XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Avqustun 19-da xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə diplomatik fəaliyyətini başa çatdıran Misir Ərəb Respublikasının səfiri Yusif Əhməd İbrahim əl-Şarkavi ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Misir səfirinin diplomatik fəaliyyət müddətində müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi və humanitar sahələrdə bir sıra birgə layihələrin həyata keçirildiyi vurğulanmış, ikitərəfli əlaqələrin yüksək səviyyəyə qalxması müsbət qiymətləndirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin ötən il Misirə səfərini xatırladan E.Məmmədyarov bu səfərin iki dövlət arasında dostluq münasibətlərinə xüsusi töhfə verdiyini vurğulamışdır.
Misir diplomatı xarici işlər nazirinin müavini kimi yeni vəzifəsində ölkəsinin regionla bağlı siyasətində fəal rol oynayacağını bildirmişdir.
Görüşdə regional vəziyyət, Yaxın Şərqdə sülh prosesi, İslam Konfransı Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]