Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin oktyabrı

Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin oktyabrı

Bakı, 5 iyul, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

XXX

7 oktyabr. Prezident Heydər Əliyev görkəmli musiqiçisi Mstislav Rostropoviçlə görüşdü.

16 oktyabr. “Bakı-Kastel” müəssisəsinin Xırdalan pivə zavodunun istifadəyə verilməsinə həsr olunmuş tədbirdə nitq söylədi.

17 oktyabr. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi barədə sazişlərin imzalanması mərasimində çıxış etdi.

18 oktyabr. XXVII Yay Olimpiya oyunlarında iştirak etmiş Azərbaycan idmançıları ilə görüşdü.

19 oktyabr. 1 nömrəli Bakı İstilik-Elektrik Mərkəzinin birinci növbəsinin açılışında iştirak etdi.

21 oktyabr. Milli Olimpiya Komitəsinin Bakıda yeni idman-sağlamlıq kompleksinin təntənəli açılışı mərasimində çıxış etdi.

29 oktyabr. Parlament seçkiləri ilə əlaqədar müşavirədə iştirak etdi və nitq söylədi.

30 oktyabr. Türkiyə Respublikasının milli bayramı - Cümhuriyyətin elan olunmasının 77-ci ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbulda çıxış etdi.

X X X

2000-ci il oktyabrın 17-də “Azərbaycan Respublikası hökuməti ilə əsas ixrac boru kəməri iştirakçıları arasında tranzit ərazisinə malik ölkənin hökuməti ilə saziş”in və “Bakı-Tbilisi-Ceyhan” xam neft kəməri layihəsinin mühəndis işləri və layihələşdirilməsi üçün maliyyələşdirmə və əməkdaşlıq sazişi”nin imzalanması mərasimi keçirildi. Tədbirdə çıxış edən Ulu Öndər 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasını Azərbaycan xalqının azadlığının, dövlət müstəqilliyinin bəhrəsi olduğunu söylədi. Ümummilli Lider qeyd etdi ki, bu neft müqaviləsi ardıcıl surətdə həyata keçirilir, öz nəticələrini verir. Xəzər dənizinin böyük neft və qaz imkanları dünyaya açılıb, Azərbaycanda 20 böyük neft müqaviləsi imzalanıb. Bütün bunlar respublikamızın iqtisadiyyatını inkişaf etdirməyə, xalqımızın rifah halını yaxşılaşdırmağa xidmət edir.

Son illər Azərbaycanın keçdiyi çox çətin yol, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə qarşı təzyiq və təxribatlar barədə danışan Ulu Öndər dedi: “Azərbaycan xalqını bir çox təhlükələrdən xilas etdik və ölkəmizin müstəqilliyini, dövlətçiliyini qoruduq. Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün dövlət neft strategiyasını ardıcıl surətdə həyata keçirdik. Burada deyildi ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaradılması da dövlət neft strategiyamızın əsas hissəsini təşkil edir. Bütün təxribatlar, xaricdən bizə qarşı olan təzyiqlər heç bir nəticə vermədi. Son illər isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilməsinə qarşı müxtəlif təbliğatlar aparıldı, təxribat hərəkətləri edildi. Amma bizim iradəmiz, müstəqil, demokratik Azərbaycanın iqtisadi, xarici siyasəti və dünyanın böyük dövlətləri, onların neft şirkətləri ilə əməkdaşlığı - bütün bunlar bizi bugünkü günə gətirib çıxardı. Beləliklə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ağır bir yol keçibdir. Amma bu gün artıq hamı görür ki, biz bu yolu uğurla keçmişik. Biz - Türkiyə Cümhuriyyəti, Gürcüstan, Azərbaycan Amerika Birləşmiş Ştatlarının daimi dəstəyi nəticəsində bu ağır, çətin yolu birlikdə uğurla keçdik və bu gün artıq son sazişlər imzalandı.”

2000-ci ilin oktyabrı Azərbaycanın XXVII Sidney Yay Olimpiya Oyunlarında qazandığı parlaq qələbələrlə yadda qaldı. Müstəqillik dövründə ilk dəfə Olimpiya oyunlarında iştirak edən idmançılarımız iki qızıl, bir bürünc medal qazandılar. Bunu böyük nailiyyət adlandıran Ulu Öndər qeyd etdi ki, həm idmançılarımızın, həm də xalqımızın bununla fəxr etməyə haqqı var.

Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritetlərindən birinə çevrildi, olimpiya hərəkatı geniş vüsət aldı. Sidney Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandıqları böyük nailiyyətlər də məhz bunun nəticəsi idi.

Ulu Öndər oktyabrın 18-də Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşdü və bu hadisəni idmanımızın bayramı kimi səciyyələndirdi. Qeyd etdi ki, müstəqilliyin ötən doqquz ilində Azərbaycanın bir çox nailiyyətlər əldə edib, ancaq indiyədək bütün xalqımızı və vətəndaşlarımızı bu qələbə qədər sevindirən heç bir hadisə olmayıb.

Sitat: “Bu gün idman sahəsində bizim əldə etdiyimiz nailiyyət Azərbaycanın dövlət müstəqilliyi ilə birbaşa bağlıdır. Əgər Azərbaycan dövlət müstəqilliyini əldə edə bilməsəydi, əgər respublikamız azad olmasaydı, ölkəmiz milli azadlığa çıxmasaydı, bu nailiyyətlər əldə edilə bilməzdi... Azərbaycan Sovet İttifaqının tərkibində olanda da respublikamızda çox səriştəli gənclər, idmançılar vardı. Onlar Ümumittifaq yarışlarında iştirak edirdilər, beynəlxalq yarışlarda SSRİ yığma komandasının tərkibində yarışırdılar. Ancaq o vaxt onlar bugünkü nailiyyətləri əldə edə bilməyiblər. Birincisi, ona görə ki, onlar öz xalqına, öz dövlətinə xidmət etmək hissini hələ bilmirdilər. Çünki müstəqil dövlət yox idi. İkincisi, açıq demək lazımdır ki, bizim idmançılara çox vaxt ədalətsiz münasibət göstərirdilər”.

Oktyabrın 21-də Milli Olimpiya Komitəsinin Bakıda yeni idman-sağlamlıq kompleksinin təntənəli açılışı mərasimi keçirildi. Heydər Əliyev tədbirdəki çıxışında vurğuladı ki, Milli olimpiya hərəkatının və Milli Olimpiya Komitəsinin yaranması Azərbaycanın dövlət müstəqilliyinin, xalqımızın milli azadlığının bəhrəsidir. Gənclərimizin böyük fiziki gücə və mənəvi iradəyə malik olduğunu bildirən Ulu Öndər dedi: “Azərbaycan gəncinin, Azərbaycan insanının potensial gücü çox böyükdür. Həm fiziki gücü böyükdür, həm də onun mənəvi iradəsi böyükdür. Ona görə də əgər biz hamımız bu işə kömək etsək, idmanın inkişafına şərait yaratsaq, idmanı kütləvi etsək və bütün insanlar üçün bədən tərbiyəsini mütləq onların həyatının bir hissəsinə çevirsək, xalqımızın fiziki sağlamlığını, mənəvi sağlamlığını təmin edəcəyik”.

X X X

Heydər Əliyevin XXVII Yay Olimpiya oyunlarında iştirak etmiş Azərbaycan idmançıları ilə görüşündəki nitqindən

• Azərbaycan xalqının tarixində bu böyük qələbə ilk qələbədir. Biz indiyə qədər heç vaxt idman sahəsində bu qədər yüksək zirvələrə çatmamışıq. 200-ə qədər ölkənin nümayəndələrinin, idmançılarının - demək, bütün dünyanın, bütün Yer kürəsinin idmançılarının toplaşıb yarış keçirdiyi bir prosesdə gənc müstəqil Azərbaycanın, o qədər də böyük olmayan bir ölkənin idmançıları iki qızıl medal, bir bürünc medal aldılar və bir neçə idmançımız da çox yaxşı yerlər tutdu. Onlar Azərbaycanın şan-şöhrətini qaldırdılar.

• Azərbaycanda Milli Olimpiya Komitəsinin yaranması ölkəmizin dövlət müstəqilliyinin xüsusi

əlamətlərindən biridir. Milli Olimpiya Komitəsi əvvəlki illərdə, təəssüf ki, öz vəzifəsini layiqincə yerinə yetirə bilmirdi. Son illər Milli Olimpiya Komitəsi fəaliyyətini artırıb, genişləndirib, idmançıları, gəncləri daha da səfərbər edib, həvəsləndirib, onlara yardımlar göstəribdir. Ona görə də qələbələri qeyd edərkən Milli Olimpiya Komitəsinin üzvlərinin və onun prezidenti İlham Əliyevin xüsusi xidmətlərini vurğulamaq lazımdır.

• Siz Sidneyə yola düşərkən mən dedim ki, hər bir idmançımız qızıl medal alsın. Bu, təbii bir arzudur. Bu təkcə mənim yox, bütün millətimizin arzusudur. Ancaq eyni zamanda, biz yaxşı dərk edirik ki, 199 dövlətin, bütün Yer kürəsinin idmançılarının bir yerə toplaşdığını, bəzi ölkələrin idmançılarının olimpiya yarışlarının başlanmasından indiyə qədər bu oyunlarda iştirak etməsini və bu ölkələrin əksəriyyətinin çox böyük, nəhəng olmasını nəzərə alaraq, gənc, müstəqil Azərbaycanın idmançılarının hamısının medal alması, təbiidir ki, real deyildi, bu bizim arzumuz idi. Biz bunu arzulayırdıq. Ancaq siz Sidneydə çıxış edən zaman ürəyimiz tıp-tıp vururdu ki, necə, nə cür olacaq? Mən hər gün maraqlanırdım, məlumat alırdım. Nəhayət, siz xalqımızı, bizi, vətənimizi sevindirdiniz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb.

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO