Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr

Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr

Bakı, 2 aprel, AZƏRTAC

Dünyada koronavirusa (SARS-CoV-2) yoluxan xəstələrin sayı hər keçən gün ərzində eksponensial şəkildə sürətlə artır. Con Hopkins Universitetinin martın 31-də açıqladığı məlumatda bu virusa yoluxanların sayının artıq 800.000 nəfərdən çox olduğu bildirildi (www.coronavirus.jhu.edu).

Təbii ki, müxtəlif tipli ürək-damar və hipertonik xəstəliklərinin daşıyıcıları olan insanlar kimi, onkoloji xəstəliklərdən əziyyət çəkən xəstələr koronavirusun bu artım dinamikasından çox narahatdırlar və pandemiyadan maksimum qorunmaq üçün tez-tez bu viral infeksiyanın onların xəstəliyinə təsiri haqqında müxtəlif suallar verirlər.

Bunları nəzərə alaraq, onkoloji xəstələrin məlumatlandırılması məqsədilə onlar tərəfindən ən çox verilən suallara aydınlıq gətirmək istədik. Burada verəcəyimiz məsləhətlər, həm dünyanın öndə gedən beynəlxalq onkoloji cəmiyyətlərinin bugünkü tibbi elmi məlumatları əsasında Milli Onkologiya Mərkəzi (MOM) və AFR-in Frankfurt Universiteti xəstəxanasının onkoloji xəstələrə verdiyi tövsiyələrə, həm də praktik kliniki təcrübələrə əsaslanır.

Xəstəliyin pandemik xarakter daşıması və artıq hər birimizin həyatına sirayət etməsi vətəndaşlarımızın bu xəstəlik haqqında müxtəlif informasiya vasitələrindən məlumat əldə etməsinə səbəb olmuşdur. Əvvəlcə qısa da olsa qeyd edək ki, COVID-19 (Coronavirus Disease 2019) yeni əmələ gəlmiş infeksion xəstəlikdir və bu xəstəliyin törədicisi olan koronavirus (SARS-CoV-2) damcı yolu ilə insandan insana yoluxa bilir. Bu respirator virus yüksək kontagiozluğa (yoluxdurma qabiliyyətinə) malik olub, 2 metrdən az məsafədə dayanan digər insanlara rahat şəkildə yoluxa bilir. Xəstəliyin inkubasiya dövrü, yəni, yoluxduqdan ilk klinik əlamətlərin meydana çıxmasına kimi keçən vaxt təxminən 14 gündür, ortalama isə 6-7 gün çəkir (Li Q. et al. N Engl J Med. 2020).

COVID-19 xəstəliyinin əlamətləri adi bildiyimiz qrip virusu simptomlarına çox bənzəyir. Belə ki, bir qrup insanlarda çox yüngül formada keçdiyi halda, digərlərində daha ağır fəsadlara səbəb olur. Bu əlamətlərə burun axması, ümumi halsızlıq, öskürək, bəlğəm gəlməsi, temperaturun qalxması və təngnəfəslik aiddir. Ağır formalarda isə virus aşağı tənəffüs sisteminin, xüsusən ağciyərlərin iltihabına səbəb olaraq, pnevmoniya və kəskin ağciyər çatışmazlığı kimi ağırlaşmalara gətirib çıxara bilir. Xəstəliyin diaqnozunun, burun-boğaz yaxması və ya bəlğəmdə virusun laboratoriyada PCR (Polymerase chain reaction) - Polimeraz zəncirvari reaksiya metodu ilə təsdiqi mümkündür. COVID-19-un xüsusən yaşlı, onkoloji, xroniki ürək, ağciyər və metabolik xəstəliyi olan insanlarda ağır gedişatını izləyirik.

Aşağıda onkoloji xəstələr tərəfindən bizə tez-tez ünvanlanan bir sıra suallara aydınlıq gətirməyə çalışacağıq:

1. Koronavirus pandemiyası dövründə onkoloji xəstələr yoluxmanın qarşısını almaq üçün hansı tədbirlər görməlidirlər?

- İlkin olaraq onu qeyd edək ki, onkoloji xəstələrin Milli Onkologiya Mərkəzi (MOM) və AFR-in Frankfurt Universiteti xəstəxanası kimi beynəlxalq və yerli səhiyyə strukturlarının verdiyi məsləhətlərə və profilaktik tədbirlərə ciddi şəkildə əməl etmələri tövsiyə olunur. Onkoloji xəstələr, xüsusən immun suppresiv müalicələr aldıqları müddətdə karantin rejiminə ciddi riayət edərək mümkün qədər ev şəraitində izolyasiya olunmalıdırlar.

Bundan əlavə, planlı olan cərrahi əməliyyatlar mümkün qədər təxirə salınmalıdır. Kimyaterapiya alan xəstələrdə yüksək temperatur izlənirsə, bu zaman qanda olan ağ qan hüceyrələrinin miqdarı və C-reaktiv zülal (CRP) səviyyəsi yoxlanılmalıdır. Əgər ağ qan hüceyrələrinin, xüsusən leykositlərin göstəriciləri norma daxilindədirsə, lakin CRP səviyyəsində yüksəliş görünürsə, onda böyük ehtimalla yüksəlmiş temperaturun səbəbi viral infeksiadır ki, o zaman COVID-19 testi verilməli və testin nəticəsi məlum olana kimi xəstə təcrid olunmalıdır. Testin nəticəsi müsbət çıxan xəstələr dərhal COVID-19 üçün nəzərdə tutulmuş xəstəxanalara köçürülməlidir ki, onkoloji mərkəzlərdə müalicə alan digər xəstələrin koronavirusa yoluxmasının qarşısı alınsın.

Xəstəliyin ilkin əlamətləri ortaya çıxdıqda xəstə telefon vasitəsilə həkimi və ya klinika ilə əlaqə saxlayıb görüləcək tədbirlər haqqında məlumat ala bilər. Bu zaman adi gigiyenik tədbirlərə diqqət edilməlidir. Buraya, əsasən, əllərin davamlı şəkildə dezinfeksiya olunması, qoruyucu maskaların taxılması, xəstəliyə yoluxmuş insanlardan və insanların çox toplandığı mühitlərdən uzaq durmaq və sosial əlaqələri mümkün qədər məhdudlaşdırmaq aiddir. Əgər onkoloji xəstələrdə paralel olaraq şəkərli diabet, arterial hipertoniya (yüksək təzyiq), ağciyər xəstəlikləri də mövcuddursa, bu halda xəstəliklərin klinik və laboratoriya göstəricilərinin dərmanlarla norma daxilində saxlanılmasına nəzarət edilməlidir. Bundan başqa, qida qəbuluna diqqət yetirilməli, xüsusilə də əgər D vitamini və dəmir çatışmazlığı varsa, dərman şəklində qəbul edilərək korreksiya olunmalıdır. Gün ərzində xəstələrin hərəkətliliyi məhdudlaşmamalı, mümkün qədər yüngül idman növü ilə məşğul olmalı, ev şəraitində yüngül fizioterapiya və tənəffüs məşqləri edilməlidir. Siqareti tərgitməyin onkoloji xəstələr üzərində müsbət effekti artıq dəfələrlə aparılan elmi araşdırmalarla sübut olunub. Xüsusilə, COVID-19 kimi yuxarı tənəffüs yollarının infeksiyası zamanı siqaret çəkmək xüsusi risk amili rolunu oynayaraq, tərkibindəki nikotin tipli 100-dən artıq zərərli maddə tənəffüs yollarının normal funksiyasının pozulmasına gətirib çıxarır. Bu da tənəffüs yollarında müxtəlif mikroorqanizmlər tərəfindən xəstəliklərin əmələ gəlməsinə münbit şərait yaradır.

2. Onkoloji xəstələrin koronavirusa yoluxaraq COVID-19 xəstəliyini daha ağır formada keçirmə ehtimalı yüksəkdirmi?

- Ümumiyyətlə, yuxarı tənəffüs yollarının digər bilinən respirator virusları da sağlam insanlarla müqayisədə onkoloji xəstələrdə daha tez-tez ağırlaşmalar verərək, pnevmoniyalara və ölümə səbəb olur. Buna səbəb isə onkoloji xəstələrdə immun sistemi komponentlərinin infeksiya zamanı zəif mobilizasiya olmasıdır. COVID-19 xəstəliyi yeni olduğundan onkoloji xəstələrin koronavirusa yoluxma ehtimalının yüksək olduğu araşdırmalarla hələ ki təsdiqlənməsə də, belə bir ehtimal ekspertlər tərəfindən istisna edilmir.

Bir çox beynəlxalq onkoloji cəmiyyətlər bilinən digər respirator viruslar üzərində olan təcrübələrə əsaslanaraq, xüsusən immun sistemi zəif olan xəstələri risk qrupuna aid edirlər.

Bu kateqoriyaya aşağıdakı xəstəliklər və risk amilləri aiddir:

- 65 yaşdan yuxarı yaş qrupu;

- paralel mövcud olan xroniki ürək-damar, ağciyər və metabolik xəstəliklər (arterial hipertoniya, şəkərli diabet, ağciyərlərin xroniki obstruktiv xəstəliyi və s.);

- leykositopeniya (qanda leykositlərin azlığı);

- qanda aşağı immunqlobulin göstəriciləri;

- uzunmüddətli immun suppresiv dərmanların qəbulu (steriod ve antitellərin qəbulu);

- hematoloji xərçənglər (leykemiya, limfoma və s.);

- allogen kök hüceyrə transplantasiyası zamanı neytropeniya fazası;

- anadangəlmə immun defekti.

Yuxarıda sadalanan risk amillərini daşıyan onkoloji xəstələrin xüsusilə virusdan qorunma tədbirlərinə daha diqqətlə əməl etmələri tövsiyə olunur.

3. Xəstələrin qəbul etdikləri onkoloji müalicələr (kimya, şüa, immun, hormon və s. terapiyalar) COVID-19 pandemiyası ərəfəsində təxirə salınmalıdırmı?

-Sitostatik müalicələrin başlanması, davam etdirilməsi və ya dəyişdirilməsi, hər bir xəstə üçün fərdi və situativ olaraq müəyyən edilməlidir. Bu zaman qəbul olunan kimyəvi preparatların onkoloji effektivliyi və əlavə təsirləri xüsusi nəzərə alınmalıdır. Onkoloji xəstələrin koronavirusa yoluxma ehtimalı onların həyat tərzindən və sosial əlaqələrindən asılıdır. Yüksək proliferatif onkoloji xəstəliklərdə təxirəsalınmaz kimyaterapiyaların aparılması, virusla yoluxaraq xəstələnmə ehtimalından daha yüksək tutulmalıdır. Müalicə etmədikdə nəzarətsiz halda qalan yüksək proliferatif xüsusiyyətə malik xərçəng hüceyrələri insanın immun sistemini daha da zəiflədir. Bu isə nəinki koronavirus, hətta digər adi opportunistik mikroorqanizmlərin törətdiyi sistemik infeksiyadan da ölümə gətirib çıxara bilər. Lakin bir qisim xroniki və yaxşı nəzarət oluna bilən onkoloji xəstəliklərdə isə verilən kimyaterapiyaların pandemiya dövründə təxirə salınmasına göstəriş verilə bilər. Bu cür məsuliyyətli qərarlar hər bir onkoloji xəstə üçün bir neçə klinik meyarlar nəzərdə tutularaq fərdi şəkildə alınmalıdır. Qərar zamanı nəzərə alınacaq meyarlara isə müalicənin məqsədi (kurativ və ya palliativ), müalicənin immun suppresivlik dərəcəsi (yüksək və ya aşağı), xəstəliyin fazası (kəskin və ya xroniki), xəstəliyin residiv verməsi, yəni, yenidən əmələ gəlmə ehtimalı (aşağı və ya yüksək), xəstənin koronavirusa yoluxma ehtimalı (aşağı və ya yüksək) və xəstədə paralel digər xəstəliklərin və risk amillərinin mövcudluğu aiddir. Koronavirusa yoluxma halında isə onkoloji xəstələrin də müalicəsi əsasən simptomatik, bəzi hallarda isə antiviral preparatların (məsələn, proteaza inhibitorları) tətbiqi ilə aparılır.

Kəskin ağciyər çatışmazlığı kimi ağırlaşma hallarında isə xəstəliyin müalicəsi intensiv terapiya və reanimasiya şöbələrində davam etdirilir. Koronavirusa yoluxmuş onkoloji xəstələrdə kimya və ya digər sitostatik terapiyaların davam etdirilməsi isə ancaq xəstələrin tam sağalmasından sonra onkoloqun və infeksionistin birlikdə gəldiyi qərar əsasında olmalıdır.

Burada bir vacib məqamı hökmən nəzərə almaq lazımdır. Müasir dövrdə bəzi xəstələrə kimya və şüa terapiyası ambulator şəraitdə aparılır. Lakin indiki koronavirus karantini dövründə onların pandemiyaya yoluxmaq və digər xəstələri yoluxdurmaq riski daha çox olur. Ona görə də təxirəsalınmaz kimya və şüa terapiyası hökmən xəstəxanada stasionar şəraitdə aparılmalıdır ki, onkoloji xəstə əlavə olaraq COVID-19 xəstəliyinin daşıyıcısına və ötürücüsünə çevrilməsin.

4. Onkoloji cərrahi əməliyyatların COVID-19 pandemiyası dövründə aparılması mümkündürmü? Yaxud nəzərdə tutulmuş onkoloji cərrahi əməliyyatlar kimya və ya şüa terapiyası ilə əvəz oluna bilərmi?

-Cərrahi əməliyyatların təxirə salınmasına ancaq o hallarda göstəriş verilə bilər ki, bunun xəstələrin ümumi yaşama müddətinə və xəstəliyin residiv verməsinə təsiri olmasın. Çünki çox hallarda cərrahi müalicənin onkoloji effektivliyi kimya və ya şüa terapiyası tərəfindən əvəz edilə bilməz. İstisna hal olaraq isə əgər xəstədə əməliyyatdan öncə artıq COVID-19 əlamətləri müşahidə olunursa, bu təqdirdə əvvəlcə onun müşahidəsi və müalicəsi aparılmalıdır.

5. Onkoloji xəstələrə koronavirus pandemiyası zamanı qan köçürülməsi mümkündürmü?

-Koronavirusun qan ilə keçdiyinə dair bu günə kimi elmi məlumatlar yoxdur. Həm COVID-19 xəstələrinin, həm də bu xəstələrlə son günlərdə təmasda olmuş şəxslərin donor olaraq qan verməsinə icazə verilmir. Almaniyanın Robert Koch İnstitutunun ekspertləri qan köçürmələrində COVID-19 yoluxması üçün hər hansı bir risk görmürlər.

Yekunda qeyd etmək lazımdır ki, virusa yoluxma qorxusu onkoloji xəstələrdə xərçəng kimi ciddi xəstəliklərin müalicə və mübarizəsinə mane olmamalıdır. Vaxtında səmərəli müalicə alan onkoloji xəstələr müalicəsini vaxtında almayan onkoloji xəstələrlə müqayisədə infeksion xəstəliklərə daha az tutulurlar. Hər bir onkoloji xəstə üçün nəzərdə tutulmuş müalicə prosedurlarının təxirə salınması ancaq o halda həyata keçirilə bilər ki, nəzərdə tutulmuş onkoloji müalicənin effektivliyində azalma gözlənilməsin. Müalicənin təxirə salınması mümkün olmayan hallarda isə xəstələrin onkoloji müalicəsi koronavirusa qarşı ciddi profilaktik tədbirlər çərçivəsində aparılmalıdır. Təbii ki, bu cür məsuliyyətli qərarların verilməsi və müalicələrin aparılması ekspert həkimlər tərəfindən ciddi nəzarət altında yerinə yetirilməlidir.

Akademik Cəmil ƏLİYEV,

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru

Xəyal QASIMLI,

AFR-in Frankfurt Universitetinin onkoginekologiya şöbəsinin əməkdaşı,

tibb elmləri doktoru.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

Neft bahalaşır VİDEO

Neft bahalaşır VİDEO

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

III Milli Rəqabət Forumu işə başlayıb

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb