı, 22 may, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

2 dekabr. Prezident Heydər Əliyev Bolqarıstan Prezidenti Petar Stoyanov ilə görüşdü.

4 dekabr. İsrail Dövlətinin müdafiə nazirinin müavini Efroim Snehinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

8 dekabr. AŞPA siyasi komitəsinin sədrini və Azərbaycan üzrə məruzəçiləri qəbul etdi.

10 dekabr. Xalq şairi Nəbi Xəzrinin 75 illiyi münasibətilə Akademik Milli Dram Teatrının səhnələşdirdiyi “Burla xatun” pyesinin tamaşasına baxdı.

11 dekabr. Qarşıdakı bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciət etdi.

12 dekabr. Respublikada ilk dəfə keçirilən bələdiyyə seçkilərində səs verdi.

Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə keçirilən şənlikdə iştirak etdi.

13 dekabr. ATƏT-in sədri, Norveçin xarici işlər naziri Knut Vollebeni qəbul etdi.

Bələdiyyə seçkilərini izləmiş türkiyəli müşahidəçilərlə görüşdü.

17 dekabr. Rusiyanın Azərbaycandakı səfiri Aleksandr Bloxini qəbul etdi.

18 dekabr. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidzeni qəbul etdi.

21 dekabr. Yeni Azərbaycan Partiyasının birinci qurultayında nitq söylədi.

22 dekabr. MDB-nin icraçı katibi Yuri Yarovu qəbul etdi.

25 dekabr. Rusiya jurnalistləri ilə görüşdü.

29 dekabr. Qaradağ rayonunda qaçqınlar və məcburi köçkünlər üçün tikilmiş evlərin istifadəyə verilməsi mərasimində nitq söylədi.

31 dekabr. Uşaqların Yeni il şənliyində iştirak etdi.

X X X

Prezident Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələr qurduğu ölkələrin siyahısı gündən-günə genişlənirdi. Bu ölkələrdən biri də Bolqarıstan idi. Ulu Öndərin 1995-ci ilin iyununda Bolqarıstana rəsmi səfəri iki ölkə arasında əməkdaşlıq münasibətlərinə güclü təkan verdi. 1999-cu ilin dekabrında isə Bolqarıstan Prezidenti (1997-2002) Peter Stoyanov Azərbaycanda rəsmi səfərdə oldu.

Bolqarıstan liderinin səfər çərçivəsində söylədiyi bu fikirlər diqqət çəkir: “Azərbaycan və Bolqarıstanın coğrafi mövqeyi elədir ki, onlar bir-biri ilə əməkdaşlıq etməlidirlər. Əminəm ki, TRASEKA və İNOQEYT kimi böyük layihələr əlaqələrimizi daha da sıxlaşdıracaqdır. Mən istər TRASEKA nəqliyyat dəhlizinin inkişafı barədə, istərsə də neftin Bolqarıstan vasitəsilə Avropaya ixracı barədə məsələni Prezident Heydər Əliyevin qarşısında tamamilə açıq şəkildə qaldırdım - mən bunu özümə rəva görə bilərəm, çünki bu, bizim ilk görüşümüz deyildir, biz bu barədə çox danışmışıq”.

Həmin səfər zamanı Azərbaycanla Bolqarıstan arasında ikitərəfli sənədlər - prezidentlərin birgə bəyanatı, statistika sahəsində əməkdaşlıq haqqında, Azərbaycan və Bolqarıstan hökumətləri atasında gömrük işi, standartlaşdırma və metrologiya, turizm sahəsində əməkdaşlığa dair sazişlər imzalandı.

Azərbaycan-Bolqarıstan münasibətləri bu gün yüksək səviyyəyə çatıb və strateji tərəfdaşlıq xarakteri alıb. Bu baxımdan Prezident İlham Əliyevin 2023-cü ilin aprelində Sofiyaya işgüzar səfərini xatırlamaq yerinə düşər. Səfər çərçivəsində “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması, SOCAR-ın Bolqarıstandakı ofisinin açılışı münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Ümummilli Lider gərgin iş qrafikinə baxmayaraq, Azərbaycanın gələcəyi olan uşaqları unutmur, onlarla görüşlərə də vaxt ayırırdı. Ulu Öndər 1999-cu il dekabrın 12-də Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə keçirilən şənlikdə, dekabrın 31-də valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün təşkil edilən Yeni il şənliyində iştirak etdi. Tədbirlərdəki çıxışı zamanı Azərbaycanın uşaqlarının hamısını öz övladları kimi qəbul etdiyini dilə gətirdi:

Sitat: Siz mənə burada “baba” deyərək müraciət edirsiniz. Sizə çox təşəkkür edirəm. Mən sizi və bütün Azərbaycanın uşaqlarını öz uşaqlarım hesab edirəm, övladlarım hesab edirəm, nəvələrim hesab edirəm. Mən sizinlə birlikdə burada olmağımdan özümü çox xoşbəxt hiss edirəm. Sizi dinləyərək düşünürəm ki, mən dünyanın ən zəngin adamıyam, ən xoşbəxt adamıyam. Ona görə ki, müstəqil Azərbaycanın uşaqları, balaları kimi mənim övladlarım var, balalarım var. Əmin ola bilərsiniz ki, mən sizi öz övladlarım, balalarım, nəvələrim hesab edərək sizin üçün daim istəkli baba olacağam, ata olacağam.

1999-cu ilin dekabrında ölkəmizin həyatında ən mühüm hadisələrdən biri Yeni Azərbaycan Partiyasının (YAP) ilk qurultayının keçirilməsi oldu. Qurultayda nitq söyləyən Prezident Heydər Əliyev Azərbaycan xalqının partiya yaradılmamışdan əvvəl və YAP-ın fəaliyyəti dövründə keçdiyi yola nəzər saldı.

X X X

Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının birinci qurultayındakı nitqindən

• Yeni Azərbaycan Partiyası addım-addım irəliləyib, inkişaf edib, genişlənib və böyük bir partiyaya çevrilibdir. Bugünkü qurultay partiyanın nə qədər güclü, nə qədər əzəmətli və nə qədər dərin fikirlərə malik olduğunu sübut edir.

• Bu partiyanı bir adam yox, o illərdə Azərbaycanın ağır vəziyyətini görən, buna dözə bilməyən və bu ağır vəziyyətdən çıxış yolunu axtaran insanlar və xüsusən ziyalıların hamısı birlikdə yaradıblar. Bu gün bir daha qeyd etmək istəyirəm ki, mənim o vaxt partiya yaratmaq fikrim yox idi. Mənim həyatım sizə məlumdur. Bunun məni həmişə sevindirmiş parlaq illəri də, ancaq həyatım üçün çox ağır, çətin, təhlükəli illəri də olubdur. Mən keçmiş zamanlarda xalqıma həmişə sədaqətlə xidmət etmişəm. Amma Moskvada yüksək vəzifələrdən kənarlaşdırılandan, istefaya gedəndən sonra ətrafımda cərəyan edən ədalətsizliyi və on illər boyu sədaqətlə xidmət etdiyim hökumətin, partiyanın mənə qarşı təzyiqlərini, təqiblərini görərkən yenidən siyasətə qayıtmaq fikrində olmadım. Hesab etdim ki, mən həyatda öz missiyamı yerinə yetirmişəm, onun qiymətini isə gələcək, tarix verəcəkdir. Məni siyasi həyata qayıtmağa məcbur edən 1990-cı ildəki yanvar hadisələri oldu...

• Bizim partiya sağlam düşüncə, sağlam fikir - xalqı birləşdirmək və Azərbaycanın o mürəkkəb həyatında ölkənin problemlərinin həll olunmasında iştirak etmək, öz xidmətlərini göstərmək məqsədi ilə yarandı.

• Azərbaycan Prezidenti və Yeni Azərbaycan Partiyasının sədri kimi mənim əsas gücüm, əsas mənbəyim xalqdır.

• Öz aqibətini Yeni Azərbaycan Partiyası ilə bağlayanlar səhv etməmişlər. Tarix, keçən illər bunu göstərdi. Yeni Azərbaycan Partiyası sədrinin, Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasət ilbəil uğurlar gətirir, Azərbaycan yüksəlir, inkişaf edir.

• Bir tərəfdən iqtisadi böhran, ikinci tərəfdən daxildə qanunsuz silahlı dəstələr, cinayətkarlar və sair, sabitliyin olmaması, bununla yanaşı Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarını ardıcıl surətdə işğal etməsi və belə şəraitdə hər bir cinayətkar dəstənin, hər bir cinayətkarın öz şəxsi məqsədləri üçün yeni cinayətlər törətməsi - bunlar hamısı 1993-94-cü illərin gerçəklikləri idi. Biz bunların qarşısını aldıq.

• Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında ən güclü, ən böyük intellektual səviyyəyə malik, ən böyük hörmətə malik olan siyasi partiyadır. Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, Azərbaycanın sabahının partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır.

• Biz 1992-ci ilin şaxtalı bir günündə, elektrik enerjisinin olmadığı bir halda, Naxçıvan Dövlət Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirdik. Doğrudur, mən papaqda deyildim. Təbiətim belədir ki, mən hər bir soyuq havada papaqdan istifadə etmirəm. Amma burada oturanların əksəriyyəti papaqda idilər. Üşüyürdük, əlimizi-əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi və gələcəyə çox nikbinliklə baxırdıq. Budur, yeddi ildən sonra Yeni Azərbaycan Partiyası Azərbaycanın ən möhtəşəm sarayında öz qurultayını keçirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır

İmişlidə Araz çayında batan şəxsin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb