Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı birlik, həmrəylik bayramına çevrildi – RƏY

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı birlik, həmrəylik bayramına çevrildi – RƏY

Bakı, 14 may, AZƏRTAC

İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqlarından biri də “Xarıbülbül” musiqi festivalı ənənəsinin bərpasıdır. Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən bu festivalın özündə ehtiva etdiyi məqamlardan bəhs etmədən öncə Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın dirçəlməsindən, çal-çağırlı günlərinin bərpasından, iqtisadi, siyasi, humanitar və diplomatik mərkəzə çevrilməsindən danışmaq istərdim. Mayın 11-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılışının iştirakçılarından biri kimi böyük qürur hissi ilə qeyd edə bilərəm ki, Şuşa sözün əsl mənasında dirçəlib. Bu il festivalın məkanının genişlənərək Laçını da əhatə etməsi hər birimizdə böyük qürur hissi yaratdı. Xüsusi vurğulamalıyam ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin yüksək təşkilatçılığı ilə ərsəyə gələn builki festival böyük maraq və rəğbətlə qarşılandı. Hər kəs şahid oldu ki, həm Heydər Əliyev Fondu, həm də Mədəniyyət Nazirliyi “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının Şuşanın və Laçının adına layiq və nümunəvi təşkili üçün yüksək peşəkarlıq göstərdilər. Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı qədim tarixə malik mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfə verir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə söyləyib.

O deyib: “Azərbaycan daim yerləşdiyi coğrafi məkana görə müxtəlif mədəniyyətlər, dinlər arasında körpü rolunu oynayır. Atılan hər bir addım, ölkəmizin əməkdaşlıq, birlik, həmrəylik çağırışlarının əməli fəaliyyətdə öz təsdiqini tapması bu körpünü daha da möhkəmləndirir. Təqdirəlayiq haldır ki, builki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə musiqiçiləri də öz məharətlərini göstərdilər. Həmçinin bu reallığı da xüsusi qeyd etməliyəm ki, Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan olunub və builki musiqi festivalı bu mühüm hadisəyə həsr edilmişdi. Dövlətimizin başçısının açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, Azərbaycan birinci dəfə deyil ki bu şərəfli ada layiq görülür. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilmişdilər. Bu, Azərbaycanın İslam dünyasının birliyinin, həmrəyliyinin gücləndirilməsinə davamlı töhfələrinin nəticəsidir. Prezident İlham Əliyev bu qərara görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə təşəkkürünü bildirərək bu addımı İslam dünyasının Azərbaycana növbəti dəstəyi, hörməti kimi dəyərləndirdi”.

Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması edilməsi müjdəsini xalqa çatdırarkən bildirmişdi: “Əziz Şuşa, biz qayıtdıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik”. Bu gün Şuşanın öz əvvəlki simasını bərpa etməsindən qürurla söhbət açırıq. İşğaldan azad edilmiş digər torpaqlarımız kimi, Şuşa da müasir şəhərsalma qaydalarına uyğun olaraq bərpa edilir. İlk olaraq burada infrastrukturun bərpasına və yenidən qurulmasına diqqət yetirildi. Füzulidən Şuşaya Zəfər yolu çəkildi. Prezident İlham Əliyev mayın 10-da Füzuli və Laçın rayonlarına, Şuşa şəhərinə səfəri çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış oldu, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak etdi. Bu avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə, işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir. Səfər zamanı, həmçinin Xankəndi-Şuşa-Laçın avtomobil yolunda da görülən işlərlə tanışlıq oldu. Bir daha sübut olundu ki, görülən hər bir iş tarixi sahibinə qovuşan torpaqlarımızın dirçəlməsinə, Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsinə, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışına xidmət edir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət paytaxtımıza səfəri zamanı Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atıldı. Birinci yaşayış kompleksinin açılışı oldu və Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüş keçirildi. Bəli, görünən odur ki, Şuşa gündən-günə, sözün əsl mənasında, dirçəlir, gözəlləşir, özünün tarixi ruhunu bərpa edir. Hazırda İslam mədəniyyətinin paytaxtında dörd məscid yenidən qurulub, digər məscidlərdə isə təmir-bərpa işləri aparılır.

Baş redaktor deyib ki, Prezident İlham Əliyevin bu məkandan bir daha səsləndirdiyi “Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq” çağırışı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj olmalıdır. Artıq Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Şuşada ölçüyəgəlməz bərpa-quruculuq işləri həyata keçirilib və bu proses uğurla davam edir. Eyni zamanda, Azərbaycan regionda sülhün, təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh təklifi edilib. Ölkəmizin hər bir addımı ədalətə və beynəlxalq hüquqa söykənir. Prezident İlham Əliyevin VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar. Azərbaycan xalqının əyilməz ruhunu nümayiş etdirən bu məkan həm işğala qədər, həm işğal dövründə, həm də işğala son qoyulandan sonra hər birimiz üçün doğma və əzizdir.

Vurğulanıb ki, dövlətimizin başçısının festivalın açılışındakı çıxışı hər birimizi qürurlandıracaq çağırışlarla zəngin oldu. Şuşanı sülhün, zəfərin, qəhrəmanlığın rəmzi kimi dəyərləndirən möhtərəm Prezidentimiz bildirdi ki, ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması mədəniyyətimizi həm müsəlman ölkələrinə, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün əlavə imkanlar açacaq. Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinə həsr edilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı birlik, həmrəylik bayramına çevrildi. Belə bir əminlik də ifadə olundu ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra buradan ancaq musiqi sədaları səslənsin.

Diqqətə çatdırılıb ki, açılış mərasimindəki çıxışında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik də bu məqama xüsusi diqqət yönəltdi ki, Şuşa 30 il ərzində Vətənin gözündən uzaq qalsa da, Azərbaycan xalqının övladlarının qəlblərində qorunub saxlanılırdı. Şuşa öz övladlarının sevgisinin və fədakarlığının miqyasını ölçürdü. Şuşa övladlarının ona qayıtmaq üçün çəkdikləri həsrətin səmimiliyinə əmin idi. Xalq dürüstlük, etibarlılıq sınağından uğurla keçərək Qafqaz şəhərlərinin incisini Azərbaycana qaytardı, özü də müzəffər şəkildə qaytardı. Salim bin Məhəmməd əl-Malik arzusunu da ifadə etdi: Qoy, həmişə qələbə və nailiyyətimizi bayram edək. Qarabağ Azərbaycandır!

V.Rəhimzadə mədəniyyət paytaxtımız Şuşanın ötən il Türk dünyasının, bu il İslam dünyasının paytaxtı elan edilməsini ölkəmizin xarici siyasətində türk dövlətləri və müsəlman ölkələri ilə əməkdaşlığa xüsusi önəm verməsinin və bu istiqamətdə qazanılan uğurların yüksək dəyərləndirilməsinin ifadəsi kimi diqqətə çatdırıb. Onu da bildirib ki, Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınır. Şuşanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın zəngin tarixinin təbliğində əhəmiyyətli rol oynayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə