XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
İyunun 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi məsələləri üzrə ekspert qrupunun başçısı Mehdi Səfərini və onu müşayiət edən nümayəndə heyətini qəbul etmişdir.
Görüş zamanı Vilayət Quliyev bu səfəri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İrana uğurla başa çatmış rəsmi səfərinin və Tehranda başlanmış səmərəli dialoqun davamı kimi dəyərləndirmişdir. Nazir ölkələrimiz arasındakı dostluq münasibətlərinin və əməkdaşlığın möhkəmlənməsinə, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi məsələsinin Xəzəryanı dövlətlərin qarşılıqlı etimadı əsasında öz həllini tapacağına ümid etdiyini vurğulamışdır.
Mehdi Səfəri İran ilə Azərbaycan arasındakı əlaqələrin bir çox sahələrdə genişlənməsinə, əməkdaşlığın daha da inkişafına ümid etdiyini bildirmiş, Xəzər problemi ilə bağlı yaranmış vəziyyətin tezliklə müsbət addımlar zəminində faydalı nəticələrə gətirib çıxaracağına inamını ifadə etmişdir.
Görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov, İİR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhəd Qəzai də iştirak etmişlər.
Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin
mətbuat mərkəzi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]