Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏRH

Xalqımızın şərəfli qəhrəmanlıq səhifəsi ŞƏRH

Xalqımızın şərəfli qəhrəmanlıq səhifəsi  ŞƏRH

Bakı, 2 noyabr, AZƏRTAC

Zəfər Günü xalqımızın şərəfli qəhrəmanlıq səhifəsidir. Həmin gün məğlub xalqın qalib xalqa çevrildiyi tarixdir. Son 200 ildə xalqımız çoxlu haqsızlıqlarla və soyqırımları ilə üzləşib. Belə ki, Cənubi Qafqaza aidiyyəti olmayan erməni toplumu zaman-zaman xalqımıza qarşı ədalətsizliklər törədərək, düşünülmüş şəkildə Azərbaycan torpaqlarına köçürülmüşdü. Bu köçü daha uğurlu etmək üçün ermənilər 1905-1907, 1918-1920, 1948-1953, 1987-1988-ci illərdə soyqırımları törədib və soydaşlarımızı öz doğma yurdlarından didərgin salıblar. 1990-cı illərin əvvəlində başlanmış Qarabağ müharibəsində isə Ermənistan ərazilərimizin 20 faizini işğal edərək 750 mindən çox azərbaycanlının öz doğma yurdlarında məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olub. BMT Təhlükəsizlik Şurasında Ermənistanın işğal etdiyi ərazilərimizdən qeyd-şərtsiz çıxmasına dair 4 qətnamə qəbul olunmasına baxmayaraq, rəsmi İrəvan beynəlxalq hüququ heçə saydı. Münaqişənin dinc yolla həll olunmasına dəstək məqsədilə yaradılan ATƏT-in Minsk qrupu da heç bir iş görmədi. Hətta torpaqlarımızda erməni işğalını əbədiləşdirməyə çalışdı. Amma xalqımız bu məğlubiyyətlə barışa bilməzdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi altında 1993-cü ilin dekabrından başlamış Horadiz əməliyyatı ilə düşməni dayandırmaqla müvəqqəti atəşkəsə məcbur edə bildik. Təbii ki, Azərbaycana dövləti formalaşdırmaq və gücləndirmək üçün vaxt lazım idi. Məhz Ulu Öndərin siyasi kursu sayəsində Azərbaycanda müstəqil dövlətçiliyin əsasları formalaşdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, 2003-cü ildə səs çoxluğu ilə xalqın etimadını qazanıb dövlətimizə rəhbər seçilən Prezident İlham Əliyevin ən başlıca hədəfi torpaqların işğaldan azad olunması idi. Beləliklə, ölkəmizdə çoxsaylı islahatlar aparılaraq iqtisadiyyat gücləndirildi. Dövlət büdcəsindən ən çox maliyyə müdafiə sahəsinə ayrılaraq, inkişaf etdirildi, ordumuz gücləndirildi və beynəlxalq təşkilatlarda ölkəmizin ədalətli mövqeyini müdafiə edən sənədlər qəbul etdirilərək hüquqi baza yaradıldı. Nəhayət, Zəfərə gedən yolun hazırlıq prosesi başa çatmaq üzrə idi. Azərbaycan Silahlı Qüvvələri düşmən ordusundan dəflərlə çox potensiala malik idi. Bunun ən bariz nümunəsi isə düşmənin mütəmadi şəkildə törətdiyi təxribatlarda qarşı tərəfə vurulan sarsıdıcı zərbələr idi. Amma Ermənistan reallığı dəyərləndirməyərək Azərbaycana qarşı yeni ərazilər uğrunda yeni müharibə ritorikası ilə çağırışlar etməyə başladı. O cümlədən 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan Cıdır düzündə rəqs edib, “Qarabağ Ermənistan”dır şüarları səsləndirməyə başladı. Halbuki, N.Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə Azərbaycandan ona vaxt verməsini xahiş edərək münaqişəni yoluna qoyacağı barədə vəd vermişdi. Amma siyasi simasızlıq göstərən Nikol Qarabağ məsələsində digər erməni liderlərindən heç bir fərqinin olmadığı nümayiş etdirdi. “Valday” Beynəlxalq Diskussiya Klubunda Prezident İlham Əliyev beynəlxalq ictimaiyyət qarşısında çıxış edərək “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə Ermənistanın baş nazirinə adekvat cavab verdi. Bu baxımdan da Ermənistan hərbi-siyasi rəhbərliyinin sülh prosesinə zərbə vuran davranışları İkinci Qarabağ müharibəsini qaçılmaz edirdi.

“2020-ci il sentyabrın 27-də yenidən geniş təxribatlar törədən Ermənistanın bu addımı Azərbaycanın səbir kasasını daşdıran son damla oldu. Beləliklə, Prezident İlham Əliyev tərəfindən bütün cəbhəboyu əks-hücuma keçmək əmri verildi. Ordumuz müharibənin ilk günündən başlayaraq müvəffəqiyyətlər qazanmağa başladı. On minlərlə gəncimiz könüllü şəkildə ordu sıralarına yazıldı. Hətta xaricdə yaşayan gənclərimiz də ölkəyə qayıdaraq əlinə silah götürüb haqq işimizə dəstək verdilər.

Qırx dörd günlük müharibə xalqımız üçün Vətən müharibəsi idi və bu adla da Azərbaycan tarixinə düşdü. Otuz il erməni işğalından əziyyət çəkən Azərbaycan xalqı Xocalının, Xocavəndin, Zəngilanın, Başlıbelin, Qaradağlının və digər soyqırımlarının qisasını almaq, tarixi ədaləti bərpa etmək üçün tələsirdi. Vandalizm törədən ermənilərdən fərqli olaraq Azərbaycanın qalib gəldiyi müharibənin hər bir günü beynəlxalq hüququn normaları çərçivəsində həyata keçirildi. Xalqımız hər axşam televiziya ekranlarının qarşısında oturub Prezident İlham Əliyevin qələbə tvitlərini gözləyirdi. Nəhayət noyabrın 8-də şanlı Ordumuzun Şuşanı azad etməsi xalqımıza unudulmaz qələbə sevinci yaşatdı.

Azərbaycanla hərbi ritorika ilə danışan erməni cinayətkarlar 44 gündə məğlubiyyətə uğradıldı. Məhz Paşinyanın yalvarışlarına görə, noyabrın 10-da üçtərəfli Bəyanat imzalanaraq münaqişənin həll olunması üçün atəşkəs elan edildi, digər məsələlərin siyasi yollarla həllinə qərar verildi. Beləliklə, kapitulyasiya nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları Ermənistan tərəfindən boşaldılsa da, öz xislətini növbəti dəfə nümayiş etdirən rəsmi İrəvan bir müddət sonra üçtərəfli Bəyanata əməl etmədi. Buna görə də biz öz gücümüzlə bu bəyanatın müddəalarını Ermənistana icra etdirməyə məcbur olduq. Belə ki, 2023-cü il sentyabrın 20-də keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda erməni separatizminin kökü kəsildi. Bakıda çay içmək arzusunda olan separatçıların rəhbərləri “arzularına” çatdı və bu gün DTX-nin təcridxanasında çay içirlər. Bakıda tankların hərəkət edəcəyini arzulayan Ermənistan rəhbərliyinin də arzusunu yerinə yetirdik və döyüş meydanında qənimət olaraq götürülmüş erməni tankları və döyüş texnikaları Zəfər paradımızda nümayiş olundu. Beləliklə, rəşadətli Ordumuz və xalqımız “dəmir yumruğ”a çevrilərək 200 illik arzunu reallaşdırdı”, - deyə A.Badamov vurğulayıb.

Deputat əlavə edib ki, bu gün işğaldan azad olunmuş ərazilərimiz yenidən qurularaq cənnətə çevrilir. Uzun illər məcburi köçkünlük həyatını yaşamağa məcbur olmuş insanlar öz doğma yurdlarına qayıdaraq yenidən firavan və dinc həyatlarına qovuşublar. Bu gün Azərbaycan qlobal problemlərin həll olunmasına ev sahibliyi edir, ölkəmizin təşəbbüsləri dünya tərəfindən qəbul olunur. Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Bütün bu uğurlarımız isə uzaqgörən və vaxtında qərarlar qəbul etmək bacarığı olan Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri bir sıra görüşlər keçirib

Əhliman Əmiraslanov: Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi davamlı sülh üçün zəruridir

Baş konsul: İğdır-Naxçıvan qaz kəmərinin tikintisi yekunlaşıb

Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb

Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı: Ermənistan Qərbi azərbaycanlıların torpaqlarına qayıtmaq hüququnun icrasına imkan vermir

Sabirabadda qəza nəticəsində piyada ölüb

Avrasiya Araşdırmaları Mərkəzinin tədqiqatçısı: Biz Azərbaycan irsinin Ermənistan tərəfindən dağıdıldığını müşahidə etmişik

Kişi voleybolçular arasında Yüksək Liqada I turun növbəti oyunu keçirilib

IV Azərbaycan Astronomiya Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Maltanın UNESCO üzrə Milli Komissiyasının prezidenti: Azərbaycanın mədəni irsinin qorunmasına beynəlxalq gücü də cəlb etmək lazımdır

NBC: Donald Trampın komandası miqrantları deportasiya edəcək ölkələrin siyahısını hazırlayır

Qərbi azərbaycanlıların qayıdış hüququna həsr olunan konfransın iştirakçıları ilə görüşlər keçirilib

Əlahiddə Ümumqoşun orduda komanda-qərargah təlimi keçirilib

Bakıda Türk Ticarət Mərkəzi açılıb

Raymond Bondin: Ermənilər Şuşadakı kilsəni özləri dağıtsalar da, guya azərbaycanlılar dağıdıb kimi təqdim edirdilər

Baş nazir Əli Əsədov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüşüb

İordaniyalı professor xalqımızın üzləşdiyi deportasiyalar barədə məlumatlandırılıb

“Made in Azerbaijan” brendinin beynəlxalq səviyyədə tanıdılması müzakirə edilib

BDU ilə İzmir Yüksək Texnologiyalar İnstitutu arasında tələbə mübadiləsi aparılacaq

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilib  YENİLƏNİB 3 VİDEO

G.A.Paşayevanın Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gəncə Tibb Kollecində “Gənclər evi” açılıb

T.N.Əliyevin Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ə.İ.Əhmədovun Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

V.C.Xəlilovun Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ə.Q.Məmmədyarovun Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mərkəzi Bankda investisiyaların təşviqini dəstəkləyən təşəbbüslər müzakirə edilib

Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu keçirilib VİDEO

MEK-də EBSCO məlumat bazasının xidmətlərində olan yeniliklər müzakirə edilib

Aqrar Xidmətlər Agentliyinin sədri Ağdamda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan Boks Federasiyasında bu ilin nəticələri və növbəti ilin fəaliyyət planı müzakirə olunub

Buxarestdə Azərbaycana həsr olunmuş “Şəhər antropologiyası” jurnalının təqdimatı keçirilib

Regionda kənd gəncləri üçün yeni layihə həyata keçirilir

BDU komandası Minskdə keçirilən beynəlxalq müsabiqədə III yerə layiq görülüb

Stresə necə qalib gələk?

“Neftçi” Özbəkistan millisinin futbolçusunu transfer etmək istəyir

® “Ziraat Bank Azərbaycan” VIII Beynəlxalq Bankçılıq Forumunun rəsmi tərəfdaşı olub

Qanunsuz müsadirə edilmiş əmlakların geri qaytarılması həm də barışıq və etimad mühitinin qurulması üçün zəruri şərtdir

Səfir: Azərbaycana investisiya yatırmaq istəyən türk iş adamlarına dəstək məqsədilə 86 araşdırma aparılıb

Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Daşkəsəndə vətəndaşları qəbul edəcək

Nazir müavini iqlim dəyişmələri ilə mübarizədə gənclərin rolundan danışıb

Kontr-admiral: Türkiyə Suriyada sabitliyin pozulmasından terrorçuların istifadə etməsinə imkan verməyəcək

YAP Mərkəzi Aparatında müşavirə keçirilib

Azərbaycan millisi Albaniya və Uelslə qarşılaşacaq

Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib

Sosial şəbəkələrin mediaya iti bucaq altında təsiri - TƏHLİL

“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Assosiasiyası ilə Çinin logistika platformaları arasında saziş imzalanıb

Beynəlxalq proqramın iştirakçıları Şuşa və Xankəndini gəziblər

Lənkəranda keçirilən I Ləvəngi Festivalından FOTOREPORTAJ VİDEO

Ermənistan soydaşlarımızın geri dönməsi ilə bağlı süni əngəllər törətməməlidir - ŞƏRH

Azərbaycanda zərgərlik məmulatları və qiymətli metallara dair dövlət standartları qəbul edilib

Azərbaycan ilə Türkiyə arasında ticarət həcminin 15 milyard dollara çatdırılması hədəflənir

Qida məhsulları laboratoriyada necə analiz olunur?

Rəqəmsal inkişaf və nəqliyyat naziri Saatlıda vətəndaşlarla görüşüb

“Sabahın alimləri” XIV respublika müsabiqəsinə qeydiyyat davam edir

Şamil Ayrım: Qərbi azərbaycanlıların problemlərini dünyaya çatdırmalıyıq

Reinteqrasiya tədbirləri ilə 653 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Naxçıvanda tələbələr üçün hüquq günləri təşkil olunub

Məlahət İbrahimqızı: Azərbaycanlılara qarşı törədilən haqsızlıqlar qəbuledilməzdir

AKTİ-nin sədri: Azərbaycanda bu il könüllülük hərəkatı daha da genişlənib

Şuşa Teatrında “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq

Fransada hökumətin devrilməsinə baxmayaraq, davamlı tətillər başlayıb

Gədəbəydə “AzerGold” QSC və “R.V. Investment Group Services, LLC ABŞ” arasında görüş keçirilib

İndiyədək İqtisadiyyat Nazirliyi tərəfindən 17 minə yaxın lisenziya verilib

“Süni intellekt” termini ilk dəfə olaraq Türkiyənin milli təhlükəsizlik siyasətində öz əksini tapa bilər

Düsseldorfda məhkəmə 17 yaşlı tələbənin dərslərdə niqabla iştirakına icazə verilməməsi barədə hökm çıxarıb

“Rosneft”in rəhbəri qızılın dünya ticarətində yenidən dolların rəqibinə çevrilə biləcəyini ehtimal edir

Gürcüstanın müxalifət partiyalarının ofislərindən tüfənglər, pirotexniki vasitələr, “Molotov kokteylləri” götürülüb

Çin ABŞ-ın 13 şirkətinə Tayvana silah tədarükünə görə sanksiya tətbiq edib

Deputat: Qərbi azərbaycanlılar öz evlərinə sülh yolu ilə, təhlükəsiz şəkildə qayıtmağa çox ümidlidirlər

Cəzaçəkmə müəssisələrində maarifləndirici görüşlər keçirilib

Azərbaycanın tanınmış şairinin kitabı ingilis dilində nəşr olunub

Aleksandar Vuçiç: Avropanın böhrandan çıxması vacibdir

Deputat: Qərbi azərbaycanlıların qayıdış məsələsi artıq beynəlxalq gündəmdə qəbul olunur

Energetika naziri Lənkəranda vətəndaşlarla görüşəcək

Finlandiyanın xarici işlər naziri Azərbaycan-Ermənistan normallaşma gündəliyi barədə məlumatlandırılıb

Sədr: İndiyədək 750-dək gənc KOBİA-da könüllülük fəaliyyətinə cəlb olunub

Qədir Xəlilov: Bu gün Azərbaycanın gənclər siyasəti dünya səviyyəsində nümunəvi model olaraq qəbul edilir

Daşkənddə Azərbaycanın və Özbəkistanın bir sıra QHT-ləri arasında əməkdaşlıq memorandumları imzalanıb

Somalidən olan qonaq: Şuşada keçirilən tədbir bizə yaxşı təcrübə qazandırdı

“Səyyar kofe evləri” layihəsi regionlarda icra olunacaq

Avropada doğum nisbəti ən aşağı səviyyədədir

“Rəqəmsal dövrdə müasir diplomatiya” mövzusunda ikigünlük seminar keçirilir

BMU qış imtahan sessiyasına hazırlaşır

Şəkidə nöqsanlar aşkarlanan balıq satışı mağazasının fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycanda ilk dəfə: Qaragilə bağlarının hər hektarına görə fermerlərə 15000 manat birdəfəlik əkin subsidiyası veriləcək

Botanika İnstitutunun əməkdaşları Zəngilan rayonunun flora müxtəlifliyini tədqiq edirlər

Beynəlxalq vəkillik və diplomatiya yurdlarından zorla didərgin düşmüş insanların hüquqlarının bərpasında mühüm rol oynayır VİDEO

Qış idman növlərinin inkişafı məqsədilə yeni layihəyə start verilib

İncəsənət Muzeyində memarlıq keramikasının bərpasına dair mühazirə dinlənilib

Şamaxının investisiya cəlbediciliyinin və biznes imkanlarının təşviqi konsepsiyası hazırlanıb VİDEO

Vüqar Kərimov: Azərbaycanda keçirilən bütün uğurlu tədbirlərdə könüllülərin rolu böyükdür

Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının yaradılması haqqında Fərman imzalayıb

ADU-nun Konfutsi İnstitutu elmi əlaqələrini genişləndirir

Prezident: Könüllülük hərəkatı Azərbaycan gənclərinin vahid məqsəd ətrafında uğurlu fəaliyyətinin təcəssümüdür

Naxçıvan Sənaye Parkının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

NATO-nun nümayəndə heyəti təhsil müəssisələri və hərbi hissədə olub

Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı